Ziyafət Əsgərov: Sarkisyanı qınamıram, o bədbəxtdir...
07.04.2010 [09:57]
- Bir neçə gündən sonra Bakıda NATO-nun tədbiri keçiriləcək. Tədbir haqında ətraflı məlumat verməyinizi xahiş edirik?
- Aprelin 11-dən 15-dək NATO Parlament Assambleyasının Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsi üzvlərinin Azərbaycana səfəri gözlənilir. Səfərin proqramı artıq hazırdır. Əvvəlcə deyim ki, həm NATO Parlament Assambleyasının üzvü, həm də assosiativ üzvü olan ölkələrdə bir qayda olaraq bu cür tədbirlər keçirilir. Bu dəfə isə həmin tədbirin Azərbaycanda keçirilməsinə qərar verilib. Nümayəndə heyəti 22 nəfərdən ibarət olacaq. Artıq Kanada, Fransa, Yunanıstan, İtaliya, Norveç, Polşa, Portuqaliya, İspaniya, Rumıniya, Türkiyə və İngiltərədən gələcək parlament üzvlərinin siyahısı təsdiqlənib. Eyni zamanda beynəlxalq katibliyin nümayəndələri də tədbirə qatılacaq. Onların Milli Məclisdə NATO Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub. Bundan başqa, Müdafiə, Xarici İşlər, Sənaye və Energetika, Milli Təhlükəsizlik nazirliklərində, ATƏT-in Bakı ofisinin rəhbər və müşavirlər ilə görüşlər nəzərdə tutulub. Bu görüşlərdə əsas məqsəd Azərbaycanla NATO arasında münasibətlərin hazırkı durumunu müzakirə etməkdir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin bugünkü vəziyyəti, aparılan danışıqlar, hansı nəticələrin əldə olunub-olunmadığı müzakirə ediləcək. Bizim çox geniş imkanımız olacaq ki, bir daha sadaladığımız ölkələrdən gələn şəxslərə Azərbaycanda gedən siyasi, iqtisadi, hərbi islahatlar barədə məlumat verək. Təbii ki, əsas diqqəti Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı bugünkü duruma ayıracağıq.
- Nümayəndə heyətinə Ermənistandan olan deputatlar daxildir?
- Xeyr, onlar olmayacaqlar. Alt Komitənin üzvləri yalnız NATO-nun üzvü olan ölkələrdən formalaşır. Ermənistan isə bildiyiniz kimi NATO-nun üzvü deyil.
- NATO-Azərbaycan münasibətləri indi hansı səviyyədədir?
- NATO Parlament Assambleyasının rəhbərləri dəfələrlə Azərbaycanın vicdanlı tərəfdaş olduğunu deyiblər. Mən onların ağzından çıxan bu sözü olduğu kimi dedim. Yəni, bizim NATO ilə nəzərdə tutulan bütün tədbirlərimiz səliqə-sahmanla həyata keçirilir. Həm biz, həm də NATO rəhbərliyi bu tərəfdaşlıqdan razıdır. Yeri gəlmişkən, Azərbaycana hörmət əlaməti olaraq, NATO Parlament Assambleyasının keçmiş prezidenti Joze Lelo da Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində olacaq.
- Gürcüstan və Ukrayna uzun müddətdir ki, NATO-ya üzvlüklə bağlı danışıqlar aparırdı. Lakin bir neçə gün əvvəl Ukrayna quruma üzvlükdən imtina etdi. Bu barədə nə düşünürsünüz?
- Bu, Ukraynanın daxili işidir və mənim şərh verməyim düzgün deyil. Ukrayna belə bir mövqe seçibsə, hər halda bu, Azərbaycanın NATO ilə apardığı tərəfdaşlığın nə qədər düzgün olduğunu sübut edir.
- Ermənistan prezidenti Serj Sarkisyan son müsahibələrinin birində deyib ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyandan sonra problem həll oluna bilər...
- 18 ildir danışıqlar gedir və hər dəfə Azərbaycan tərəfi bəyan edir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Əgər 1992-ci ildən bu günə qədər Sarkisyan bunu anlamırsa, mən bunu onun aşağı, texnikum təhsili olması ilə əlaqələndirirəm. Bu adam normal ali təhsil görməyib və hələ başa düşmür ki, indiyə qədər münaqişənin uzanması məhz elə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmaması ilə bağlıdır. Mən onu qınamıram, bədbəxt bir insandır...
- Tez-tez danışıqlar prosesinin yenidən “sıfır” mərhələsinə qayıdacağı haqda fikirlər səslənir...
- Hər bir halda bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və belə də olacaq. İndi kim bunu hansı həddə gətirirsə, öz işidir. Bizim son mövqeyimiz Minsk qrupunun həmsədrlərinə çatdırılıb. Söhbət Madrid prinsiplərinin yeniləşmiş variantından gedir. Baxmayaraq ki, Azərbaycan burada bir neçə məsələnin tərəfdarı deyil. Amma, buna baxmayaraq, hesab edirəm ki, Minsk qrupu da Azərbaycanın ərazi bütövlüyünün qəbul edilməsi ilə bağlı konkret fikrə gəlib. Onlar nəhayət başa düşüblər ki, Azərbaycan ərazi bütövlüyü qaçılmazdır və bu münaqişə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunmalıdır.
- Siz yenilənmiş Madrid prinsiplərində Azərbaycanın qəbul etmədiyi məqamların olduğunu söylədiniz. Söhbət nədən gedir?
- Mən bunları hələlik açıqlamaq istəməzdim. Ancaq bu məqamlar Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyən məqamlardır. Təəssüf ki, bu günə qədər Minsk qrupu Ermənistana işğalçı sözünü demir.
- Azərbaycan özünün beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərinin sayını artırmaq fikrində deyil?
- Bununla bağlı bizə hər hansı müraciət daxil olmayıb. Əgər belə bir müraciət daxil olarsa, onu müzakirə etmək olar.
- Azərbaycanın hərbi doktrinası ilə bağlı vəziyyət nə yerdədir?
- Hələlik bu sənəd Milli Məclisə daxil olmayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56

