Azərbaycanda “Ailə strategiyası” hazırlanır
14.07.2021 [08:39]
Aynur Sofiyeva: “Ailə strategiyası” bütövlükdə dövlət ailə siyasətinin əsas prioritetlərini əks etdirəcək
Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Mənəvi dəyərlərin qoruyucusu kimi ailə bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi dəyərlərini bir sıra sosiumlardan fərqli olaraq daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Ölkəmizdə ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin vəhdətində həyata keçirilir.
Mütəxəssislərin qənaətinə görə, hər bir ailənin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni əlaqələr olmalı, valideyn-uşaq münasibətləri düzgün formalaşmalıdır. Uşaqlarımız milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüklərə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil etməlidir. Ailədə formalaşan müsbət mənəvi-psixoloji mühit cəmiyyətə də təsir edir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında ailə institutunun inkişafı və ailələrin hüquqlarının qorunması dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin əsasını milli-mənəvi dəyərlərə əsaslanan sağlam ailələrin qurulması, cəmiyyətin əsas təməli olan ailə institutunun möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması, yaşlı nəslə diqqət və hörmətin təbliğ edilməsi, ailənin sosial müdafiəsi və sosial təminatının təşkili, onun mümkün sosial təhlükə və risklərdən qorunması və ailələrin həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Bu məsələlər qəbul edilən qanunvericilik aktlarında və sosial-iqtisadi yönümlü proqramlarda mühüm yer tutur.
Onun sözlərinə görə, ailələrə maddi və mənəvi dəstək dövlətin daim diqqət mərkəzindədir. Bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ailə siyasəti ənənəvi ailə dəyərlərinin qorunaraq gələcək nəsillərə ötürülməsinə, ölkədə sosial siyasətin daha da gücləndirilməsinə və digər sosial-iqtisadi məsələlərə yönəlib. Ailələrin rifahının yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Eyni zamanda, ana və uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, eləcə də məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlər, habelə 2016-cı ildən qüvvəyə minmiş BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ailələrin sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyur: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə hüququ sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ailə problemlərinin həlli və ailələrin, xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi, bu məsələrlə bağlı layihələrin keçirilməsinə xüsusi önəm verir. Xüsusilə, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr ailələrin maarifləndirilməsi, milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Həmçinin Dövlət Komitəsi ailə məsələlərinin müxtəlif aspektlərinə dair araşdırma və təhlillər aparır. Komitə tərəfindən aparılan araşdırma və təhlillərin əsas məqsədi bu sahədə mövcud vəziyyəti qiymətləndirmək və problemlərin ən optimal həlli yollarını, fəaliyyət istiqamətlərimizin konturlarını təyin etməkdir. Həmçinin bu tədqiqatlar ailə siyasətini tənzimləyən mühüm sənədlərin hazırlanmasında əhəmiyyətlidir”.
A.Sofiyeva deyib ki, ailələrə dair ən əhəmiyyətli sənədlərdən biri olaraq Komitə tərəfindən hazırlanan “Ailə Strategiyası”nı xüsusilə qeyd edə bilərik: “Qloballaşma şəraitində dünyada gedən proseslər və çağırışlar, xüsusilə də ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən strategiyanın hazırlanmasını zəruri edir. Hazırlanan “Ailə Strategiyası” Azərbaycan Respublikasında ailə qanunvericiliyinin təkmilləşdirilməsi, ailələrin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, ailələrlə maarifləndirici tədbirlərin təşkili, onların sosial-iqtisadi və mədəni-estetik inkişafı, ailələrə dair tədqiqatların aparılması, məlumat dəstəyi sistemlərinin inkişafı kimi vacib hədəfləri və bütövlükdə, dövlət ailə siyasətinin əsas prioritetlərini əks etdirəcək. Bundan əlavə, ailə siyasəti sahəsində problemlərin həllinə yönəlik ən son dövrdə qəbul edilən qərarlar, 2020-ci ildə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”, “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və Komitə tərəfindən təqdim olunan digər qanunvericilik aktları ailələrin qarşılaşdığı problemlərin həll olunması üzrə vacib sənədlərdir və uğurla icra olunur”.
Aynur Sofiyeva onu da söyləyib ki, ailələrin həyat şəraitinin yüksəldilməsi kompleks yanaşma tələb edir və Dövlət Komitəsi həssas qruplardan olan ailələrə yönəlik tədbirlərə, onların cəmiyyətə inteqrasiyasına böyük önəm verir: “Bu istiqamətdə Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Bu mərkəzlər müvafiq regionda həssas qruplardan olan ailələrin ehtiyac və problemlərini araşdırır, onları hüquqi, psixoloji və sosial yönümlü xidmətlərlə təmin edir. Bu fəaliyyət yerli icra strukturları ilə əməkdaşlıq, həmçinin icma üzvlərini cəlb etməklə həyata keçirilir. Qeyd edək ki, son 6 ay ərzində, ümumilikdə, UADM-in fəaliyyətindən 6473 nəfər faydalanmışdır. Xüsusilə qeyd edək ki, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə müharibədən zərər çəkən ailələrə psixo-sosial dəstək göstərilib və bu işlər davam etdirilir. Ölkə rəhbərliyinin müdrik siyasəti, ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlara ailələrin “Böyük Qayıdışı” prosesində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyulan vəzifələri yerinə yetirərək dövlət ailə siyasətinə bundan sonra da öz töhfəsini verəcək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

