"Şərq-Qərb" Bakı Beynəlxalq Kino Festivalı XI dəfə baş tutdu
24.09.2009 [09:51]
Heydər Əliyev Sarayında baş tutan təntənəli açılış mərasimində Azərbaycanda səfərdə olan TüRKSOY-un baş direktoru Düsen Kaseinov çıxış edərək, festivalın işinə uğurlar arzulayıb. Festival münasibəti ilə kino işçilərini təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin Azərbaycanla bərabər, iştirakçı ölkələr üçün də əhəmiyyətindən danışıb. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli xalqımızın üzeyir Hacıbəylinin doğum gününü iftixar hissi ilə qeyd etdiyi bir gündə belə beynəlxalq festivalın keçirilməsini olduqca əhəmiyyətli hesab edib. F.Bədəlbəyli onu da söyləyib ki, Azərbaycan filmlərində xalqımızın ölməz musiqi xəzinəsi yaşamaqdadır.
Festivalı açıq elan edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyov tədbirin təşkilində kömək göstərdiklərinə görə, müvafiq qurumlara təşəkkür edib. Daha sonra, sözü çexiyalı rejissor Yan Sveraka verib. Y.Sverak Azərbaycanda olmasından və festivalda iştirakdan məmnunluq duyduğunu dilə gətirib.
Qeyd edək ki, festival çərçivəsində çexiya rejissoru Yan Sverakın “Sürmə” (1994), “Kolya” (1995) və “Netçciklər” (1998) filmlərinin retrospektivi təşkil olunub. O cümlədən, digər çex rejissoru Zdenek Troşkanin “Ən gözəl tapmaca” film-nağılının Azərbaycan premyerası, Nana Djorcadzenin “Meteosəfeh” və Teymur İsmayılovun “Binqo” filmləri nümayiş olunub. Bundan başqa, festival çərçivəsində “Avrasiya filmləri” panoramasında Macarıstan, Bolqarıstan, Rusiya, Gürcüstan, Qazaxıstan, Estoniya, Polşa, çexiya, “Müsəlman ölkələri” filmləri panoramasında isə Qazaxıstan, İran, özbəkistan, Türkiyə, Misir, Mərakeş, Tunis və Azərbaycan filmləri nümayiş olunub. Festivalda Azərbaycanı Elçin Musaoğlunun 42-ci Hyuston Festivalında xüsusi mükafata layiq görülən “Qırxıncı qapı” filmi uğurla təmsil edib.
XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kino Festivalının sonuncu günü Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Kinematoqrafçılar İttifaqının və Dünya Kinosunun 100 İlliyi Fondunun təşkilatçılığı ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “İslam təsəvvürü və onun dünya mədəniyyətinə təsiri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə sufizm və sufizmin mahiyyəti, İslam mədəniyyəti, Qərbin Şərqə marağı, Azərbaycan Qərblə Şərqin yolayırıcı kimi, Azərbaycan ərazisində sufi təriqətləri, müsəlman Azərbaycanında digər xalqlara və konfessiyalara tolerantlıq və dini dözümlülük mövzularında çıxışlar olub, müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

