“HƏMAS” Parisi ifşa etdi
16.07.2024 [10:42]
Fransa Qəzzada sülh istəmir
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Qəzza bölgəsində baş verənlər İsrail ilə Fələstin arasında 80 ilə yaxındır ki, davam edən ədavətin bitməsi üçün indiyədək görülən bütün işlərin fiaskoya uğradığını göstərir. Hətta tərəflər arasında 1993-cü ildə bağlanmış sülh sazişindən sonra Yasir Ərəfat, İshaq Rabin və Şimon Peres Nobel sülh mükafatına layiq görülsələr də, məsələ öz köklü həllini tapmayıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Həmin il noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də isə İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.
Son vaxtlar isə ABŞ Prezidenti Cozef Bayden Qəzza sektorunda atəşkəs razılaşması ilə bağlı təkliflə çıxış edib. Tərəflər bu təklifi müzakirə etməkdədir. Bir sıra dövlətlər də bölgədə atəşkəsin elan olunmasına, tərəfləri sülhə gəlməyə çağırır. Türkiyə, regiondakı ölkələr, xüsusilə, Qətər, Misir və Səudiyyə Ərəbistanı sabitliyin bərpası üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Amma ortada müsbət nəticə yoxdur.
Belə bir şəraitdə, Fransanın bir sıra KİV-ləri məlumat yayıblar ki, HƏMAS atəşkəslə bağlı danışıqların dayandırıldığını elan edib. Fransız mediası HƏMAS-ın İsrailin mövqeyinə görə Qəzza zolağında atəşkəs danışıqlarını dayandırmaq qərarını açıqlayıb. “Belə ki, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında bölgədəki vasitəçilərə və maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib”,-deyə Fransa KİV-ləri iddia edib.
Lakin çox keçmədən Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin həlli üçün İsrail tərəfi ilə danışıqları dayandırmaq qərarına gəldiyi iddia edilən xəbərləri təkzib edib. Bu barədə radikal hərəkatın rəsmi nümayəndəsi İzzət ər-Rişq bildirib. O, bu barədə belə deyib: “Fransa agentliyi tərəfindən dərc edilən və bəzi KİV-lər tərəfindən HƏMAS-ın Xan Yunis yaxınlığında İsrail qüvvələrinin hücumuna cavab olaraq Qəzzada danışıqları dayandırmaq qərarı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.
Görünən odur ki, beynəlxalq birliyin sülh çağırışlarına rəğmən Fransa Yaxın Şərqdə qanlı müharibənin davam etməsində maraqlıdır. Ona görə də, bu ölkənin mediası belə təxribatçı məlumatlar, dezinformasiya yayır. Əsrlərlə müstəmləkəçi siyasət yeritmiş, bir sıra xalqları soyqırıma məruz qoymuş Fransadan bundan artığını gözləmək sadəlövhlük olardı.
N.TUNAR
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

