Ana səhifə »  Müsahibə »  Zəfərimiz Qurtuluşdan başlanan yolun zirvəsidir
A+   Yenilə  A-
Zəfərimiz Qurtuluşdan başlanan yolun zirvəsidir

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev www.yap.org.az saytına müsahibə verib:

- Sudeyf müəllim, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən, tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Gününü qeyd edirik. Hər bir tarixi gün özündə müəyyən məqamları ehtiva edir. Qurtuluşa gedən yolu necə xarakterizə edərdiniz?

- Əbəs yerə zaman hadisələrə ən böyük dəyəri vermək üçün zəngin mənbə kimi dəyərləndirilmir. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, lazımi səviyyədə dəyərləndirilərək bu günümüz və gələcəyimiz üçün əhəmiyyəti geniş şəkildə təbliğ edilir, nəsildən-nəsilə ötürülür. 1993-cü ilin 15 iyun tarixi xalqımızın yaddaşına əsl Qurtuluş tarixi kimi yazılıb. Bu tarixi yaradan isə Ulu Öndər Heydər Əliyevdir. “Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir” tezisi də məhz həmin dövrün reallıqları əsasında formalaşaraq bugünkü günümüzdə atılan addımların əsasında dayanır.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Əgər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış ölkəsindən ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək ölkəmizi müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Məlumdur ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanın, Azərbaycan xalqının sevinci uzun sürmədi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyət hərisliyi, ən əsası, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə hakimiyyət böhranını kulminasiya həddinə çatdırdı, xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran respublikanı bürüdü. Vətəndaş müharibəsi yaşanaraq qarşıdurmalar nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr Azərbaycanın müasir tarixində hərc-mərclik, xaos, özbaşınalıq dövrü kimi xarakterizə olunur. Azərbaycanın xilaskarı kimi tanınan və nüfuz qazanan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin həmin illərini belə xarakterizə etmişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Müstəqilliyimizin ilk illərində digər sahələr kimi ordu quruculuğunda da uğursuzluqlar, pərakəndəlik böyük faciələrə yol açdı. Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisinə çevrilmişdi. Bu səbəbdən torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, həmçinin getdikcə gərginləşən siyasi vəziyyət, iqtisadi böhranın dərinləşməsi fonunda əhalinin sosial durumunun günbəgün ağırlaşması, ümumiyyətlə, xalqın sabaha ümidlərinin tamamilə itməsi ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu göstərirdi. Bu gün ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan, ümumxalq partiyası imicini qazanan Yeni Azərbaycan Partiyasının “qızıl fondu” kimi dəyərləndirilən “91-lər”in üzvü kimi onu da qeyd etməliyəm ki, həmin dövrün reallıqları dahi şəxsiyyətə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində də öz əksini tapmış və qeyd edilmişdir ki, xalqımızı bu çətin vəziyyətdən Sizin kimi zəngin idarəçilik təcrübəsinə malik şəxs xilas edə bilər. Ümummilli Liderin həmin müraciətə cavabında Azərbaycanın müstəqilliyi tarixi nailiyyətimiz kimi dəyərləndirilərək onun qorunması hər kəsin vətəndaşlıq borcu kimi diqqətə çatdırılmışdı.

1993-cü ilin iyununda ölkəmizin başı üzərini qara buludlar alanda cəmiyyətin bütün təbəqələri tam əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Ümummilli Liderin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı, ölkəmizi bəlalardan, çətinliklərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı uğurlu gələcəyə aparan yol bilavasitə həmin gündən başlandı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, Azərbaycanın xilaskarlıq missiyasını böyük cəsarətlə Öz üzərinə götürərək bugünkü uğurların, güclü, qüdrətli Azərbaycanın möhkəm təməlini yaratdı.

- 30 ilə yaxın müstəqillik tariximizi hansı mərhələlərə bölmək olar? Qurtuluş Azərbaycana hansı uğurları qazandırdı və nələri vəd etdi?

- Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri ictimai-siyasi sabitliyin qorunması, iqtisadiyyatın inkişafı və bu fonda beynəlxalq təqdimatın yüksək səviyyədə həyata keçirilməsidir. Ümummilli Lider Heydər Əliyevin də irəli sürdüyü əsas tezislərdən biri bu oldu ki, əgər respublikada ictimai-siyasi sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.

Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Dahi şəxsiyyətin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Bu mühüm addım ölkədə sabitliyin yaradılmasında mühüm amilə çevrildi. Elə həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır.

Dövlətçiliyimizin əsasları yaradıldı. 1995-ci il noyabr ayının 12-də Milli Konstitusiyamız qəbul olundu. Azərbaycanda demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar - insan hüquqlarının qorunması, azad mətbuatın yaranması, çoxpartiyalı sistemin formalaşması, seçkilərin demokratik, azad və beynəlxalq standartlara uyğun keçirilməsi və sair kimi amillər bərqərar oldu.

Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq ucbatından ayaq tutub yerimək imkanı qazanan erməni yalanları faktlar əsasında ifşa edildi, ölkəmizlə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırıldı. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas məsələsi kimi öndə dayandı. Məsələnin sülh danışıqları əsasında həllinə səy göstərən Ulu Öndər Heydər Əliyev bu tezisi də irəli sürdü ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması əsasdır. Bu məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini nümayiş etdirərək bunun üçün zəruri addımlar atmışdı. Həmin illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasının qoyulması, ölkəmizin gələcəkdə kadr potensialının artırılması üçün gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi də bu addımlar sırasındadır.

Bir sözlə, bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirilən Milli Qurtuluş Günü Azərbaycana böyük uğurlar qazandırdı və bu gün də qazandırmaqdadır. “Qurtuluş Azərbaycana nə verdi” sualının ümumiləşdirilmiş cavabı budur ki, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin edildi. Bu reallıq inkaredilməzdir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq, daimi və əbədi etmək ondan da çətindir. Bu fikirlər Ulu Öndər Heydər Əliyevin aforizmə çevrilən tezislərində də öz əksini tapıb. Azərbaycanın müstəqillik tarixinə baxış, tarixi paralellər fonunda ayrı-ayrı dövrlərin təhlilini aparmaq hər birimizin gündəlik fəaliyyətimizin əsasında dayanmalıdır. Hazırkı və gələcək nəsil müstəqillik yolumuzun çətinlikləri barədə dolğun məlumata malik olmalı, uğurlarımızın böyük səylərin, qətiyyətin nəticəsi olduğunu bilməlidirlər.

- Sudeyf müəllim, Qurtuluşun qazandırdığı uğurlar fonunda böyük fəxr hissi ilə bəhs etdiyimiz müstəqillik tariximizin 2003-cü ildən başlanan dövrünü səciyyələndirən əsas amillər hansılardır?

- Ümummilli Lider 2003-cü ildə xalqa müraciətində bu məqamı böyük inam hissi ilə qeyd etmişdir ki, İlham Əliyev Onun sona çatdıra bilmədiyi işləri xalqın dəstəyi ilə həyata keçirəcək. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 18 ilə yaxın dövrün reallıqlarının təhlili bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Azərbaycan bütün sahələrdə davamlı uğurlara imza atır, xalq-iqtidar birliyi bütün uğurların təməlində dayanır. Məhz bu amillər cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seşkilərində qələbəsini təmin etməyə stimul oldu. Dövrün reallıqlarına uyğun atılan addımlar, təkmilləşmə, yeniləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin icrası, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, demokratik prinsiplərin qorunması, diplomatik mübarizədə qələbələr, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan Silahlı Qüvvələrimizin formalaşdırılması, dünyanın inkişaf etmiş ölkələri arasında olmaq istəyimizə uyğun olaraq atılan addımlar və buna nail olunması, yeni dostların, tərəfdaşların qazanılması və sair kimi mühüm hadisələr son 18 ilə yaxın dövrün reallıqları və uğurlarıdır. Onların zirvəsində Azərbaycanın Zəfəri dayanır. Məhz son 18 ilə yaxın dövrü Qələbəyə hazırlıq dövrü kimi də xarakterizə etmək olar.

