Beşinci "Türk filmləri həftəsi"nin açılış mərasimi olub
26.11.2019 [16:27]
Təşkilatçılar bu dəfə kiçikyaşlı tamaşaçıları da nəzərdən qaçırmayıblar
Noyabrın 25-də "Nizami" Kino Mərkəzində beşinci "Türk filmləri həftəsi"nin açılışı olub. Tədbirdə giriş nitqi ilə çıxış edən türkiyəli rejissor Önər Kılıç bildirib ki, artıq beşinci ildir baş tutan film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Yerli Düşüncə Dərnəyi və "Nizami" Kino Mərkəzinin dəstəyi ilə reallaşır. Önər Kılıç deyib ki, təşkilatçılar bu dəfə kiçikyaşlı tamaşaçıları da nəzərdən qaçırmayıblar. Belə ki, kiçikyaşlı tamaşaçılar noyabrın 29-da "Rafadan tayfa" filminə tamaşa edə bilərlər.
Açılış mərasimində həmçinin Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu, Milli Məclisin deputatı Qənirə Paşayeva və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıblar. Vurğulanıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan və bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir.
Bakıda keçirilən türk filmləri həftəsi çərçivəsində kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən natiqlər türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıblar. Bildirilib ki, nümayiş olunacaq filmlər hər bir tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdıracaq.
Qardaş ölkələr arasındakı körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayan çıxışçılar qeyd ediblər ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, türkiyəli peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq. Həftə ərzində təqdim olunacaq ekran əsərləri tamaşaçıların ümumi dünyagörüşünün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha onlara çatdıracaq. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.
Diqqətə çatdırılıb ki, yaxın gələcəkdə türk həftəsi çərçivəsində Azərbaycanın digər bölgələrində də türk filmlərinin təqdimatı nəzərdə tutulur.
Çıxışlardan sonra Türkiyədən gələn sənət adamlarına plaket təqdim edilib. Beləliklə, mükafatları almaq üçün "Lojman" filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, həmin ekran əsərinin aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, "Çakallarla Dans-5" filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla Irmak, "Kapan" filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, "Annem" filminin rejissoru Mustafa Kotan səhnəyə dəvət olunublar.
Sonda rejissor Şükrü Alaçamın "Lojman" bədii filmi nümayiş olunub.
Onu da qeyd edək ki, həftə ərzində noyabrın 26-da "Lojman" və "Kapan", noyabrın 27-də "Annem" və "Çakallarla dans-5", noyabrın 28-də "Çakallarla dans-5" və "Kapan", noyabrın 29-da isə "Rafadan tayfa" və "Annem" bədii filmləri təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxGündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02

