Milli inkişafımızı təmin edən strateji faktor
10.01.2023 [11:05]
Xalq və dövlət maraqlarının uğurlu vəhdəti...
Yeganə BAYRAMOVA
Kimliyindən asılı olmayaraq dövlət maraqları hər kəs üçün ön sırada dayanmalıdır. Bu məsələdə siyasi kimlik, mövqe, din, irq səbəb deyil və olmamalıdır. Çünki dövlət maraqlarına gələcək hər hansı bir xələl bütövlükdə millətə, ölkəyə və onun suverenliyinə ciddi zərər vurur. Təkcə bu amillər kifayətdir ki, dövlət maraqlarının müdafiəsinin nə qədər vacib olduğu aydın olsun. Ona görə də dövlət maraqlarının müdafiəsi hər kəs üçün ən vacib məsələ olmalıdır. Ən xırda səhv belə ciddi problemlərə səbəb ola bilər. Bu problemlərin baş verməməsi üçün ictimai nəzarət sisteminin işlək vəziyyətdə olması lazımdır. Yəni ictimai və dövlət maraqlarının müdafiəsi anlayışı paralel aparılmalı olan işdir. Bura ictimai siyasətin təkmilləşdirilməsi və ictimai marağın müxtəlif aspektlərinə dair hüquqi bazanın müzakirəsi, monitorinq və islahat mexanizmlərinin təşviqi daxildir. Ölkəmizdə də bu istiqamətdə ciddi işlər görülür. Qanunvericilik bazasının formalaşdırılması, həmrəylik, dövlət maraqlarının qorunması istiqamətində aparılan işlərin bu gün də müsbət nəticələrini görürük.
44 günlük Vətən savaşında, o cümlədən postmüharibə dövründə və artıq 30 gündür Xankəndi-Şuşa yolunda davam edən ekoaksiyada Azərbaycan xalqının nümayiş etdirdiyi birlik aparılan ardıcıl işlərin nümunəsidir. Belə məqamlarda ictimai xadimlər, vətəndaş cəmiyyəti və media nümayəndələri birləşərək bir hədəfə vururlar. Bu isə Azərbaycanın gücünü göstərir. Cənab Prezident İlham Əliyev deyirdi: “Söyləmişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, “Dəmir yumruq”dur. “Dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, ictimai və dövlət maraqlarının müdafiəsi Azərbaycan dövlətinin prioritet məsələlərindən biridir: “İctimai maraqlar QHT, media qurumları vasitəsilə daha çevik və operativ təmin edilməkdədir. Dövlət də ictimai qınaq, nəzarət, maraqların müadafiə edilməsinə çox böyük önəm verməkdədir. Eyni zamanda, Azərbaycan vətəndaşları dövlət maraqlarının qorunmasında öncül yerlərdən birini tutur. Hazırda dövlət və ictimai münasibətlər yüksək səviyyədədir. Azərbaycan ümummilli və dövlətçiliklə bağlı taleyüklü məsələlərini asanlıqla ictimai dəstək alaraq həll edə bilir.
44 günlük Vətən müharibəsində xalq, lider, dövlət və ordu birliyinin şahidi olduq. Hər bir Azərbaycan vətəndaşı dövlətin yanında oldu. Hətta müxtəlif fikirlərdə olan siyasi partiya rəhbərləri və təmsilçiləri də ümummilli məsələlərdə birlik nümayiş etdirərək dövlət maraqlarının müdafiəsi prizmasından çıxış etdi. Nəticə etibarı ilə də bu birlik və vəhdət Azərbaycanın 30 ilə yaxındır həll edilməyən probleminin həllinə gətirib çıxardı. Azərbaycan qələbə çaldı və işğala son qoydu, öz sərhədləri boyu suverenliyini bərpa etdi. Bütün bunlarla yanaşı, cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ictimaiyyət nümayəndələrinə, vətəndaşlara müraciət edərək hər kəsi aktiv olmağa, ictimai qınaq məsələlərində qorxmadan, çəkinmədən aktivlik nümayiş etdirməyə, bütün problemlərlə bağlı Prezidentə müraciət etməyə çağırıb. Bununla bağlı da Prezident Administrasiyasının xüsusi qəbul mərkəzi yaradılıb ki, bu da vətəndaşların şikayətlərinin, təkliflərinin daha operativ formada həllinə gətirib çıxarır”.
Deputat qeyd edib ki, Azərbaycan dövləti vətəndaş cəmiyyəti nümayəndələrinə, QHT-lərə, media orqanlarına müxtəlif fondlar və qurumlar vasitəsilə dəstək göstərir: “Əvvəlki illərdən fərqli olaraq vətəndaş cəmiyyəti dövlətin dəstəklədiyi fondlarla daha yaxşı əməkdaşlıqlar qura bilir. İctimai və dövlət maraqlarının qorunması ümumilikdə Azərbaycanın daha da güclü olmasına gətirib çıxarır. Bütün proseslərin dövlət və dövlətçilik prizmasından öz müsbət həllini tapması üçün ictimai və dövlət maraqlarının müdafiəsi çox vacibdir.
Çox xoş haldır ki, Azərbaycanda hər bir ictimaiyyətin nümayəndəsi, hər bir xalqın nümayəndəsi, sosial qrup özünü dövlətin bir parçası hesab edir və hər bir şəxs dövlət maraqları üçün əlindən gələni edir. Amma bəzi ölkələrdə biz dövlət və xalq birliyinin böyük bağlantılarını görmürük. Belə olan təqdirdə, müxtəlif hərbi əməliyyatlar fonunda, müharibələrdə, ümumilikdə ayrı-ayrı məsələlərdə həmin dövlətlər ciddi çağırışlarla üz-üzə gəlirlər. Hər bir Azərbaycan vətəndaşı dövlətin, Prezidentin yanındadır və biz fəxr edirik ki, bizim cənab Prezident İlham Əliyev kimi liderimiz var!”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52

