Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Səfəvi xanədanlığında qadın gücü: Pərixan Sultan

Səfəvi xanədanlığında qadın gücü: Pərixan Sultan

03.08.2022 [10:42]

İki qardaşını öldürüb hakimiyyətə gəldi, adına pul kəsdirdi

M.BAYRAMLI

Azərbaycanın orta əsr görkəmli siyasi xadimlərindən olan Pərixan Sultan 1548-ci ilin bu günü Əhərdə dünyaya gəlib.  Pərixan xanım Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. Atasının ən sevdiyi qızı, ən yaxın məsləhətçilərindən olub. Güclü iradəyə malik qadınlardan və Səfəvilər sülaləsinin bilikli şəxsiyyətlərindən olan Pərixan  hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılıb.

Pərixan Sultan I Şah Təhmasibin qızı və I Şah İsmayıl Xətainin nəvəsi idi. Atasının vəfatından sonra bir müddət şahlığı öz əlində saxladı. Daha sonra hakimiyyəti gürcü əsilli analığından olan ögey qardaşı Heydər Mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı. Heydər Mirzə ona inandığı üçün qardaşı Süleyman Mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və analığı - gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi. Şamxal Sultan çərkəzlərdən ibarət 300 nəfərlik şəxsi heyəti ilə Heydər Mirzəni öldürdü. Pərixan Sultan Heydərin ölümünü istəmirdi, lakin özü də istəmədən bu ölümə şahid olmuşdu. Bundan sonra Pərixan Sultanın dərin mənəvi böhran dövrü başlamışdı. Pərixan Sultan qardaşı II Şah İsmayılı hakimiyyətə gətirmişdi. Yeni şah taxta çıxandan sonra onu min bir əziyyətlə taxta çıxardan Pərixanı özünə təhdid sayırdı.

Çox keçmədi ki, Səfəvi xənədanının “ölüm mələyi” - II İsmayıl özü də qətlə yetirildi. Pərixan Sultan dövləti və xənədanı üçün hətta doğma qardaşlarından çox sevdiyi, ümid bəslədiyi, xəyalındakı o mərd, igid sərkərdəni, özü taxta gətirdiyi kimi də taxdan saldı. II İsmayılın öldürülməsindən sonra Pərixan Sultan əsas hakimiyyəti əlinə aldı.

Səfəvi tarixçisi və yazarı İsgəndər bəy Münşi, Pərixan Sultan haqda bunları demişdi: “Adlı-sanlı şahzadələrdən örpəkli Pərixan Sultan ağıl və biliyinin çoxluğuna görə başqa möhtərəm xanımlardan üstün və atasının yanında hamıdan izzətli, hörmətli, əziz olan rəy və məşvərət sahibi idi və başqaları ona həsəd aparırdı”. Bu da türklərin öz qadınına, qızlarına verdiyi dəyərin göstəricisi idi. Səfəvilərdə qadın müdrikliyinə, saray idarəçiliyində qadının iştirakına hörmət qoyulsa da, təbii ki, həmin dövrdə qadın şah ola bilməzdi.

Pərixan xanım şahzadə Məhəmməd paytaxta gələnəcən qəyyum olacağını bildirmişdi. Pərixan xanım onun hakimiyyətini sorğulayan bir çox kişiləri meydanda edam etdirdi. Vəli sultanın da danışıqlarına əhəmiyyət verməyərək öz adına da sikkə basdırdı. Pərixan xanım ilk iş olaraq qardaşının həbs etdirdiyi önəmli şəxsləri həbsdən azad etdirdi. Hakimiyyəti ələ alsa da, Pərixan Sultan kədərlərə qərq oldu, iki qardaşının ölümünə bais olduğunu unuda bilmirdi. Bu, onun anasını da çox narahat edirdi. Qızı sanki günbəgün çiçək kimi solurdu...

Sultan Məhəmməd Xudabəndə hakimiyyətə yiyələndikdən sonra Pərixan xanım onun əmri ilə edam olundu.

Paylaş:
Baxılıb: 89 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31