Əsasnaməni təsdiqlədi...
06.09.2024 [08:50]
Ermənistan prosesin irəliləməsi üçün konstruktiv mövqe nümayiş etdirməlidir
Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib. Bununla bağlı qərar layihəsində qeyd olunur ki, əsasnamə delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Əsasnamə və onun əsasında qəbul ediləcək sənədlər delimitasiya işlərinin gedişatının təmin edilməsinin hüquqi əsaslarını tamamlayacaq.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilirdi ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb”. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycanla Ermənistan dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Qeyd edək ki, iki ölkə arasında sərhədlərin delimitasiyasına bu il aprelin 19-dan başlanıb. Əldə edilən razılığa uyğun olaraq may ayında isə Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bu il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə komissiyaların növbəti - 9-cu görüşü keçirilib. Görüş əsnasında Texniki Protokol razılaşdırılıb və bu barədə komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.
Ermənistan tərəfindən müvafiq Əsasnamənin təsdiqlənməsi prosesin növbəti mərhələsinə necə təsir edəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq Ramiz Alıyev bildirib ki, əsasnamənin razılaşdırılmasına uyğun olaraq dövlətlər öz daxili prosedurlarını müəyyənləşdirirlər. Bu da o deməkdir ki, hər iki dövlətin müxtəlif formada sərhəd təhlükəsizliyinin təmin edilməsi, eləcə də sərhədlərin delimitasiya edilməsi baxışları ola bilər. Buna görə də hazırda əldə olunan nəticəyə uyğun olaraq daxili prosedur qaydalarının bir-birinə uyğunlaşdırılması prosesi həyata keçirilir və bunun da nəticəsini biz yaxın gələcəkdə görəcəyik. Onun sözlərinə görə, Əsasnamənin razılaşdırılması ilə bağlı tərəflər gərgin iş fəaliyyəti həyata keçiririblər, müxtəlif görüşlər əsasında reqlament müəyyənləşdirilib və nəhayət, əsasnamənin razılaşdırılması ilə bağlı işər yekunlaşıb. Bunu mühüm bir irəliləyiş kimi nəzərə almaq lazımdır. “Heç bir vasitəçi olmadan, heç bir üçüncü dövlətin və yaxud təşkilatın dəstəyinə zərurət duyulmadan bu əsasnamənin razılaşdırılması həyata keçirilib. İndiyə qədər müəyyən bir ərazi, yəni Azərbaycanla Ermənistan sərhədlərinin şimal hissəsində razılaşma var. 12.7 km olsa da, çox müsbət nəticədir. Hesab edirəm ki, qarşıdakı dövr ərzində delimitasiya olunmuş sərhəd zolağının bir qədər də uzandığının şahidi olacağıq. İnanmaq istəyirik ki, şimaldan cənuba doğru bütün sərhədlər razılaşdırılacaq, delimitasiya olunacaq, sonrakı mərhələdə isə demarkasiya fəaliyyəti icra ediləcək. Əgər Ermənistan konstruktiv mövqe tutarsa bütün bunlara nail olmaq mümkündür”, - deyən politoloq əlavə edib ki, mövcud Əsasnamə bunun üçün geniş imkanlar yaradır.
Ümumiyyətlə, Vətən müharibəsinin və antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar ilk növbədə bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi, etimad mühitinin yaradılması nöqteyi- nəzərindən önəmlidir. Region 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə görə təhdidlərlə, genişmiqyaslı eskalasiya riskləri ilə üz-üzə qalıb. Bu da təbii ki, regional əməkdaşlığa mənfi təsir edib. Azərbaycanın yaratdığı reallıqlar isə bütün bunlara son qoyub. Sülh üçün açılan imkanlardan maksimum səmərəli istifadə olunmalıdır. Qalib Azərbaycan da məhz buna çalışır. Politoloq Ramiz Alıyev də hesab edir ki, tərəflər arasında vasitəçilərsiz dialoq uğurlu bir model kimi çıxış edir. Bu həm də onu göstərir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilərə ehtiyac yoxdur. Bizim üçün önəmli məsələ bundan ibarətdir ki, Bakı ilə İrəvan konstruktiv dialoq yolu ilə nəticələr əldə edə bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53

