Azərbaycanın idman ictimaiyyətinin seçimi idmançıların böyük dostu İlham Əliyevdir
22.03.2018 [09:44]
XXVII Yay Olimpiya Oyunlarının çempionu, Azərbaycan Respublikasının Əməkdar idman xadimi Zemfira Meftaxetdinova www.yap.org.az saytına müsahibə verib:
- Zemfira xanım, bildiyiniz kimi, aprelin 11-də respublikamızda növbəti prezident seçkiləri keçiriləcək. Azərbaycan idmanının tanınmış simalarından biri kimi, sizin bu seçkilərlə bağlı düşüncələrinizi bölüşməyinizi istərdik...
- Hər bir sivil cəmiyyətdə olduğu kimi, ölkəmizin də həyatında prezident seçkiləri mühüm və əlamətdar hadisədir. Azərbaycan xalqı növbəti müddətə öz Prezidentini, liderini seçir. İlk növbədə, mən ölkə əhalisini, xalqımızı fəal olmağa və belə taleyüklü bir məsələdə həmrəylik nümayiş etdirməyə, Azərbaycanın uğurlu gələcəyini - İlham Əliyevi dəstəkləməyə səsləyirəm.
- Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə diqqət mərkəzində olan məsələlərdən biri idmanın inkişafıdır. İdman sahəsində əldə olunan nəticələri necə qiymətləndirirsiniz?
- Tamamilə düz buyurursunuz... Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqət mərkəzində olmuşdur. İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi, təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bədən tərbiyəsi və idman təşkilatlarının fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi və sosial əsasları təsbit olunmuş, bu sahədə dövlət siyasətinin prinsipləri müəyyən olunmuş, idmanın kütləviliyinin təmin edilməsi, onun maddi-texniki təminatının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, ölkə ərazisində, hətta ən ucqar rayonlarda belə müasir idman kompleksləri tikilərək istifadəyə verilmiş, Azərbaycan böyük beynəlxalq idman tədbirlərinin keçirilmə məkanına çevrilmişdir. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və “Formula-1” Qran-Pri yarışlarının Bakı mərhələsini misal göstərmək olar.
Eyni zamanda, qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart Azərbaycan Respublikasında Bədən Tərbiyəsi və İdman Günü elan edilmişdir.
- Necə hesab edirsiniz, Azərbaycanı dünyanın ən nüfuzlu idman dövlətlərindən biri kimi xarakterizə etmək olarmı?
- Azərbaycan gənc dövlət olmasına baxmayaraq, əminliklə demək olar ki, o, böyük idman ölkəsidir. Bunu, eyni zamanda, nüfuzlu beynəlxalq idman təşkilatlarının, o cümlədən Beynəlxalq Olimpiya Komitəsinin illik hesabatlarından da aydın görmək olar. Gənc dövlət olmasına baxmayaraq, Azərbaycan dünyanın bu sahədə öz sözünü demiş nüfuzlu ölkələrindən sayılır. İdmanın müxtəlif növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında yüksək nailiyyətlərimiz, qitənin ən nüfuzlu yarışlarından olan I Avropa Oyunlarında komanda hesabında ikinci, IV İslam Həmrəyliyi Oyunlarında isə birinci olmağımız buna əyani misaldır.
- Prezident İlham Əliyev hər zaman idmançılarımıza xüsusi diqqət və qayğı göstərir. O cümlədən siz də bu diqqətlə əhatə olunan idmançılar sırasındasınız. Bu barədə təəssüratlarınız nədən ibarətdir?
- Bayaq da qeyd etdiyim kimi, Azərbaycan böyük idman ölkəsidir və buna yalnız dövlət dəstəyi, millətin, gənc nəslin sağlamlığına hesablanan uğurlu, uzaqgörən siyasət nəticəsində nail olmaq olardı. Biz idmançılar hər zaman üzərimizdə ölkə rəhbərliyinin, o cümlədən şəxsən hörmətli Prezidentimiz İlham Əliyevin yüksək inamını, diqqət və qayğısını hiss etmişik. Öz növbəmizdə həmişə çalışmışıq ki, bizə olan bu yüksək etimadı doğruldaq, ölkəmizin, vətənimizin adını uca tutaq və çalışdığımız sahədə dövlətçilik ənənələrinə sadiq olaq.
- Zemfira xanım, artıq seçki gününə az bir vaxt qalıb. Əminliklə demək olarmı ki, bu seçkilərdə Azərbaycanın idman ictimaiyyətinin seçimi məhz cənab İlham Əliyevdir?
- Bəli, biz idmançılar bu seçkilərdə cənab İlham Əliyevin namizədliyini dəstəkləyirik və əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycanın idman ictimaiyyətinin seçimi məhz idmançıların böyük dostu cənab İlham Əliyev olacaq.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

