Yerli əhali təbiətin mühafizəsinə cəlb edilməlidir
24.07.2010 [03:28]
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində önəmli addımlar atılır. Təbii ki, bu sırada ölkəmizin turizm potensialı öndə gəlir. Bu yaxınlarda Qəbələdə səfərdə olan Türkiyə çevrə və Orman Bakanlığının Təbiəti mühafizə və Milli parklar Departamentinin direktor müavini Mustafa Akıncıoğlu qəzetimizə müsahibəsində də turizmin inkişafı istiqamətində ölkəmizin imkanları barədə geniş söhbət açıb.
Azərbaycan çox zəngin ölkədir
Qonaq öncə onu deyib ki, Azərbaycanın hər yeri ilə tanış olmaq imkanı olmasa da, Qəbələ müəyyən təəssürat yaradır. Burada turizmin inkişafı üçün geniş imkanlar var. Eyni zamanda, təbiətin verdiyi bu imkanlardan lazımi səviyyədə istifadə edilir. Qeyd edim ki, Türkiyədə turizmə, xüsusilə də ekoturizmə çox önəm verilir. İnsanlar artıq dəniz turizmindən dağ turizminə yönəlirlər. Fikrimcə, Azərbaycanın da təbii qaynaqlarından mühafizə etməklə xarici turistləri özünə cəlb edə bilər. Azərbaycan çox zəngin ölkədir. Təbii gözəlliklərə və bioloji çeşidlərə malik toxunulmamış ərazilərə sahibdir. Şahdağ Milli Parkı, Şirvan Milli Parkı, Naxçıvanda Ordubad Milli Parkı, Samur-Yalama biosferləri kimi əraziləri var.
Turizmin inkişafı düzgün planlaşdırılmalıdır
Mustafa Akıncıoğlunun sözlərinə görə, Türkiyədə olduğu kimi, Azərbaycanda da qoruma-istifadə məsələlərinə diqqət etmək lazımdır: “Turizmin inkişafı düzgün planlaşdırılmalıdır. Ətraf mühitə ziyan vurmadan mümkün olan layihələr reallaşdırılmalı, binalar tikilməli, bir sözlə, turizmin inkişafına müsbət təsir edəcək alternativ imkanlar təmin edilməlidir. İnsanlar təbiətlə təmasdan həzz alır”.
Qonaq onu da deyib ki, sadəcə, təbiəti seyr etmək, onun qoynunda vaxt keçirmək istəyi insanları məhz toxunulmamış ərazilərə, təbii gözəlliyini saxlayan yerlərə cəlb edir: “Bu, çox yaxın gələcəkdə bütün dünyada turizmin inkişaf etmiş sektoru olacaq”.
Mühafizə olunan ərazilər: risk və təhdidlər
Türkiyəli təmsilçi hesab edir ki, ətraf mühitin qorunması ilə bağlı yeni-yeni addımlar atılmalıdır: “İnsanlara ətraf mühiti qorumağın faydasını, əhəmiyyətini başa salmaq, əldə edilən gəlirdən onlara da pay ayırmaq, maraq yaratmaq lazımdır. Gördüyümüz işin nəticəsinin olması üçün bu, ən doğru istiqamət, metoddur. Türkiyədə bu amil nəzərə alınıb və qadağaların, cərimələrin faizi aşağı enib. Hesab edirik ki, xalq gəlir əldə etdiyini görüncə, qaçaq ovçuluğa, təbiətdən qeyri-qanuni istifadəyə yol vermir”.
M.Akıncıoğlunun sözlərinə görə, əsas məsələ mühafizə olunan ərazilərdə-milli parklar, biosferlər və s. ətrafında yaşayan insanların bu inkişaf edən sektordan ala biləcəkləri paylarla bağlıdır. Daha doğrusu, mühafizə olunan ərazilərdə yaşayan insanlar bu prosesə cəlb edilməli və maddi maraqları təmin olunmalıdır: “İnsanlar vəhşi heyvanları, bitkiləri, meşəlikləri qorumalarının əvəzini görməlidirlər. Eyni zamanda, xalqla birgə mühafizə təmin olunsa, işimizdə uğur qazana bilərik. Məsələn, Türkiyədə milli parklarda yaşayan insanları bələdçi kimi yetişdiririk. Onlar qrup halında olan turistlərə qorunan ərazini, biomilli parkı gəzdirirlər. Xərcini isə turistlərin özü ödəyir. Turistlərin ödədiyi məbləğ yığılaraq ərazidə yaşayan - xidmət göstərən adamlara verilir. Yerli əhalinin qəhvəxana, çayxana açmasına şərait yaradılır. Bu yolla əhali çörək, pul qazandıqları həmin əraziyə sahib çıxırlar”.
