Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənovun çarəsiz etirafları...

Cəmil Həsənovun çarəsiz etirafları...

07.06.2014 [10:48]

Mübariz Abdullayev

Yaxud, qondarma “Milli şura” sədrinin son müsahibəsi onun radikal düşərgənin naşı siyasi piyadası olduğunu bir daha təsdiqlədi
“Danış, görüm, sən kimsən” deyimi heç də təsadüfən yaranmayıb. Həqiqətən də, istənilən adamla qısa təmas, bir neçə kəlmə kəsmək kifayətdir ki, onun kimliyini, hansı dünyagörüşünə malik oduğunu biləsən. Elə ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri ərəfəsində başına qəfildən “şahlıq quşu” qonan qondarma “Milli şura”nın ikinci “vahid namizəd”i və hazırki sədri Cəmil Həsənovun da ağzını açması kifayətdir ki, onun radikal düşərgənin naşı piyadası olduğu dərhal üzə çıxsın. Bunun təsdiqi kimi, dublyor namizədin radikalların nəzarətində olan mətbuat orqanlarına verdiyi və hələ mürəkkəbi qurumamış son müsahibəsinin bəzi məqamlarına diqqət yetirmək yerinə düşər.
Məlumdur ki, hazırda radikal müxalifət düşərgəsində ölü bir sükut hökm sürür. C.Həsənov isə məlum müsahibəsində dağıdıcı düşərgədəki süstlüyə özüsayağı haqq qazandırmağa çalışıb və bunu təbliğat imkanlarının məhdud olması ilə əlaqələndirib. Lakin qondarma “Milli şura” sədrinin söykəndiyi bu “arqument”i ən yaxşı halda məktəbdən, dərsdən yayınan cığal və tənbəl uşaqların bəhanələri ilə müqayisə etmək mümkündür. “İmkansızlıq”dan giley-güzar edən C.Həsənova xatırlatmaq yerinə düşər ki, radikalların nəzarətində bir sıra mətbuat orqanları var. Onlar həmçinin heç bir nəzarətin tətbiq edilmədiyi sosial şəbəkələrdən, onlayn medianın digər resurslarından da bəhrələnə, cəmiyyətə öz sözlərini deyə bilərlər. O, başqa məsələdir ki, radikalların deməyə bir sözləri, nümayiş etdirəcək layiqli bir əməlləri yoxdur. Daha dəqiq desək, cəmiyyət radikalların boşboğazlıqlarının, daim şəxsi mənafe güdmələrinin, intriqalarının o qədər şahidi olub ki, onların dediklərinə heç bir inam bəsləmir. Birləşmiş radikal müxalifətin “vahid namizəd”i C.Həsənovun dağıdıcıların seçkilərdə üzləşdiyi acınacaqlı məğlubiyyət, seçkilərdən əvvəl və sonra mitinq çağırışlarının cavabsız qalması bunun təsdiqidir. Bir sözlə, C.Həsənov radikal müxalifətin yoxa hesab olmasına görə “günah keçisi”ni kənarda yox, dağıdıcı düşərgənin özündə, o cümlədən də rəhbərlik etdiyi qondarma “Milli şura”da axtarmalıdır.
C.Həsənov məlum müsahibəsində, eyni zamanda, seçkilərə namizəd kimi qatılmasının “siyasi işdən” daha çox “bir ziyalı borcu” olduğu qənaətini bölüşüb. Bərəkallah, “Milli şura” sədrinin “siyasətçiliyinə”. Doğrudanmı, C.Həsənov hələ də siyasətin və “ziyalı missiyası”nın sərhədlərini müəyyənləşdirə bilməyib? Bəlkə, C.Həsənov desin ki, müxtəlif siyasi partiyaların təmsilçilərinin “birləşdikləri” və onun özünün rəhbərlik etdiyi “Milli şura” siyasi qurum deyil, elə “Tarix dərnəyi”dir? Bu yerdə, sadəcə, demək istəyirsən: Məzən olsun, ay Cəmil Həsənov!
C.Həsənovun rəhbərlik etdiyi qondarma “Milli şura” ilə bağlı ifadə etdiyi fikirləri isə onun siyasi cəhətdən diletantlığının pik həddi sayıla bilər. Belə ki, jurnalistin “Milli şura”nın yaxın gələcəkdəki yerini, aqibətini necə görürsünüz” sualına C.Həsənov özüsayağı belə bir “dahiyanə” cavab verib: “Hara qədər gedəcəksə, ora qədər”. Yəni ki, harada qırıldı, qırıldı. İki cüt, bir tək üzvü olan qondarma qurumun uzaq perspektiv üçün demirik, yaxın gələcəkdəki fəaliyyət istiqamətlərini belə müəyyənləşdirə bilməyən sədr C.Həsənovun siyasi iddialar sərgiləməsi, hətta “vahid namizəd” statusunda seçkilərə qatılması Don Ki Xotun yel dəyirmanı, tozanaqla cəng açmasına, qılınc döyüşdürməsinə bənzəmirmi?
Qondarma “Milli şura”nın sədri məlum müsahibəsində özünü olduğundan ağıllı, çoxbilmiş kimi göstərməyə çalışaraq ölkənin qarşısında duran problemlərə kəllə vurur, yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, bölgələrin inkişaf etdirilməsinin zəruriliyindən dəm vurur. Doğrudanmı, “siyasətçi”, “ziyalı”, “tarixçi alim” C.Həsənov Azərbaycan gündəmindən bu dərəcədə xəbərsizdir? Axı respublikamızda regionların, qeyri-neft sektorunun, o cümlədən də kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətləri elan edilib. Artıq ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3-cü Dövlət Proqramı reallaşdırılmaqdadır. Son 10 ildə Azərbaycanda 1 milyon 200 mindən artıq yeni iş yerləri açılıb. C.Həsənovun bütün bunları bilməməsi bir ayıb, bilib yalanlar uydurması isə ikiqat ayıbdır.
Və nəhayət, C.Həsənovun çarəsiz etirafları. Jurnalist C.Həsənova acı reallığı xatırladanda - “Milli şura”nın gücsüz durumda olduğunu deyəndə, hayının gedib, vayının qaldığını xatırladanda isə qondarma qurumun sədrinin etiraflarda bulunmaqdan başqa çıxış yolu qalmır və deyir: “Heç kim əvvəlki gücündə deyil”.

Paylaş:
Baxılıb: 1142 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30