Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / “Balqabaqlar bayramı”...

“Balqabaqlar bayramı”...

31.10.2023 [11:30]

Qara ruh”lar, “cadugar”lar, şamlar ansamblı - HELLOUİN

Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, xüsusi bayramları da var. Atributlarında və qeyd olunmasında müəyyən fərqlər olsa da, bayramların əsas məqsədi paylaşmaq və yaxınlarını sevindirməkdir. Zaman keçdikcə bu bayramlar da lokal müstəvidən qlobal dünyaya transferini gerçəkləşdirir - bəzi bayramlar hətta on min kilometrlərlə yollar “qət edərək” fəqli qitələrdə özünün yeni “həyatına” qədəm qoyur.  

Dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən “Hellouin” də bu bayramlar sırasındadır. Bu bayram ingilis dilində “Halloween”, dilimizdə isə Hellouin - “balqabaqlar bayramı” adlanır. “Halloween” sözü “All Hallows Eve” sözündən gəlir və mənası “müqəddəs axşam” deməkdir.

Xristian aləmində müqəddəslər bayramlardan sayılan “Hallouin” ilk dəfə İrlandiya və Şotlandiyada qeyd olunsa da, sonradan bir çox Qərb ölkələrində sürətlə yayılmağa başladı. Elə ilk dəfə “Hallouin” kostyumu da məhz 1985-ci ildə Şotlandiyada hazırlanıb. “Hallouin”in özəlliklərindən biri bu bayramda xüsusi kostyumların geyilməsi və qorxulu maskaların taxılmasıdır. Qeyd edək ki, bayramın əsas atributu “Cek fənəri”dir - içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. İnanca görə, bütün bunlar şər qüvvələrin dəf edilməsində böyük rol oynayır. Aparılan araşdırmalara görə, ABŞ-da bu bayramı qeyd edənlərin yarıdan çoxu “Hallouin” paltarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmir.

“Hallouin”in tarixi...

Uşaqdan-böyüyə hər kəs tərəfindən sevilən bu bayramın sərhədlərinin “genişlənməsinin” də çox maraqlı tarixi vardır. Hər il oktyabrın 31-də qeyd olunan “Hallouin” bayramının yaranması qədim kelt bayramı olan “Samayn”la əlaqəlidir. “Samayn” bütpərəstlərin bayramı idi. 2 min il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər. Bu gün yazın sonu, qışın başlanğıcı olaraq görülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli hesab edirdilər. Keltlər oktyabrın 31-nə keçən gecədə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ölülərin ruhlarının yerə qayıtdığına inanırdılar. Bunun sayəsində də ölülərlə əlaqə saxlanıla bilinirdi. “Hallouin” bayramında olan “haunted” çağırışlarının da səbəbi məhz budur. Onlar evini ziyarətə gələn ruhlarla yanaşı, ziyanverici ruhların da gələ biləcəyindən narahat olaraq onları qorxudub qaçırmaq üçün qorxulu balqabaqlar hazırlayır və ya iyrənc makiyajlar edirdilər. Keltlər o biri dünyadan gələn bu ruhların həm də kahinlərin gələcək haqqında proqnoz verməsini asanlaşdırdığına inanırdılar. Bayram zamanı insanlar nəhəng tonqallar ətrafında toplaşaraq məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verirdilər. Onlar bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.

Daha sonra Kelt torpaqları 400 il Roma İmperiyasının işğalı altında qaldı. Bu müddətdə romalıların 2 bayramı “Samayn” bayramı ilə birləşdirildi və bununla da bayram adətlərinə bir sıra əlavə və dəyişikliklər olundu. Məsələn, qadınların həyat yoldaşlarının kim olacağını görmək üçün alma dilimləri ilə fala baxması romalıların bayramlarından keçmiş bir adətdir. Bu bayram bütpərəstlərin bayramı olduğu üçün xristianlar onlara təsir edərək ənənələrini əritməyə çalışırdılar, hazırkı “Hallouin” bayramında xristianlıq çalarlarının olmasının səbəbi də budur. Məhz xristianların təsiri sayəsində bu bayram daha da məşhurlaşaraq bütün dünyada xüsusi bir gün olaraq qeyd edilməyə başladı.

Satılan konfetlərin dörddə biri...

“Hallouin” kökünü “Samayn” bayramından götürsə də, tarixən dəyişikliklərə məruz qaldı və təkamül nəticəsində “müasirləşdi”. Əvvəlki dövrlərin mistik ritualları daha yüngül əyləncə və oyunlara çevrildi. Məsələn, kostyumlar müqəddəslərə hörmət kimi başlasa da, hazırda yalnız əyləncə xarakterlidir. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək qapı-qapı gəzib şirniyyat və ya konfet yığırlar, ev sahibi heç nə verməyəndə isə qorxulu geyimləri ilə onlara hədə-qorxu gəlirlər. Statistikaya əsasən, ABŞ-da hər il satılan bütün konfetlərin dörddə biri “Hallouin” üçün alınır.

Bayrama hazırlıq...

Balqabaq Hellouinin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqları oyub, içərisinə şam qoyurlar. Bundan başqa, bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir;

Bayram günündə geyiniləcək xüsusi kostyumlar seçilir;

Uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır;

Evlərin önü, mağazaların vitrinləri “Halloween” konseptində bəzədilir;

Bu günü maraqlı şəkildə qeyd etmək üçün tədbirlər hazırlanır.

Bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.

“Hallouin” Azərbaycanda...

Azərbaycanda bu bayrama münasibət fərqlidir. Bir neçə il əvvələ kimi “Hallouin”in nə demək olduğunu, nə üçün keçirildiyini bir çoxlarımız heç anlamırdıq da. Lakin 5-6 ildir ki, “Hallouin” bayramı azərbaycanlıların da həyatına daxil olub. Azərbaycanda çoxluğun bayramla bağlı ənənələrdən xəbəri olmasa da, “qeyd edənlər” də tapılır. Onlar əyləncəli xarakterinə görə “Hallouin”i sevirlər. Ölkəmizdə bütün mağazalarda olmasa da, bəzi mağazaların vitrinlərində “Hallouin” konseptini də görə bilərik. Bununla bağlı müxtəlif tədbirlər keçirilir və iştirak edənlərin sayı heç də az deyil.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Onun əsas amalı

11 Dekabr 12:28

Xəbər lenti

Sevincin COP29 kədəri...

11 Dekabr 11:14  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

İnsan hüquqları!

09 Dekabr 12:24

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31