Hərbçilərin maaşları artırılır, sosial təminatı yaxşılaşdırılır
09.02.2024 [11:30]
Azərbaycanda hərbçilərə olan dövlət qayğısı davamlı xarakter daşıyır və sosial xərclərin strukturunda hərbi qulluqçuların sosial təminatı başlıca yerlərdən birini tutur. Hərbçilərimizin pensiya təminatı, müavinətlərinin artrırılması istiqamətində ardıcıl addımlar atılmaqdadır. 2021-ci ildən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsinin təmin edilməsi, hərbçilərin pensiya təminatının təkmilləşdirilməsi və pensiyalarının digər əmək pensiyaçıları kimi hər il indeksləşdirilməsi bu istiqamətdə yürüdülən siyasətin tərkib hissəsini təşkil edir.
Bu siyasətin növbəti təzahürü kimi 2024-cü il yanvarın 1-dən Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin artırılmasını qeyd edə bilərik. Dövlət başçının ötən ilin sonunda imzaladığı müvafiq fərmana əsasən, MN-nin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. Eləcə də Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən etibarən, 20 faiz artırılıb.
Ümumilikdə, hərbçilərin gəlir imkanlarının artırılması davamlı prosesə çevrilib. Ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə bu sahəyə daha böyük həcmlərdə vəsaitlər yönəldilir. Azərbaycanın hərbi-müdafiə xərclərinin artımı son 20 ildə xüsusilə nəzərə çarpır. 2003-cü ildə bu sahəyə yönəldilən dövlət xərclərinin məbləği 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Bu, o deməkdir ki, son 20 ildə hərbi xərclər 40 dəfə artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-2023-cü illərdə ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM) nominal ifadədə 14,8 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xərcləri 28 dəfə artırılıb. Yəni hərbi xərclər ümumi büdcə xərclərini adekvat olaraq nominal faiz baxımından hər il üstələyib.
Xüsusilə də tarixi Zəfərdən sonra ordu quruculuğu ilə yanaşı, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsi prioritet siyasət kimi diqqətə saxlanılmaqdadır. Belə ki, 2021-ci ildə büdcədən ayrılan müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 4 milyard 585 milyon manat, 2022-ci ildə 5 milyard 84 milyon manat, 2023-cü 6 milyard 54 milyard manat təşkil edib. 2024-cü ildə isə xüsusi təyinatlı alışlar üzrəx ərclər istisna olmaqla, müdafiə və milli təhlükəsizlik xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin həcmi 6 milyard 421 milyon manat təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 366,2 milyon manat və ya 6 faiz çoxdur. Bu xərclərin strukturunda sözsüz ki, hərbçilərin sosial təminatı ilə bağlı vəsaitlər də əhəmiyyətli yer tutur.
Bundan başqa, dövlət başçısının “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” müvafiq fərmanı ilə yaradılmış komissiya tərəfindən hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması prosesi icra olunmaqdadır. Son 10 ildə dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3646 nəfər hərbi qulluqçu və 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Təkcə 2023-cü ilin dekabr ayında 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunub, 953 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilib və yaxın müddətdə onların evlə təmin edilməsi gerçəkləşəcək. Eləcə də, qarşıdakı illərdə komissiya tərəfindən digər mənzilə ehtiyacı olan hərbçilərin sosial vəziyyəti araşdırılmaqla onların da mənzil almaq hüququ qazanması təmin olunacaqdır. Yəni, bu proses hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində həyata keçirilən sosial proqram çərçivəsində yüzlərlə hərbçini əhatə edəcəkdir.
Hərbi qulluqçulara şamil edilən sosial tədbirlərin daha bir təzahürü onların güzəştli ipoteka proqramında daha öncül qaydada yararlanmasıdır. Dövlət onlara bir sıra güzəştlər verməklə yanaşı, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə ev alan zabit və gizirlərin kreditinin faizini özü qarşılayır ki, bu da sosial qayğının daha bir nüminəsidir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

