Azər Məhərrəmov: Azərbaycan triatlonçusunu “Rio-2016”da gərgin mübarizə gözləyir
20.07.2016 [09:43]
Avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları start götürəcək. Dördilliyin zirvə yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunacaq. İlk dəfə olaraq Azərbaycan triatlon üzrə yarışda təmsil ediləcək. İdmançımız Rostislav Pevtsov dünyanın ən güclü triatlonçuları ilə birgə Olimpiya medalı uğrunda yarışacaq.
AZƏRTAC idmançımızın mötəbər yarışa hazırlığı ilə bağlı Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmovdan müsahibə alıb.
- Azər müəllim, idmançımızın “Rio-2016”ya hazırlığını necə dəyərləndirirsiniz?
- Son iki-üç il ərzində Azərbaycanda triatlonun inkişafında böyük nailiyyətlər əldə olunub. Ölkəmiz ilk dəfə idmanın bu növündə “Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, böyük nailiyyətdir. XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı 56 idmançı təmsil edəcək ki, onlardan biri də triatlonçu Rostislav Pevtsovdur.
Dörd il əvvəl - “London-2012”də triatlon yarışlarını izləyərkən düşünə bilməzdik ki, növbəti yarışda Azərbaycan idmançısı da mübarizə aparacaq. Ancaq həmin vaxt idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində nəzəri fikirlər formalaşırdı. Bu uğur federasiyanın, atletlərin və məşqçilərin birgə əməyi nəticəsində əldə olundu. Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Rio-2016”da avqustun 18-19-da mübarizə aparacaq.
Triatlonun özünəməxsus xüsusiyyətləri var. Bütün bunları nəzərə alaraq, idmançımızın lazımi tədbirlərdə, startlarda, etap və turnirlərdə iştirakını təmin etdik. Bu yarışlar intensiv xarakter daşıyırdı. Rostislav Pevtsov hazırda Fransada təlim-məşq toplanışındadır. Sonra idmançımız sonuncu hazırlıq prosesi üçün İspaniyaya yollanacaq və oradan birbaşa Rio-de-Janeyroya gedəcək.
Cari mövsüm Azərbaycan triatlonu üçün çox uğurlu oldu. İdmançımızın aktivində bu mövsüm qızıl, bir neçə gümüş və bürünc medallar var. Triatlonçumuz Avstraliya, Yeni Zelandiya, Çin, Avropanın bəzi startlarında, qitə çempionatının müəyyən etaplarında uğurla çıxış edib və ölkəmizin bayrağını qaldırıb. Biz “Rio-2016”ya böyük ümidlə baxırıq. Ancaq səmimi etiraf etməliyəm ki, “Rio-2016”da medal qazanmaq çox çətindir. Çünki triatlonun yazılmamış qaydaları var. Reytinqdə 5-10-cu yerlərdə qərarlaşan idmançılar bu səviyyəyə müəyyən vaxt ərzində gəlib çıxıblar. Onları üstələmək çox çətindir. Sözsüz ki, bu, idmandır. Hər bir sürpriz ola bilər. İdmançının iradəsindən və hazırlığından çox şey asılıdır. Biz də Rostislav Pevtsovu yüksək hazırlıq səviyyəsinə gətirib çıxarmışıq. Çox sevinərdim ki, idmançımız “Rio-2016”da ilk onluqda qərarlaşsın. Hazırda idmançımız dünya reytinqində 14-cü pillədədir. Həmin reytinq cədvəlində 500 triatlonçunun adı yer alıb.
“Rio-2016”da medaldan danışarkən digər ölkələrin on illər ərzindəki təcrübəsini də nəzərə almaq lazımdır. Hazırda Parisdə triatlon məktəbi fəaliyyət göstərir. Orada ingilislər, ispanlar, ruslar və digərləri bu məktəbdə hazırlaşırlar. Bizim o məktəbdə hazırlaşmağa heç vaxtımız da olmadı.
- Triatlonda Olimpiya Oyunlarına lisenziya hansı meyarlar əsasında qazanılır?
- İdmanın bu növünün öz kriteriyaları var. Triatlonda Olimpiya Oyunlarına iki il qalmış tsikl elan olunur. Dünya Triatlon İttifaqı tərəfindən 2014-cü il iyunun 1-dən 2016-ci il mayın 31-dək elan olunmuş dövrdə idmançılar reytinq xalları qazanıblar. Reytinq xalları dünya kuboku yarışlarının mərhələləri, kontinental çempionatların etapları, dünya və Avropa birinciliklərindən qazanılır. Mayın 31-də triatlonçuların son reytinq cədvəli elan olunub. Biz artıq bu ilin martında idmançımızın Olimpiadada iştirak edəcəyini söyləmişdik. Çünki idmançımızın reytinq cədvəlindəki mövqeyi bunu deməyə əsas verirdi. Dünya Triatlon İttifaqının prezidenti və Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Marisol Kasado tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinə ünvanlanmış məktubda idmançımızın Olimpiadaya vəsiqə qazandığı qeyd olunub.
- Rostislav Pevtsovun “Rio-2016”dakı rəqibləri barədə nə deyə bilərsiniz?
- Triatlon nisbətən yeni və gənc idman növüdür. Amma bunun tarixi var. İdmanın bu növü 1990-cı illərdə Qərb ölkələrində çox populyar olub. Triatlon ilk dəfə “Sidney-2000” Olimpiya Oyunlarının proqramına salınıb. Avropada triatlon kütləvi idman növü sayılır. Hətta həmin ölkələrin sosial şəbəkələrində də bu idman növü çox populyardır. İdmanın bu növünün Qərb ölkələrində inkişafı orada üzgüçülük, atletika və velosiped idmanının populyarlığı ilə əlaqədardır. Triatlon əsasən dənizə, okeana yaxın ölkələrdə daha çox inkişaf edib. Dünyada ABŞ, Avstraliya, Avropada isə İngiltərə, İspaniya, Portuqaliya, Fransa birincilər sırasındadır. İdmançılardan danışsaq, İngiltərədən Brauli qardaşlarının, İspaniyadan Qomes qardaşlarının və digərlərinin adlarını çəkmək olar. Onların bəziləri ötən il ölkəmizdə təşkil olunan “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparıblar.
- Azərbaycanda idmanın bu növünün inkişafı istiqamətində hansı işlər görülür?
- Azərbaycanda triatlonun inkişafı üç istiqamətdə aparılır. Birincisi, böyüklərdən ibarət millimizdir. Bu heyətə üç idmançı daxildir. Bu heyətin genişləndirilməsi nəzərdə tutulur və “Rio-2016”dan sonra iki namizədimiz var. İkinci istiqamət isə yeniyetmələrdir. Bu, heç də hazırlıq mərhələsi deyil. İdmançılarımız Avropa kuboku yarışlarında müəyyən uğura nail olublar. Darina Moskalenko açıq Ukrayna çempionatında qızıl medal qazanıb. O, Macarıstanda təşkil olunan yarışda isə gümüş medala sahib olub.
Üçüncü istiqamət isə hazırlıq qrupudur. İdmançılarımız hazırlıq və məşqlərini Bakı Su İdmanı Sarayında keçirlər. Burada onlar üçün hər cür şərait yaradılıb. Hazırlıq qrupundan müəyyən uşaqlar seçilərək yeniyetmələrin sırasına cəlb olunur. Məşqçilər korpusunda peşəkar mütəxəssislər yer alıblar.
- Azər müəllim, ətraflı məlumata görə minnətdarlığımızı bildirir, Olimpiadada və qarşıdakı digər yarışlarda sizə uğurlar arzulayıram.
- Çox sağ olun.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28

