Budapeşt veto qoydu
25.07.2024 [10:30]
Macarıstana təzyiqlər edilsə də...
Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 6,5 milyard avro ayrılmasına qarşı çıxıb. Bunu Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Siyarto qeyd edib ki, digər Aİ nazirləri ona son dərəcə güclü təzyiqlər ediblər, lakin Macarıstan öz mövqeyində möhkəm dayanacaq. O, həmçinin xatırladıb ki, Macarıstan Avropa Sülh Fondunun vəsaitlərinin Ukraynaya yardım üçün istifadəsinə etirazını davam etdirir, çünki ölkənin hakimiyyət orqanları macar şirkətlərini beynəlxalq müharibənin sponsorları siyahısına daxil etmək təhlükəsini aradan qaldırmayıb.
Macarıstan Ukraynaya 6,5 milyard avro ayrılmasına niyə veto qoydu?
Qeyd edək ki, Macarıstan Rusiya-Ukrayna müharibəsinin davam etməsinə qarşıdır və tərəfləri sülh danışıqlarına çağırır. Ölkənin Baş naziri Viktor Orban da dəfələrlə bəyan edib ki, Avropa İttifaqı Kiyevi silahlandırmaq əvəzinə, dağıdıcı müharibə son qoymağa çalışmalıdır. Təsadüfi deyil ki, iyulun 1-də Avropa İttifaqına sədrlik etməyə başlayan Macarıstanın Baş naziri Viktor Orban Aİ-yə sədrliyin ikinci günü - iyulun 2-də Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Viktor Orban Volodimir Zelenskiyə sülh danışıqları öncəsi atəşkəs variantını nəzərdən keçirməyi təklif edib. Macarıstanın Baş naziri bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.
Macarıstanın Baş naziri sülh missiyasını davam etdirmək üçün iyulun 5-də Moskvaya səfər edib. Səfər zamanı Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı müzakirə aparıblar. Orban Macarıstanın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirəcəyini bəyan edib. Bununla belə, Orban bir həftə ərzində reallaşan Kiyev və Moskva səfərində aparılan danışıqlardan sonra tərəflərin mövqelərinin bir-birindən çox uzaq olduğu qənaətinə gəlib. Buna görə də, Avropa İttifaqının sədri olan Macarıstanın Baş naziri hesab edir ki, münaqişənin bitməsi üçün çoxlu işlər görmək lazımdır. Bu səbəbdən də, onun iyulun 8-də Çin Xalq Respublikasına səfərində də Si Cinpin ilə görüşündə Rusiya-Ukrayna müharibəsi əsas müzakirə mövzusu olub. Orban Çini Ukrayna münaqişəsinin nizamlanması üçün əsas ölkə adlandırıb.
Bütövlükdə, V.Orbanın təşəbbüsləri göstərir ki, Macarıstan Avropa İttifaqına sədrliyi dövründə Ukraynada sülhün təmin edilməsini özünün əsas vəzifəsi hesab edir. Çünki müharibə təkcə Rusiya və Ukrayna üçün deyil, Avropa ölkələri üçün də ciddi problemlər yaradır. Ona görə də, bu ölkə Aİ-nin Kiyevi silahlandırmasının yox, sülh imkanlarının tapılmasının tərəfdarı kimi çıxış edir.
Aİ Azərbaycana minatəmizləmə prosesində yardımı davam etdirəcək
Onu da qeyd edək ki, iyulun 22-də Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul edib. Aİ-nin rəsmi məlumatına görə, məqsəd Ermənistan silahlı qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bu qərar Budapeşt veto qoymayıb. Bəs bunun səbəbi nədir? Xatırladaq ki, aprel ayında bu məsələ gündəmə gələrkən Macarıstan Aİ-nin Ermənistana hərbi yardımına qarşı çıxmış və Azərbaycana da analoji yardımın edilməsini tələb etmişdi. Ona görə də, həmin vaxt Ermənistana hərbi yardım haqqında qərar qəbul olunmamışdı. Budapeşt sonradan digər Avropa ölkələri ilə razılaşmaya gələrək veto qərarını geri çəkib. Aİ-nin həmin razılaşma üzrə Azərbaycanda minatəmizləmə fəaliyyətini dəstəkləyəcəyi bildirilib. Belə ki, iyunun 13-də Azərbaycan-Aİ təhlükəsizlik dialoqunun 5-ci raundunu keçirilib. Bu tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora iştirak edib. Təhlükəsizlik Dialoqu ilə bağlı tərəflərin birgə bəyanatında qeyd olunub: “Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına gələcək yardımlar davam etdiriləcək”. İyun ayının 26-da isə Aİ Azərbaycanda minatəmizləmə işlərinə dəstək olmaq üçün 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayıracağını açıqlayıb. Beləliklə, burada da Macarıstanın prinsipial mövqeyi öz rolunu oynayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

