Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Drezdendə növbəti mədəniyyət tədbiri keçirilib
10.12.2014 [10:11]
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində növbəti tədbir dekabrın 8-də Drezdendə təşkil olunub.
Məşhur “Albertinum” muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.
Tədbiri açan səfir Pərviz Şahbazov mədəniyyət axşamının Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirildiyini söyləyib. Diplomat tədbir iştirakçılarına ölkəmizin inkişafı, Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırkı vəziyyəti barədə məlumat verib. Səfir Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən Azərbaycanın zəngin mədəni irsi, dünya musiqisinə verdiyi töhfələr, ölkəmizdə klassik və müasir musiqinin inkişafı, qazanılan nailiyyətlər haqqında danışıb. O, həmçinin xalqımızın musiqi beşiyi olan Qarabağın və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından bəhs edib.
Tədbirin aparıcısı Azərbaycanda mövcud olan alman irsi, birinci xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün həyata keçirdiyi işlər barədə məlumat verib. Aparıcı məşhur bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət kamera orkestrinin də fəaliyyətindən söhbət açıb.
Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanan “Azərbaycanda alman irsi” kitabı təqdim edilib. Eyni zamanda, “Azərbaycanda alman izləri” adlı fotosərgi və “Almaniya bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəssamlıq Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniyada akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22