Təbii ki, Milli Qurtuluşdan tarixi Zəfərimizə qədər olan dövrün uğurlarını bir müsahibədə əhatə etmək qeyri-mümkündür. Bu reallığı bir daha böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın xilaskarı, möhtərəm Prezidentimiz İlham Əliyev qalib ölkənin qalib Sərkərdəsi kimi yazdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirləri bir daha qeyd etmək istərdim: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

- Sudeyf müəllim, bu il Milli Qurtuluş Gününü zəfər sevincimizlə qeyd edirik. Postmüharibə dövrünün reallıqlarını necə səciyyələndirirsiniz? Azərbaycanın qarşısında hansı imkanlar yaranıb?

- Son 7 ayda Azərbaycan həyatının yeni dövrünü - işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq mərhələsini yaşayır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, soydaşlarımızın Böyük Qayıdışına yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizin əvvəlki vəziyyətinə qayıtması üçün bütün zəruri işlər görülür, Qarabağımızın cənnətməkana çevrilməsi əsas hədəflərimizdəndir. Azərbaycanın hər bir bölgəsi zəngin potensiala malikdir. Cənab İlham Əliyevin 2003-cü ildən irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə icra edilən Dövlət proqramları çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə də lazımi işlər görülməklə yanaşı, onların da ehtiyatlarından istifadə olunacaq, Azərbaycanın dayanıqlı inkişafı sürətlənəcək, yeni-yeni hədəflər müəyyənləşdiriləcək. Hər dövrün öz tələbi var. Postmüharibə dövrünün hədəflərini özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” gələcək inkişafın yol xəritəsidir. Zəfərin mübarək, Azərbaycan! Qurtuluşun Azərbaycana vədləri sırasında yer alan ərazi bütövlüyümüzün təmin edilməsi vaxtilə itirilmiş qürurumuzun özümüzə qayıtması ilə yanaşı, gələcəyə daha böyük inamla addımlamağımıza stimuldur.

 
 
  • Oxunub:  3690  |  
  • Tarix:  15-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır

24 İyul 20:14
Deputat: Azərbaycan Avropa İttifaqının enerji təminatının yeganə alternativ mənbəyi kimi çıxış edir
24 İyul 20:10
Adil Əliyev: Son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər müsbət məqamları görmək mümkündür
24 İyul 20:05
Deputat: Azərbaycanla Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeləri üst-üstə düşür
24 İyul 17:11
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Müraciət
24 İyul 12:37
Deputat: Qeyri-neft sektorundakı inkişaf iqtisadi fəaliyyətin dayanıqlılığı baxımından yeni imkanlar yaradır
24 İyul 12:35
Nazir Anar Kərimov məşhur fotojurnalist Reza Deqati ilə görüşüb
24 İyul 06:45
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı istiqamətində görülən işlər böyük iqtisadi önəm daşıyır
24 İyul 06:40
Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi ölkəmizdə siyasi konfiqurasiyanın və demokratik təcrübənin yeni nümunəsi kimi
24 İyul 06:13
Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri dünya miqyasında yüksək dəyərləndirilir
24 İyul 06:10
Uşaqlarda adenoid: nələri bilmək və hansı tədbirləri görmək lazımdır?

24 İyul 06:08
Radikal müxalifətin Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası iflasa məhkumdur

