Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanın sürətli iqtisadi inkişafı Bakının timsalında aydın nəzərə çarpır

Azərbaycanın sürətli iqtisadi inkişafı Bakının timsalında aydın nəzərə çarpır

05.10.2012 [03:45]

Hendrik Boşoten: Əminliklə deyə bilərəm ki, bir çox ölkəni təmsil edən nümayəndələrin iştirak etdiyi Forumda əhəmiyyətli məsələlər müzakirəyə çıxarılacaq və bütövlükdə, Forumun işi səmərəli olacaq
II Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından biri olan Almaniyanın Mainz Universitetinin Türkologiya kafedrasının müəllimi Hendrik Boşoten Forumla bağlı düşüncələrini qəzetimizlə bölüşüb:
- Cənab Hendrik Boşoten, II Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı düşüncələrinizi öyrənmək istərdik...
- İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Beynəlxalq Humanitar Forum özündə əks etdiriyi məsələlərə və iştirakçı sayına görə diqqəti cəlb edir. Forumda bütün dünya üçün aktuallıq kəsb edən məsələlər yer alıb. Azərbaycan Prezidenti İlham Əliyev də öz nitqində çox geniş məsələlərə toxundu, mütərəqqi fikirlər səsləndirdi. Əminliklə deyə bilərəm ki, bir çox ölkəni təmsil edən nümayəndələrin iştirak etdiyi Forumda əhəmiyyətli məsələlər müzakirəyə çıxarılacaq və bütövlükdə, Forumun işi səmərəli olacaq.
Qeyd edə bilərəm ki, II Bakı Beynəlxalq Humanitar Forumu Almaniya üçün də böyük əhəmiyyət daşıyır və ölkəmizin bir çox rəsmi şəxsləri, Almaniyanı təmsil edən diplomatlar, elm xadimləri Forumda iştirak edirlər. Bir məqamı xüsusilə qeyd edim ki, paytaxt Bakı özünün xoş siması ilə qonaqları qarşılayır.
- Yeri gəlmişkən, paytaxt Bakının timsalında Azərbaycanın inkişafını necə dəyərləndirirsiniz?
- Mən Bakıda bir neçə dəfə olmuşam. Buraya hər dəfə gələndə sürətli inkişaf və müasirləşməni müşahidə edirəm. Bakı, həqiqətən də, öz inkişafı və gözəlliyi ilə göz oxşayır. Əlbəttə ki, Azərbaycanın sürətli iqtisadi inkişafı Bakının timsalında aydın nəzərə çarpır.
Paylaş:
Baxılıb: 1400 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30