Nobel, yoxsa Abel?
27.09.2022 [10:50]
MİKAYIL
Norveç hökuməti bu gün - 27 sentyabr 2002-ci il Abel mükafatını təsis edib. Abel mükafatı - bir və ya bir neçə məşhur riyaziyyatçıya illik təqdim olunan beynəlxalq mükafatdır. Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Cəmi 26 il ömür sürən görkəmli riyaziyyatçı böyük elmi irs qoyub.
Abel mükafatı Nobelin illik mükafatlandırma üzrə planlarına riyaziyyatın daxil olmadığını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Lakin bir sıra cəhdlərə baxmayaraq, mükafatın yaradılmasında uğursuzluq baş verib.
2003-cü ildən başlayaraq hər il bu mükafat müasir dövrün qabaqcıl riyaziyyatçılarına təqdim edilir. Mükafatın ilk laureatı fransız alimi Jan-Pyer Serr olub. Laureatlara 7.5 milyon Norveç kronu, yəni təxminən 1 milyon ABŞ dollar məbləğində pul mükafatı verilir. Abel mükafatına adətən riyaziyyatçıların “Nobel mükafatı” da demək olar.
2002-ci ildə alimin anadan olmasının 200 illiyi münasibətilə Norveç hökuməti Abel Fondunun və eyniadlı mükafatın təsis edilməsinə 200 milyon kron ayırıb. Bu mükafatın təsis olunmasında məqsəd təkcə riyaziyyat sahəsində elmi xidmətləri dəyərləndirmək deyil, eləcə də gənclər arasında bu elmin populyarlığının artmasına kömək etməkdir. Mükafatın təqdimetmə mərasimi yazın sonunda keçirilir. Ənənəyə görə, mükafatı laureata Norveç kralı təqdim edir.
İlk dəfə qadın riyaziyyatçı layiq görülüb
Mükafatlandırmanın tarixində 3 il öncə bir ilk yaşanıb. Belə ki, ilk dəfədir ki, bu mükafata bir qadın - amerikalı riyaziyyatçı Karen Ulenbek layiq görülüb. 77 yaşlı professora mükafat “həndəsi qismən diferensial tənliklər, sahə nəzəriyyəsi və inteqrasiya olunan sistemlərdə qabaqcıl uğurlarına və işlərinin riyazi analiz, həndəsə və riyazi fizikaya əsaslı təsirinə görə” verilib.
Ötən il isə Norveç Elmlər və Ədəbiyyat Akademiyası riyaziyyat üzrə Abel mükafatını macar alim Laslo Lovasa və israilli alim Avi Viqdersona təqdim ediblər. Mükafat nəzəri informatikaya və diskret riyaziyyata verilən sanballı töhfəyə və onların müasir riyaziyyatda mərkəzi sahəyə çevrilməsində aparıcı roluna görə müəyyən edilib. Hər iki alim mürəkkəb hesablamalar nəzəriyyəsinə töhfələr veriblər.
Maraqlıdır, Azərbaycandan hansı riyaziyyatçı mükafatçılar sırasında adını yazdıracaq?
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

