Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir
07.02.2018 [10:09]
Azərbaycan-Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Fevralın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.
Səudiyyə Ərəbistanına səfəri zamanı İki Müqəddəs Ocağın Xadimi, Kral Əlahəzrət Salman bin Əbdüləziz Al Saud və Krallığın Vəliəhdinin varisi, müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşlərini xatırladan general-polkovnik Zakir Həsənov ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində dövlət rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayıb və bu əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyib.
Regiondakı təhlükəsizlik vəziyyətinə toxunan müdafiə naziri Dağlıq Qarabağ məsələsinin həllində Səudiyyə Ərəbistanının daim Azərbaycanın mövqeyini dəstəklədiyinə və Ermənistanla diplomatik əlaqələr yaratmadığına görə minnətdarlığını bildirib.
Ölkəmizə səfərdən məmnunluq hissini ifadə edən nümayəndə heyətinin rəhbəri general-mayor Əli bin İbrahim Fəvvaz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və müdafiə nazirinə Krallığın rəhbərliyinin salamlarını çatdırıb. Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanı özünə dost və qardaş dövlət sayır, eləcə də ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığa böyük önəm verir.
General-mayor Əli bin İbrahim Fəvvaz əlavə edib ki, müsəlman ölkəsi olaraq Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir və Azərbaycanın haqq işində ölkəsinin daim onun yanında olduğunu bəyan edib.
Görüşdə hər iki ölkənin orduları arasında əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, səfərlərin təşkili və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

