Əli Əhmədov: İsa Qəmbər öz reytinqini yüksəltməkdən ötrü müxtəlif şoular təşkil edir
31.01.2013 [01:18]
“Ona qarşı təzyiqə nə YAP-ın, nə digər başqa birisinin ehtiyacı var”
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun “SƏS TV”yə müsahibəsini təqdim edirik:
- Əli müəllim, bildiyiniz kimi bu ilin aprel ayında paytaxtımız növbəti beynəlxalq tədbirə - Davos İqtisadi Forumuna ev sahibliyi edəcək. Sizcə, bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi hansı əlamətdar hadisələrlə yadda qalacaq?
- Azərbaycanın inkişafı ilə yanaşı, bütövlükdə beynəlxalq aləmdə ölkəmizin hörmətinin və nüfuzunun artması prosesini biz daim müşahidə etməkdəyik. Azərbaycanda çox əhəmiyyətli, müxtəlif xarakterli beynəlxalq tədbirlər keçirilir. Hesab edirəm ki, dünyanın ən mötəbər iqtisadi forumlarından biri olan Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, hörmətinin təzahürüdür. Digər bir yandan isə bu forum Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara dünya iqtisadçılar cəmiyyətinin verdiyi yüksək qiymətin ifadəsidir. Bu tədbir ölkəmiz üçün çox əhəmiyyətli hadisələrdən biridir. Güman edirəm ki, Bakıda keçiriləcək Davos İqtisadi Forumu bütövlükdə bu foruma yeni bir məna və çalarlar verəcək.
- Ötən həftə müxalifət şəhərin müxtəlif istiqamətlərində növbəti dəfə icazəsiz aksiya keçirməyə cəhdlər etdi. Amma bu aksiyada maraq doğuran cəhət o oldu ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist adı altında bu aksiyanın başında dayanırdı və aranı qızışdırmağla insanların diqqətini özünə cəlb etməyə çalışırdı. Bu barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib. Bununla belə, ölkəmizdə vətəndaşların azad düşüncəsi, fikirləri və fəaliyyəti üçün həm hüquqi, həm praktiki baxımdan hər cür şərait yaradılıb. Kimin hansı məfkurəyə sahib olması, eləcə də siyasi təşkilatlarda birləşmək istəyi üçün bütün şərait, azadlıqlar təmin edilib. Lakin biz onu da görürük ki, söz və mətbuat azadlığı adı altında tamamilə başqa niyyətlərə xidmət edən az sayda da olsa insanlar var ki, bunlardan biri də məhz “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovadır. Bu insan jurnalist adı altında gizlənərək, əslində, isə tamamilə məkrli və Azərbaycan gəncliyinin, dövlətçiliyimizin mənafeyinə uyğun olmayan işlərlə məşğul olur. Hesab edirəm ki, bütövlükdə Azərbaycan cəmiyyəti həmin bu qadının hərəkətlərini kəskin şəkildə pisləməyi bacarmalı və öz mövqeyini bildirməlidir. Əks halda isə biz xoşagəlməyən insidentlə üzləşmiş olacağıq. Əgər jurnalist aksiyanın iştirakçısına çevrilirsə, artıq o, jurnalist adlandırıla bilməz. Ən azından həmin prosesdə onun jurnalist kimi özünü təqdim etməsi jurnalist adına və bu peşəyə hörmətsizlikdən başqa bir çey deyil.
- Müsavat Partiyasının başqanı İsa Qəmbər ölkə mətbuatına müsahibəsində bildirib ki, onun Lənkərana növbəti səfəri də təxribatlarla, təzyiqlərlə nəticələnib. Sizin buna yanaşmanız necədir?
- Müsavat Partiyasının başqanı İsa Qəmbərə qarşı kiminsə hər hansı bir təzyiq göstərməsi üçün nə bir ehtiyac, nə də əsas var. Hesab edirəm ki, bu insan seçki kampaniyasının yaxınlaşmasından istifadə edərək və öz reytinqini yüksəltməkdən ötrü müxtəlif şoular təşkil edir. Bu şouların içərisində onun seçki texnoloqlarının hazırladıqları bu kimi uydurma ssenarilər də var. Ona qarşı təzyiqə nə YAP-ın, nə digər başqa birisinin ehtiyacı var. İ.Qəmbər Azərbaycanın bir vətənadaşı olaraq ölkənin istənilən guşəsinə gedə bilər. Hesab edirəm ki, İ.Qəmbərin bu cür şou düzəltməsi, əslində, Azərbaycanda sərbəst hərəkət etmək azadlığına qarşı həm hörmətsizlik, həm də demokratik proseslərə kölgə salmaqdan başqa bir şey deyil.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

