Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bu gün təmsilçimiz "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək

Bu gün təmsilçimiz "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək

13.05.2025 [15:05]

Bu gün İsveçrənin Bazel şəhərində 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnəyə çıxacaq. Qrup Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxacaq. Mahnının sözləri Asəf Mişiyevə, musiqisi Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.

İlk yarımfinalda Azərbaycanla yanaşı, Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək. İctimai Televiziyada birbaşa yayımlanacaq müsabiqə yerli vaxtla saatla 23:00-da başlayır. Müsabiqənin şərhçiləri musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin televiziya və radio aparıcısı Ağa Nadirov olacaq.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

150 ilə sözardı

14 İyun 11:38  

Analitik

Analitik

Ukraynaya “mesaj”...

14 İyun 11:00  

Siyasət

Sosial

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30