Sağlam ətraf mühit naminə!
25.09.2024 [08:29]
Ekoloji layihələrin uğurla reallaşdırılması davam edir...
Məlumdur ki, ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin mühafizəsi hazırda ümumbəşəri problemə çevrilib. Bu gün ölkəmiz qlobal aləmdə təxirəsalınmaz problemlərin həllində dünya üçün bir nümunədir. Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilib. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib.
Dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunması və vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, sanitariya mədəniyyətinin yüksəldilməsi və s. məsələlər diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bu istiqamətdə olduqca böyük işlər görülür.
Mühüm əməkdaşlıq...
Məsələn, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi iştirakçılar arasında “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və onun təsirlərinin azaldılması istiqamətləri üzrə əməkdaşlığın həyata keçirilməsidir.
Memorandumun fəaliyyət istiqamətlərinə ağacəkmə aksiyalarının keçirilməsi, “Yaşıl dünya səfirləri” proqramı çərçivəsində sənaye tullantıları ilə çirklənmiş torpaqların təmizlənməsi, COP29 tədbiri çərçivəsində elmi-praktik konfranslara alimlərin cəlb edilməsi, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin imkanlar daxilində birgə dəstəklənməsi daxildir. Həmçinin əməkdaşlıq çərçivəsində görüləcək işlərə “Yaşıl dünya səfirləri” proqramının iştirakçısı olan tələbələr üçün seminar və treninqlərin, beynəlxalq yay məktəbinin keçirilməsi və digər bu kimi məsələlər daxildir.
“Xəzəri qoruyaq”
Bundan başqa, “Coca-Cola”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması və digər tərəfdaşların dəstəyi ilə “Xəzəri qoruyaq!” genişmiqyaslı ekoloji kampaniya keçirilib. Sentyabrın 21-də kampaniyaya Bakının Novxanı çimərliyində yekun vurulub.
Kampaniya çərçivəsində iştirakçılar sentyabrın 7-dən 21-nə qədər Xəzərin Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt çimərliklərindən tullantıları toplayaraq təkrar emal müəssisələrinə təhvil veriblər. Sonuncu sahilyanı təmizlik aksiyası isə Bakıda keçirilib.
Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının əməkdaşları və könüllülərinin iştirakı ilə artıq 15-ci ildir keçirilən kampaniya bu dəfə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub. “Xəzəri qoruyaq!” kampaniyasından bu il 1000-dən çox könüllü iştirak edib. Aksiya nəticəsində 5 hektar ərazidən 3 ton tullantı toplanıb.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma vərdişlərini təbliğ etmək məqsədilə keçirilən kampaniya müddətində toplanan tullantılar çeşidlənərək təkrar emala göndərilir.
Tullantıların miqdarı xeyli sayda azalır
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, xüsusən nüfuzlu COP29 konfransı ərəfəsində ölkədə çoxillik təcrübəyə malik belə kampaniyanın növbəti dəfə keçirilməsi çox önəmli hadisədir: “Biz daim ekoloji layihələrə dəstək oluruq. Çox təəssüf ki, bir çox halda layihələrin davamlılığı təmin olunmur, bu isə irimiqyaslı nəticə əldə etməyimizə mane olur. Sevindirici haldır ki, “Coca-Cola” şirkətinin təşəbbüsü ilə keçirilən “Xəzəri qoruyaq!” kampaniyası artıq 15 ildir ki, davam edir. Hər il daha yaxşı nəticələr əldə olunur. Biz real olaraq kampaniyanın çimərlik ərazilərinin təmizliyinə töhfəsini görürük. Həm cəmiyyətdə məsuliyyət formalaşır, həm də tullantıların miqdarı xeyli sayda azalır. Bu gün də bütün iştirakçılarla birgə ən yaxşı nəticə üçün çalışdıq”.
Daha təmiz ətraf mühitə töhfə verəcəyik...
“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova isə qeyd edib ki, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verməkdən məmnunluq duyur: “Coca-Cola”nın təşəbbüsü ilə keçirilən “Xəzəri qoruyaq!” kampaniyası uzun illərdir ki, minlərlə könüllünü və onlarla tərəfdaşı ətrafında toplayır. “Coca-Cola” “Tullantısız Dünya” proqramı ilə fəaliyyət göstərdiyi ölkələrdə, o cümlədən Azərbaycanda ekoloji layihələr üzrə tərəfdaşlığı genişləndirir. Çox sevindirici haldır ki, Azərbaycanda sosial və ekoloji məsuliyyəti ilə seçilən bir çox müəssisə və təşkilatlar bu hərəkata qoşulur və illər keçdikcə onların sayı artır. Əminəm ki, birgə səyimiz nəticəsində daha təmiz sahilyanı zolağa və ətraf mühitə töhfə verəcəyik”.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58

