Vitamin D çatışmazlığı...
01.06.2024 [11:20]
Hansı xəstəliklərə yol açır?
Sağlamlığımız üçün D vitamininin böyük əhəmiyyəti var. Bu vitaminin orqanizmdə lazımi normada olması müxtəlif xəstəliklərə qarşı müqaviməti gücləndirir. Əks halda isə D vitamini çatışmazlığı bir çox problemə yol açır. Bu gün istər böyüklər, istərsə də uşaqlar arasında vitamin D əksikliyindən əziyyət çəkənlərin sayı çoxdur.
Aparılan tədqiqatlar göstərib ki, 5 yaşadək uşaqların yarısı, 6-11 yaş arası uşaqların 70 faizində D vitamini çox aşağı səviyyədədir. Tədqiqatçılar problemin dünya əhalisinin 50 faiz üçün təhlükə doğurduğunu qeyd edirlər.
D vitamininin mənbəyi nədir?
D vitaminin miqdarının qidalarda az olması səbəbindən, orqanizm üçün lazım olan miqdarın çox az bir hissəsi (10-20% ) yeməklərlə qəbul edilir. Əhəmiyyətli bir hissəsi (80-90%) UVB şüalarının təsiri altında dəridə sintez olunur. Sintez üçün Günəş işığının dəriyə birbaşa təması lazımdır. Günəş şüalarının dünya üzərinə gəlib çatdığı ən yüksək bucaq, Zenith bucağı adlandırılır və bu bucaq altında D vitamini sintezi daha yüksək olur.
Normanı qorumaq vacibdir...
Aparılan tədqiqatlar göstərir ki, D vitamininin sümük sağlamlığından tutmuş immunitetin gücləndirilməsinə qədər bir çox faydası var. Ancaq bu vitaminin orqanizmdə norma daxilində olması lazımdır. Çünki D vitamini orqanizmdə toplanma xüsusiyyətinə malik olduğu üçün onun çoxluğu ürəkdə ritmik pozulmalar, böyrəklərdə daş və çatışmazlıq kimi bir çox problemlərə yol aça bilər.
Bu saatlarda qəbul edin...
Endokrinoloq-həkim Günay Şahbazova D vitamininin qəbulu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verib. Onun sözlərinə görə, ölkəmizin coğrafi mövqeyi baxımından vitamin D sintezi üçün may-oktyabr ayları ən uyğun zamandır: “Bədən üçün lazımi D vitamininin 90 faizi Günəş işığı ilə, yalnız 10 faizi isə qidalarla alınır. Günəş vasitəsilə D vitamininin qəbulu üçün ən yaxşı zaman saat 11:00-15:00 arasıdır”.
Qoruyucu kremi unutmayın...
G.Şahbazova bildirib ki, Günəşin ultrabənövşəyi şüaları dəridə D vitamininin yaranmasına kömək edir: “Lakin unutmamalıyıq ki, dərinin qaralması eyni zamanda qüsurları da üzə çıxara bilər. Həddən artıq çox qaralmış dəridə qırışlar aydın nəzərə çarpır. Ona görə də günəş şüalarını qəbul etməzdən qabaq qoruyucu kremlərdən istifadə vacibdir. Qoruyucu kremləri günəşə çıxmazdan təxminən 30 dəqiqə əvvəl evdə sürtmək lazımdır. Çünki günəşdən qoruyucu məhsullar ancaq bu müddətdə dəridən sorularaq effektli olur. Kremləri dəriyə elə çəkmək lazımdır ki, bütün dərini əhatə etsin”.
D vitamini uşaqlara nə üçün lazımdır?
Həkim qeyd edib ki, uşaqların D vitamini qəbul etməsi boyun artması, sümüklərin və dişlərin düzgün formalaşması, əzələnin inkşafı üçün vacibdir: “Bu vitamin orqanizmdə dəri və ürək-damar xəstəlikləri ilə mübarizə aparmağa kömək edir, qalxanvari vəzin və sinir sisteminin normal işini təmin edir. D vitamin? çatışmazlığı bağırsağın ciddi xəstəliyinə səbəb ola bilir. Uşaq orqanizmi üçün çox vacib olan D vitamini olmazsa, qida məhsulları normal qavrana bilməyəcək və orqanizm öz ehtiyatlarından istifadə etməyə başlayaraq, sümüklərdən kalsium yuyulub gedəcək. Beləliklə, uşağın sümükləri zəifləyəcək - osteomalyasiyaya səbəb olacaq. Bu proses böyüklərdə də 40-45 yaşından sonra, xüsusilə qadınlarda başlayır. Müasir həyatın sürətli tempi, qapalı məkanda iş, təmiz havada hər gün yetərincə olmamaq sağlamlığa xələl gətirən və bu vacib vitaminin çatışmazlığına səbəb olan amillərdir”.
D vitamini defisiti nələrə səbəb olur?
Endokrinoloqun sözlərinə görə, D vitamini çatışmazlığı ən çox yorğunluq, ürəkdöyüntünün artması, tərləmə, əzələ-sümük ağrıları, saç tökülmələri, dırnaqlarda qırılmalar, depressiv hal, immun sisteminin zəifləməsiylə özünü büruzə verir: “Həmçinin vitamin D çatışmazlığı insanlarda bir sıra autoimmun xəstəliklərin əmələ gəlmə riskini artırır, xüsusilə də, multipl skleroz və revmatoid artrit kimi autoimmun xəstəliklərindən əziyyət çəkirlər. Həmçinin vitamin D çatışmazlığından bəzi xərçəng xəstəlikləri arasında bir əlaqə olduğunu sübut edən tədqiqatlar var. Bundan başqa, vitamin D çatışmazlığının psixiatrik xəstəliklərlə əlaqəsi də var. Belə ki, depressiyası və şizofreniyası olan xəstələrdə vitamin D çatışmazlığına daha çox rast gəlinir”.
Bu qidalara üstünlük verin...
Həkim D vitamini ilə zəngin olan qidaları da diqqətə çatdırıb: “Süd məhsulları, balıq yağları və yağlı balıqlar, yumurta sarısı, kərə yağı, qaraciyər, göbələk, yerkökü, cəfəri, taxıl məhsulları D vitamini ilə zəngin qidalardır. D vitamini səviyyəsi qanda ölçülür, ideal olaraq 30-50 ng/ml D vitamini səviyyəsinin kifayət olduğu düşünülür. 50 ng/ml-dən yuxarı halda bəzi narahatlıqlar hiss olunmağa başlasa da, D vitamini toksikliyi qan səviyyəsində 200 ng/ml-dən yuxarı qalxdıqda başlayır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51

