YAP-ın siyasəti xalqımızın xoşbəxt gələcəyinə xidmət edir
29.11.2012 [01:23]
Veteran YAP-çı Sultan Şahhüseyinov 60 illik yubileyini qeyd edir
Yeni Azərbaycan Partiyasının sıralarında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri birləşib. Əsas məqamlardan biri də budur ki, partiyamız ziyalı potensialı baxımından bütün siyasi təşkilatlardan dəfələrlə öndə gedir. Veteran YAP-çılardan biri, 60 illik yubileyini qeyd edən Sultan Şahhüseynov da belə ziyalılardandır. S.Şahhüseyinov ixtisasca həkim-kordioloq olsa da, daim ictimai-siyasi proseslərdə də fəal iştirak edir. O, Heydər Əliyev siyasi kursunu birmənalı şəkildə dəstəkləyən ziyalı kimi də çalışdığı kollektivdə böyük hörmətə malikdir.
Qeyd edək ki, 28 noyabr 1952-ci ildə dünyaya göz açan S.Şahhüseyinov bütün həyatı və fəaliyyətini həkim kimi insanlara xidmətdə keçirir. O, akademik Ç.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun miokard infarktı şöbəsinin elmi işçisi, tibb elmləri namizədidir. Bununla belə, qeyd etdiymiz kimi, Sultan müəllim, fədakar YAP-çı kimi də siyasi həmfikirləri arasında yaxşı tanınır. YAP Nərimanov rayon təşkilatının İdarə Heyətinin üzvü olan Sultan Şahhüseyinov həmçinin, çalışdığı Elmi Tədqiqat Kardiologiya İnstitutunda YAP ərazi ilk partiya təşkilatının sədridir. Yeri gəlmişkən, vurğulayaq ki, S.Şahhüseynov partiya yarandığı ilk illərdə Nərimanov rayonu üzrə təşkilatlanma prosesində aktiv şəkildə iştirak edib. Bu mənada akad. Ç.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu üzrə YAP ilk ərazi təşkilatının yaradılmasının təşəbbüskarlarından olub və yarandığı 1995-ci ildən bu ilk təşkilata rəhbərlik edir. Sultan müəllim deyir ki, ilk təşkilat 6 nəfərlə yaradılsa da, hazırda üzvlərin sayı 70 nəfərə çatıb. Onu da bildirək ki, S.Şahhüseyinov bütün seçkilərdə də YAP-ın nümayəndəsi olaraq fəallıq göstərir. O, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə YAP nümayəndəsi olaraq seçki məntəqələrində müşahidəçi kimi aktivlik göstərib. Veteran YAP-çının fikrincə, partiyamızın bütün seçkilərə mütəşəkkil şəkildə hazırlaşması daim böyük qələbələrlə nəticələnib.
Hazırda isə Sultan müəllim, Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə yaxından iştirak edir. Onun sözlərinə görə, 20 il əvvəl Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixində ən mühüm hadisələrdən biridir: “Partiyamız Azərbaycanın ictimai-siyasi mühitinə yeni mühit gətirdi. Təbii ki, YAP-ın nüfuzunu şərtləndirən əsas amil bu siyasi təşkilatın Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmasıdır. Partiyamızın ideya və prinsipləri xalqımızı xoşbəxt gələcək naminə səfərbər edib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası inkişafının yeni mərhələsini yaşayır”.
Sultan müəllim deyir ki, bu gün Ümummilli liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri var. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən veteran partiyaçının sözlərinə görə, inkişaf baxımından dövlətimiz postsovet ölkələri sırasında öndədir. “Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir. Partiyamız bundan sonra da yeni-yeni qələbələrə imza atacaq. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ötən müddət ərzində daha da güclənib. Biz də partiyamızın sadiq əsgərləri kimi bundan sonra da üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq” - deyə, S.Şahhüseyinov vurğulayıb.
Qeyd edək ki, dünən Sultan müəllimin 60 illik yubileyi çalışdığı Ç.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda qeyd olunub. İnstitutun rəhbərliyi yubilyarın həkim, eyni zamanda, elmi işçi kimi fəaliyyətini yüksək qiymətləndirib. Tədbirdə iştirak edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə S.Şahhüseyinovun partiyanın aktiv üzvü kimi fəaliyyətini yüksək qiymətləndirib və onu təşkilatın fəxri fərmanı ilə təltif edib. “Yeni Azərbaycan” qəzeti olaraq biz də Sultan Şahhüseyinovu 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