24 İyul 06:06
Paşinyan iqtidarı yeni uğursuzluqlarla üzləşə bilər
23 İyul 18:49
Həsən Bəy Zərdabinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə mühüm layihələr həyata keçirilir
23 İyul 17:55
Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir
23 İyul 17:42
Azərbaycan-Avropa İttifaqı əlaqələri uğurla inkişaf edir
23 İyul 17:27
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
23 İyul 17:26
Azərbaycanla Avropa İttifaqının uzun illərə söykənən əlaqələri uğurla davam etdirilməkdədir
23 İyul 17:10
Yeni Qanuna əsasən, 6 ay ərzində şəxsə təkrar əlillik təyin edildikdə, əvvəlki əlillik müddəti bitdiyi vaxtdan rəsmiləşəcək
23 İyul 17:09
Ölkəmiz Avropa İtiifaqı ilə münasibətlərini yeni keyfiyyət müstəvisinə qaldırmaqdadır
23 İyul 16:58
AZPROMO-nun Nizamnaməsi və Strukturu təsdiqlənib – Fərman
23 İyul 16:42
Suraxanı rayonunda şəhid Mürsəl Kazımlının ailəsi ziyarət edilib
23 İyul 16:40
“Nizami Gəncəvi: təbiətə sevginin ədəbi ifadəsi” mövzusunda konfrans təşkil olunub
23 İyul 16:38
Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır
23 İyul 16:37
Anar Məmmədov: Azərbaycanla Avropa İttifaqının münasibətlərində yeni bir səhifə açılıb
23 İyul 16:32
İlin birinci yarısında 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
23 İyul 16:26
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib
23 İyul 16:07
Olimpiya Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub
23 İyul 16:05
Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 16:04
Mariana Vasileva: Olimpiya Oyunları idmançılar üçün ən vacib yarışdır
23 İyul 15:54
Gündüz Bayramov: Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq
23 İyul 15:50
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanında iştirak edəcək namizədlərin nəzərinə
23 İyul 15:27
Prezident Naftalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3 milyon manat ayırıb
23 İyul 15:23
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb
23 İyul 15:17
Energetika naziri Türkiyə səfiri ilə görüşüb
23 İyul 15:12
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
23 İyul 15:03
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinə 3 milyon manat ayrılıb - SƏRƏNCAM
23 İyul 14:54
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
23 İyul 14:34
“Mən müharibədə yaralananları, ölənləri deyil, müharibə dəhşətlərinin əks olunduğu gözləri çəkirəm”
23 İyul 14:33
Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb
23 İyul 14:26
Mikayıl Cabbarov: Azərbaycan və Rusiya yeni əməkdaşlıq layihələri həyata keçirəcək
23 İyul 14:08
UNEC rektoru: Yeni dərs ili və gözləntilər
23 İyul 13:23
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək
23 İyul 13:17
Deputat: Nəhəng nəqliyyat, infrastruktur layihələri Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyətindən xəbər verir
23 İyul 13:10
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib
23 İyul 12:28
Heydər Əliyev Mərkəzində yeni sərgi: “Nizaminin süjet və obrazları”
23 İyul 12:26
Səməd Qurbanov: Azərbaycanla Rusiya şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi vacibdir
23 İyul 12:19
Deputat: Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur
23 İyul 12:13
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini: Moskva görüşündə ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib
23 İyul 11:55
Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
23 İyul 11:44
Rəşad Nəbiyev: Kommunikasiyanın açılması region ölkələrinin iqtisadi cəhətdən daha sürətlə inkişafında mühüm rol oynayacaq
23 İyul 11:42
Mikayıl Cabbarov: Rusiya şirkətləri ilə əməkdaşlıq bizim maraqlarımız çərçivəsindədir
23 İyul 11:26
Azərbaycan neftinin bir bareli 73,03 dollara satılır
23 İyul 11:14
Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur
23 İyul 11:09
Kənd təsərrüfatı məhsullarının istehsalı 5,6 faiz artıb
23 İyul 11:05
Ali məktəblərə qəbul olmaq üçün 12 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
23 İyul 09:51
Sevinc Fətəliyeva: Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
23 İyul 09:27
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında yeni mərhələ başlayıb
23 İyul 09:14
Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında maraqlıdır
23 İyul 09:11
Yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektivi vaksinasiyadır
23 İyul 09:09
Ermənistanda istefalar davam edir
23 İyul 09:08
Antimilli şurada təmsil olunan xəyanətkarlar köhnə mərəzlərindən əl çəkmirlər
23 İyul 09:06
Azərbaycanda medianın inkişafı dövlətin diqqət mərkəzindədir
22 İyul 22:08
Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir
22 İyul 22:05
Prezident İlham Əliyev: Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq
22 İyul 21:58
Prezident İlham Əliyev: Mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik
22 İyul 21:30
Şəhid jurnalist Məhərrəm İbrahimovun Milli Mətbuat Günü münasibətilə təltif olunduğu medal ailəsinə təqdim edilib
22 İyul 21:26
YAP Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində olublar
22 İyul 21:18
Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər
22 İyul 21:16
Yevlaxda Milli Mətbuat Günü qeyd edilib
22 İyul 20:55
Azərbaycan Tacikistana humanitar yardım kimi 40 min doza “AstraZanesa” vaksini göndərib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA