Bakıda beynəlxalq konfrans...
09.12.2023 [12:20]
Məişət zorakılığı ilə bağlı statistika təqdim olundu
Bu günlərdə Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və xarici ölkələrin nümayəndələri iştirak ediblər.
Hər il 400-ə yaxın müraciət
Tədbir məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb. Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitəyə hər il təqribən 400-ə yaxın müraciət daxil olduğunu deyib. O, qeyd edib ki, hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir.
Dörd ildə üç dəfə artım...
B.Muradova vurğulayıb ki, aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verib: “Təkcə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə üç dəfə artıb. Belə ki, 2020-ci ildə 178, 2023-cü ilin 11 ayında isə 550 müraciət daxil olub”.
Komitə sədri çıxışında dövlət başçısının 2020-ci il 27 noyabr tarixli ?ərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətindən də danışıb.
Konfransda çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, məişət zorakılığına ən çox məruz qalan qadınlardır. Sumqayıtda, Bakıda və Cəlilabadda zorakılıqdan əziyyət çəkənlərə sosial dəstək göstərilir. Ölkədə ailə dəyərlərinin artırılması zorakılığın qarşısının alınmasına böyük kömək ola bilər.
Zərərçəkmiş şəxslər əsasən qadınlardır
Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov bildirib ki, məişət zorakılığı cinayətin bir növüdür və dünyanın aparıcı dövlətlərində də baş verir. Ə.Novruzov məişət zorakılığı ilə bağlı 622 nəfər təqsirləndirilən şəxs barəsində işlərin öyrənilməsi nəticəsində müəyyən edilmiş nəticələri də açıqlayıb: “Müəyyən edilib ki, təqsirləndirilən şəxslər əsasən kişilər, zərərçəkmişlər isə qadınlardır. Belə ki, təqsirləndirilən şəxslərdən 94 faizini kişilər (585 nəfər), 6 faizini isə qadınlar təşkil edib”.
Ötən il 6671 cinayət baş verib
Daha sonra Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov çıxış edib: “Ailə-məişət cinayətlərinin aktuallığını nəzərə alaraq, tərəfimizdən aparılan ümumiləşdirmə zamanı müəyyən edilib ki, 2022-ci ildə qadınlara qarşı 6671 cinayət faktı qeydə alınıb. Ailə-məişət münaqişəsi zəminində baş verən cinayətlərin 1129-da zərərçəkmiş şəxs qadınlar, 244-də isə kişilərdir. Zərərçəkmişlərdən isə 12-si yeniyetmələrdir. Onlardan 3-ü qız, 9-u isə oğlandır”.
O, bildirib ki, 2023-cü ildə qadınlara qarşı 5034 cinayət törədilib, onlardan 1396-sı ailə-məişət münaqişəsi zəminində baş verib.
9 ayda 754 min 231 müraciət...
Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini polis mayoru İmran Əliyev 2023-cü ilin 9 ayında “102” qaynar xəttinə 754 min 231 müraciət daxil olduğunu deyib. Bunların 0,9 faizi, yəni 7263-ü məişət zorakılığı, qısqanclıq zəminində olan məlumatlardır.
Polis mayoru bu ilin 9 ayında cinayətlərin ümumi sayının 26 min 778 olduğunu vurğulayıb. O deyib: “Qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 1848, ailə münaqişəsi və qısqanclıq zəminində isə 955-dir”.
Azyaşlılar maarifləndirilir...
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova bildirib ki, ibtidai sinif dərsliklərində “xeyir və şər”, “yaxşı nədir, pis nədir” mövzuları kiçik həcmli illüstrasiyalarla izah olunur, azyaşlılar maarifləndirilir: “Bütün bu məlumatlar uşaqların yaş səviyyələri, inkişaf prosesləri nəzərə alınmaqla tərtib edilir. 9-10-11-ci siniflərdə isə ailə, demoqrafiya, reproduktiv sağlamlıqla bağlı fənlər müəyyən edilib, tədris olunur və bunun metodik vəsaiti işlənilir.
Biologiya, ədəbiyyat, həyat bilgisi, Azərbaycan dili və Azərbaycan tarixi fənləri üzrə dərsliklərə ailə dəyərlərimiz, ailədaxili mədəniyyət, etik normalar, milli-mənəvi, islami əxlaqımız barədə məlumatlandırıcı mətnlər daxil etmişik”.
Y.SƏLİM
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33

