/ / Azərbaycan Diplomatik Akademiyasında Qarabağa həsr olunan müxtəlif sənət əsərlərindən ibarət sərgi açılıb
Azərbaycan Diplomatik Akademiyasında Qarabağa həsr olunan müxtəlif sənət əsərlərindən ibarət sərgi açılıb
26.12.2013 [09:59]
Dekabrın 25-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) təşkilatçılığı ilə Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Sülh və Qarabağ üçün səslər” (“Voices for Peace, Voices for Karabakh”) kampaniyası çərçivəsində sərgi açılıb.
AzərTAc xəbər verir ki, ADA tərəfindən dəstəklənən “Xankəndi üçün səslər” (“Voices for Khankendi”) adlı sərginin müəllifi gənc rəssam və illüzionist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həlimə Ələsgərovadır.
Sərginin açılış mərasimində bildirilib ki, kampaniyanın əsas məqsədi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərini unutmamaq, tarixi yaddaşımızı möhkəmləndirmək, şəhidlərimizin xatirəsini yad etmək və gənclərdə Qarabağa sevgi hissinin aşılanmasıdır.
Tədbirdə Azərbaycan mədəniyyətinin bütün dünyada geniş təbliğ olunduğunu diqqətə çatdıran ADA-nın prorektoru Fariz İsmayılzadə bildirib ki, bu sərgi də xalqımızın öz mədəni keçmişinə və mənəvi dəyərlərinə böyük hörmətlə yanaşdığını sübut edir.
Fariz İsmayılzadə deyib ki, ADA-nın əsas vəzifələrindən biri gənclərə xalqımızın tarixini öyrətməkdir. Bu baxımdan akademiyada belə layihələrin reallaşması çox əhəmiyyətlidir. Eyni zamanda, ADA-da təhsil alan dünyanın 28 ölkəsinin gəncləri bu sərgi vasitəsilə Azərbaycan tarixi ilə tanışlıq imkanı qazanacaqlar.
Mərasimdə Milli Məclisin deputatları Flora Qasımova, Asim Mollazadə və Aydın Mirzəzadə çıxış edərək ömründə Şuşanı görməyən bir gəncin qədim tarixi və zəngin mədəniyyəti olan Qarabağı öz rəsm əsərlərində tərənnüm etməsini yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, Qarabağ Azərbaycanın təkcə musiqi, mədəniyyət beşiyi deyil, həm də özünün görkəmli ziyalıları ilə məşhur bir bölgədir. Belə zəngin mədəniyyətə, musiqiyə sahib olan bir torpaq Azərbaycan dövlətinin başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə erməni işğalından azad ediləcək.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycanın bu dilbər guşəsinin mədəniyyətinin, incəsənətinin, musiqisinin zənginliyindən danışıb, Qarabağın mədəni irsini qorumağın hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.
Bayram Səfərov sərginin təşkilinə göstərdikləri köməyə görə ADA-nın rəhbərliyinə və ASAIF-ə minnətdarlığını bildirib.
Sərgidə Qarabağın, o cümlədən Şuşanın təbiət mənzərələrini, tarixi-memarlıq abidələrini əks etdirən sənət əsərləri nümayiş olunur. Bu sənət əsərləri tamaşaçıların diqqətini nəinki Qarabağ müharibəsinin günahsız qurbanlarına, həmçinin dünyada davam edən digər münaqişələrə yönəldərək insanların taleyi barədə düşünməyə çağırır.
Sərgi bir həftə davam edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13

