Gənclərimiz verilən qərarlarda təsir gücünə sahibdir
19.03.2022 [00:39]
İlhamə HƏKİMOĞLU
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanda insan hüquq və azadlıqlarının səviyyəsi dünyanın aparıcı ölkələri ilə uzlaşırmı, vətəndaşlarımızın siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində hansı tədbirlər görülüb?
“Yeni Azərbaycan”ın bu sualına cavab verən Hüquq üzrə Fəlsəfə Doktoru İlqar Eyyubov qeyd edib ki, hər bir cəmiyyətin sağlam inkişafı və ictimai münasibətlərinin düzgün tənzimlənməsi insan hüquq və azadlıqlarının təminatı nəticəsində realizə oluna bilər.
“1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən yeni dövlət quruculuğunun başlanğıcını qoyub. İnsan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edən bu sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı fəslində insanın ayrılmaz hüquqlarının təminatı geniş formatda əks olunub.
İnsanların ayrılmaz, təbii hüquqlara malik olması, bu hüquqların təminatı ideyaları inkişaf etdikcə hamılıqla qəbul olunmuş prinsiplərin, rəhbər ideyaların gündəmə gəlməsi labüdləşib. İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu ağır nəticələr daha mükəmməl müdafiə mexanizmlərinin işlənib hazırlanması üzərində dünyanın mütərəqqi qüvvələrini ciddi düşünməyə vadar edib. XX əsrin ortalarından insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı və təşviqi mərhələsi başlayıb. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, habelə sonrakı dövrlərdə “Mülki və Siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktları qəbul edib. Bundan əlavə, 1976-cı ildə “Mülki və siyasi hüquqlar haqqında” Pakta dair Birinci Fakültativ Protokol, 1989-cu ildə isə Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolu qəbul olunub. Həmin fundamental sənədlər İnsan hüquqları haqqında Beynəlxalq Bill adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil edib. Qeyd olunmalıdır ki, Ümumdünya Bəyannaməsinin məqsəd və məramları, həmçinin Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1950-ci il), Avropa Mədəniyyət Konvensiyasında (1954-cü il), Terrorizmin qarşısının alınması haqqında Konvensiyada (1977-ci il), Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasında (1995-ci il), Avropa Sosial Xartiyasında (1996-cı il) və ATƏT səviyyəsində imzalanmış 1975-ci il Helsinki yekun Aktında, 1990-cı il Yeni Avropa üçün Paris Xartiyasında, digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapıb”, - deyə o qeyd edib.
Ölkə vətəndaşlarının siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsindən danışan ekspert bu məsələdə gənclərin fəaliyyətinə xüsusi önəm verildiyini vurğulayıb.
“Gənclər isə bu hüquqların həm istifadəçisi, həm də icraçısı olaraq cəmiyyətin aparıcı qüvvəsidir. Gənclərin siyasi tərbiyəsi, onların problemlərinin həllinə dəstək, bu sahədə hüquq və azadlıqlarının, habelə iradə ifadələrinin təminatı və gənc vətəndaşlara dövlət qayğısı dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.
Təməli ?mummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasəti dövlətin “Gənclik kapitalına” xüsusi yanaşmasının təcəssümüdür. Qəbul edilən proqramlara uyğun olaraq keçirilən tədbirlər, müxtəlif sahələrdə gəncləri maraqlandıran məsələlərin həllinə dair verilən sərəncamlar, qəbul edilən qərarlar, dövlət orqanlarının və ictimai təşkilatların fəaliyyəti, gənc nəslə təhsil, elm, incəsənət, səhiyyə, iqtisadiyyat və digər sferalarda dəstək, Azərbaycan dövlətinin gənclərin siyasi təfəkkürünün inkişafına dair yönəlmiş vacib istiqamətlərin bariz nümunələrindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə görə, bugünkü gənc sabah ölkəni idarə edəcəkdir. Xüsusi ilə qeyd etməliyik ki, bu sahədə gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi əsas yer tutur. Güclü və aktiv qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır.
Başqa bir məsələ siyasi təfəkkürün inkişafı və gənclərin siyasi tərbiyəsidir. Son zamanlar Azərbaycanda gənclərin dövlət idarəçiliyində, siyasətdə, parlamentdə, yerli icra strukturlarında, icra hakimiyyətində, bələdiyyələrdə təmsil olunurlar. Bir çox nəzəriyyələr məhz təcrübədən qidalanır. Yəni hər hansı sahədə yaranan münasibətlər təcr?bədən keçdikdən sonra ümumi tendensiya halına gəlib, normativləşir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, “Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Qeyd edilən məsələyə professional yanaşmanın məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.
Eyni zamanda, dünya təcrübəsindən faydalanaraq bildirməliyik ki, vətəndaş cəmiyyəti strukturlarının, xüsusi ilə də gənclərin dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması idarəetmənin ən effektiv üsullarındandır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

