Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Sağlam təfəkkürlü gənclərimiz!

Sağlam təfəkkürlü gənclərimiz!

29.11.2023 [10:35]

Yeganə BAYRAMOVA

Ölkəmizdə milli mənlik şüuruna malik olan gənclər saysız-hesabsızdır. Buna dəfələrlə əmin olmuşuq. Hələ ötən əsrin sonlarında, Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə, çətinliklərin, xaosun hökm sürdüyü bir mərhələrdə erməni separatçıları namərdcəsinə vəziyyətdən sui-istifadə edərək torpaqlarımızı işğal etmək niyyətinə düşdülər.

Bu məqsədlə də Azərbaycanın tarixi ərazilərinə soxuldular. Bu zaman silah-sursatla yaxşı təchiz olunmayan gənclər çəkinmədən torpaqlarımızın müdafiəsinə qalxdılar. O zaman müstəqilliyini yenicə bərpa edən ölkəmizin hərbi potensialı, hərbi texnikası, arsenalı yox dərəcəsində idi. Bununla belə Azərbaycan gəncləri döyüşə atıldılar, düşmənin hücumuna qarşı çıxdılar.

Doğrudur, düşmən torpaqlarımızın 20 faizini işğal etməyə nail oldu. Amma buna baxmayaraq gənclərimiz qəhrəmancasına döyüşdülər, canlarını, qanlarını vətən uğrunda fəda etdilər. Bu, həmin dövrün gəncliyinin milli mənlik şüurunun olmasından xəbər verirdi və onlar öz mübarizlikləri ilə dövrümüzün gəncliyi üçün çox gözəl bir örnək oldular.

Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin üzvü Məşhur Məmmədov bildirib ki, Azərbaycanda gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması dövlətin başlıca vəzifələrdən biri olub: “Bu gün də gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşlanması vacib işlərdən biridir.  Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında təhsil ocaqlarının və hərbi xidmətin əvəzedilməz rolu var. Ordu dövlətin müstəqiliyini, suverenliyini və ərazi bötövlüyünün qorunmasının  təminatçısıdır. Ordunun tərkib hissəsinin böyük bir qismi gənclərdən ibarətdir. Müharibə dövründə Ali Baş Komandanın gənclərə müraciəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət idi. Bu çağırışdan sonra gənclərin vətənin müdafiəsinə könüllü olaraq qoşulması, xüsusilə ölkə xaricində yaşayan gənclərin də bu çağrışa səs verməsi tarixi qələbənin ilk qığılcımları oldu. 44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi idi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin yaratdığı imkanlardan gənclər yararlanır, inkişaf edir, bilik və bacarıqlarını artır: “Dövlət və cəmiyyət qarşısında məsuliyyətini hiss edir qarşısına qoyulan öhdəlikləri layiqincə yerinə yetirir. Təbii ki, ölkə rəhbərinin  gənclərə inamı vətən müharibəsində Azərbaycan gənclərinin böyük şücaət göstərməsinə zəmin yaratdı. Son illər ölkədə gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin artıq mükəmməl bir sistemi formalaşıb. Həyata keçirilən tədbirlər silsilə xarakter alıb. Bütün bunlar isə təbii ki, aparılan təbliğat  işlərinin nəticəyönümlülüyünə müsbət təsir edir. 44 günlük Vətən müharibəsindəki tarixi zəfər Azərbaycan xalqının, xüsusən onun gənclərinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi”.

Deputat bildirib ki, məhz 44 günlük müharibə dönəmində gənclərimizin rəşadəti hər kəsi heyran etdi: “Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı gənclərimizin igidliyi barədə illər, onilliklər boyu yazılsa da bitib-tükənən deyil. Ələlxüsus, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi igidliyin, cəsurluğun ən pik nöqtəsi hesab olunur ki, bu barədə dastanlar yaratmaq gərəkir. Yalçın qayalara qartallar kimi qalxan Azərbaycan oğulları, gənclərimiz az qala yalın əllə düşməni diz çökdürdü. Şəhərin geri alınması zamanı gedən döyüşlərdə hərbi hospitallara daşınan erməni əsgərlərinin ancaq bıçaq, tapança gülləsi yarası ilə ora daxil olması tarix boyu düşmənin yaddaşından silinən deyil. Düşmən Azərbaycan gəncliyinin, əsgər və zabitlərimizin cəsurluğuna, rəşadətinə bir daha tamamilə əmin oldu. Əmin oldu ki, Azərbaycan gəncliyi vətənpərvərlik, milli mənlik şüurunda yetişib və bu ruhda gəncliyi yetişən bir xalqın, ölkənin torpaqlarını işğalda saxlamaq mümkün deyil”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29