Türkiyəli qonaq təbiəti qorumaqla turizmi inkişaf etdirməyin başqa bir yolunu da göstərdi. “Məsələn, biz ovçuluğa ovlamaq, heyvan öldürmək şəklində baxmırıq. Tutaq ki, vəhşi dağ keçisinin ömrü 14-15 ildir. Onuncu ildən sonra bu heyvanlar törəmə qabiliyyətini itirir. Buna baxmayaraq, bu heyvanların erkəkləri yanındakı 4 dişi dağ keçisinin başqa erkəklərlə cütləşməsinə imkan vermir. Yəni, 4 dişi dağ keçisini himayəsində saxlamaqla erkəklər onların da nəsilartırmasına mane olur. Həmin erkək dağ keçisinin təbiətə bu cür təsirinin qarşısını almaq lazım gəlir. Biz məhz buna “ovçuluq” deyirik”.
Qardaş ölkələrin oxşar təbiəti
“Türkiyə təbiəti ilə Azərbaycan təbiəti arasında çox böyük oxşarlıqlar, yaxınlıqlar var” bunu da M.Akıncıoğlu deyib. Onun sözlərinə görə, Qəbələ bir az Qara dəniz bölgəsini xatırladır: “Həmin bölgədə turizmin inkişafını təmin etmək üçün bəzi turist mərkəzləri inşa etdik. Bir gündə nə qədər turisti qəbul etmək imkanları hesablanıb və ona uyğun olaraq iş mexanizmi qurulub. Azərbaycan da bu cür edib və məncə, doğru yoldadır. Fikrimcə, yaxın gələcəkdə Azərbaycanın turizmdən əldə etdiyi gəlir, hətta neftdən qazandıqlarından daha çox olacaq. Azərbaycanı turizm inkişafı baxımından Dubay ilə müqayisə edərdim. Turizm Birləşmiş Ərəb Əmirliklərinə neft hesabına qazanılan pullardan qat-qat artıq gəlir gətirir. Bu dövlət ona qonşu olan ölkələrdən fərqli olaraq, turizmi inkişaf etdirmək üçün lazım olan addımları atdı. Dubayda turizm düzgün idarə olunur. Bəlkə bir gün neft bitəcək, amma Dubay turizmdən əldə etdiyi gəliri artıracaq”.
Bəs, Türkiyə?
Qardaş ölkə Türkiyəyə gəlincə, burada dəniz turizmi güney sahillərdə-Antalya, İzmir, Alonya, Mərsində daha çox inkişaf edib: “İstanbula da turizmin gətirdiyi səmərə böyükdür. Bunun yanında ekoturizm olaraq, milli parklara, qorunan ərazilərə, dağ turizminə yönələn turist marağı var. Demək olar ki, ümumi payın 30 faizi dağ turizmindən, ekoturizmdən istifadə edir. Türkiyədə bu sahədə inkişaf 10 ildir başlayıb. Bu sahədə inkişaf həm də dünyada ekoturizmə marağın artması ilə bağlıdır. Sözügedən prosesdən ən çox zəngin təbiətə malik olan ölkələr qazanır. Azərbaycan bu məsələdə şanslıdır. Təbiətini məhv etmədən, bu şərtə ciddi riayət edərək bu yolda irəliləməlidir. Hər sahədə olduğu kimi, burada da Türkiyə ilə Azərbaycanın münasibətləri çox yaxşıdır. Təbii qaynaqların istiqamətləndirilməsi məsələsində də biz hər zaman işbirliyinə hazırıq”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

