Bakıda müəyyənləşən hədəf irəliyə doğru vacib addımdır
14.02.2025 [09:57]
Braziliyada milli iqlim planları barədə müzakirələr aparılıb
Müasir çağırışlar bir sıra mühüm nüanslar üzrə qlobal dünyadan vahid mövqe tələb edir. Buraya səslənən bəşəri dəyərlər - multikulturalizm, tolerantlıq kimi anlayışlarla yanaşı, qlobal təhlükələrə qarşı birgə mübarizənin təşkili, qlobal problemlərin aradan qaldırılması, xüsusilə, ekoloji təmizliyə riayət və dünyada ekologiyanın qorunması kimi prinsiplər də daxildir. Qlobal miqyasda baş verən bir sıra proseslər, o cümlədən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti və əlbəttə ki, sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid proseslərində ekologiya amili mütləq nəzərə alınmalıdır.
Bu günlərdə Braziliyada Riu-Branku İnstitutunda mühüm konfrans baş tutub. “Təmiz enerjiyə keçidin qarşısını almaq artıq qeyri-mümkündür; maliyyə yol xəritəsi, adaptasiya və ədalətli keçid əsas amillərdir” adlı konfransda mühüm məqamlara toxunulub.
Yeni qlobal hədəf irəliyə doğru vacib addımdır!
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil bildirib ki, Bakıda razılaşdırdığımız iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal hədəf irəliyə doğru vacib addımdır: “Təbii ki, ilkin formasında bütün ehtiyacları ödəyə bilməyəcək. Ancaq 300 milyard dollar ilkin mərhələdir. İnkişaf etməkdə olan ölkələrə daha çox maliyyə vəsaiti ayrılmalıdır, çünki onlar xarici borcları ödəmək üçün ayırdıqları yüksək sərfiyyat və yüksək kapital dəyəri ilə mübarizə aparmağa məcburdurlar”.
S.Stil həmçinin vurğulayıb: “On il əvvəl Parisdə maliyyə vəsaitlərinin yönləndirilməsi ilə bağlı razılığa gəldik. Qərara alındı ki, bütün maliyyə axınları iqlim öhdəliklərimizə uyğun olmalıdır. Beynəlxalq maliyyə sisteminin yenidən istiqamətləndirilməsi çətin işdir. Lakin bu il qarşımıza məqsəd qoymuşuq ki, addım-addım 1,3 trilyon dollar həcmində maliyyələşdirməni necə təmin edəcəyimizi müəyyənləşdirək. Hər bir ölkədə uğurun məcburi şərti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gətirdiyi böyük faydalara hər kəsin ədalətli çıxışının təmin edilməsidir. Ona görə də 2025-ci ildə dəyişiklik əsas istiqamətə çevrilməlidir”.
S. Stil bildirib ki, nəticələrə nail olmaq üçün koalisiyaların yaradılması on ilin həlledici dövrüdür. Qeyd olunub ki, bu müddətdə ölkələr daha böyük fayda əldə etmək üçün liderlər sırasında olmağa can atacaqlar: “COP sammitlərində hər bir ölkənin bütün istəyi qəbul olunmur. Hər məsələ ilə bağlı yekdil olmaq lazımdır. Səhnə arxasında bütün gücünü səfərbər edərək strateji vacib addım atan koalisiyalar haqqında eşidəndə inanıram ki, bu güc istər tropik meşələrlə bağlı olsun, istər birja, istər ədalətli mənfəət tələb edən vətəndaş və ya öz öhdəliklərinə sadiq qalan və sektorları üçün inkişaf yolları axtarıb tapan liderlərlə bağlı olsun, biz bu qarşısıalınmaz transformasiyadan maksimum fayda əldə edə biləcəyik”.
Ən geci sentyabra qədər...
S.Stilin sözlərinə görə, ən geci sentyabra qədər Milli İqlim planları Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyinin masasının üzərində olmalıdır ki, COP-dan qabaq dərc olunacaq Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə Xülasə Hesabatında öz əksini tapsın: “Milli İqlim Planları və ya iqlim jarqonu ilə desək, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr həlledici əhəmiyyətə malikdir. Biz artıq bir sıra böyük iqtisadi mərkəzlərin, o cümlədən Braziliya və Böyük Britaniyanın yeni və daha iddialı milli iqlim planlarını təqdim etməklə, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirmək niyyətində olduqlarına dair aydın siqnallar verdiyini müşahidə edirik. Çünki bu, onların iqtisadi, eləcə də vətəndaşlarının maraqlarına tamamilə cavab verir. Bu planlar daha güclü iqtisadiyyat və cəmiyyətlərin qurulması üçün bir şablon rolunu oynayır (bir nümunədir), buna görə onlar iqtisadiyyatın bütün sektorlarını və bütün istixana qazlarını əhatə edir. Onlar işçilər üçün faydalı olmalı, bazarlara aydın mesajlar verməli və təmiz, dayanıqlı infrastrukturun yaradılması üçün maliyyə axınını təmin etməlidir. Daha ucuz və təmiz enerjidən istifadə etməklə, bu planlar hər bir insana maddi fayda verə bilər. Bu milli planlar ölkələr tərəfindən cari əsrdə hazırlanacaq ən mühüm strateji sənədlərdən biri olduğu üçün onların keyfiyyətinə xüsusi diqqət ayrılmalıdır. Dünyanın əksər ölkələri yeni planlarını bu il təqdim edəcəklərini bəyan ediblər”.
Təmiz enerji daha məntiqlidir
S.Stil həmçinin qeyd edib ki, iqtisadi imkanların miqyasının böyük olması səbəbindən təmiz enerjiyə keçidin qarşısını almaq mümkün deyil: “Təkcə bir il ərzində təmiz enerji və infrastruktura 2 trilyon ABŞ dolları həcmində sərmayə qoyulub. Əminliklə demək olar ki, bu, nümayişkaranə xeyirxahlıq jesti deyil. Bu, fosil yanacağa qoyulan sərmayə həcmindən iki dəfə çoxdur. İnvestorlar başa düşürlər ki, təmiz enerji daha məntiqli seçimdir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49

