Paytaxtın siması dəyişəcək
09.01.2024 [10:50]
Bakının 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Çoxdan gözlənilən vacib sənəd təsdiqlənib. Söhbət Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planının təsdiq edilməsindən gedir. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərar Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Dünya təcrübəsinin və müasir çağırışların nəzərə alınması
Son illərdə meqapolis kimi inkişaf edən paytaxtımızın 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planı hazırlanarkən dünya şəhərlərinin qabaqcıl təcrübəsi, müasir şəhərsalma trendləri, yeni çağırışlar və əlbəttə ki, perspektiv inkişaf, genişlənmə hədəfləri nəzərə alınıb. Bakı onilliklər boyunca qədimliyin və müasirliyin vəhdətində inkişaf etdirilib. Paytaxtımız üçün xarakterik haldır ki, bu gün həm tarixi tikililər - İçəri şəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah və s., həm də müasir binalar - Heydər Əliyev Mərkəzi, Ağ Şəhər, Üç Alov qüllələri və digərləri bir harmoniya halında şəhərin gözəllik rəmzlərini təşkil edir. Yeni Baş planda da bu ənənə qırmızı xətt kimi saxlanılacaq.
Sənədin paytaxtın perspektiv inkişafı baxımından mühüm önəmi nəzərə alınmaqla onun hazırlanmasına kifayət qədər ciddi yanaşma ortaya qoyulub. Belə ki, Bakı şəhərinin təsdiq edilmiş Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb. “AS+P Albert Speer +Partner Gmbh” şirkəti tərəfindən Baş plan layihəsinin hazırlanmasına yerli layihə təşkilatı qismində Bakı Dövlət Layihə İnstitutu, həmçinin mühəndis-kommunikasiya sistemləri, nəqliyyat və iqtisadi aspektlərin işlənməsi məqsədilə “Ramboll UK” (Böyük Britaniya) və “EY Advisory” (Fransa) şirkətləri cəlb edilib.
Dörd mühüm prioritet
Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bütövlükdə sənəddə şəhərin perspektiv inkişafını təmin etmək məqsədilə dörd mühüm prioritet müəyyənləşdirilib. Bunlar aşağıdakılardır:
-Bakının dayanıqlı inkişafı,
-Şəhər və ətraf mühitin regenerasiyası,
-Şəhərin memarlıq siması və tarixi irsə qayğı,
-Yeni məzmun.
Eyni zamanda, hər prioritet üzrə konkret hədəflər müəyyənləşdirilib. Məsələn, sonuncu yeni məzmun prioritetinə nəzər salaq. Bu prioritet əsasən yeni trendlərin, innovasiyaların şəhər həyatına gətirilməsini özündə ehtiva edir. Bura müasir sənaye sahələrinin və yeni sektorların yaradılması, Bakının regionun ən yaxşı turizm məkanına çevrilməsi, mədəni-kütləvi tədbirlərin təşviqi, yaradıcı və neo-ənənəvi sahələrin dəstəklənməsi, xidmətlərin rəqəmsallaşdırılması, şəhərin və ölkənin ahəngdar inkişafının təmin edilməsi hədəfləri daxildir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

