Fransa kəşfiyyatçısından etiraf
26.12.2024 [09:01]
Fransa öz əsarətində saxladığı xalqların suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını dövlət siyasətinə çevirib. Özünü demokratiya və insan hüquqlarının təminatçısı kimi bəyan edən Paris neokolonializmi davam etdirməklə dünyada ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa müstəqillik uğrunda mübarizə aparan xalqların tələblərinə məhəl qoymur.
Fransa ECOWAS-da da iflasa uğrayır
Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Artıq bir sıra xalqlar Fransanın müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxıblar. Afrikada da bu proses genişlənməkdədir. Fransanın təsir dairəsində olan Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) sıraları da seyrəlməkdədir. Belə ki, Mali, Burkina-Faso və Niger ECOWAS-ı tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiqləyib və təşkilatın onlara yenidən düşünmək üçün verdiyi 6 aylıq möhləti rədd ediblər. Onlar bunu sabitliyi pozmağa xarici cəhd hesab ediblər.
BƏƏ-nin “Əl-İttihad” qəzetinin informasiya mərkəzi verir ki, adıçəkilən dövlətlərin təşkilatı tərk etməsi barədə qərar gələn ilin yanvarında qüvvəyə minəcək. Nizamnaməyə görə, dövlət qərarını elan etdikdən 1 il sonra təşkilatı tərk edə bilər. Lakin 15 dövlətin üzv olduğu ECOWAS bu müddəti keçid dövrü hesab edir və təşkilatın qapılarını hələ də açıq saxlamaq istəyir. Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən 3 dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOWAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət sayırlar. Beləliklə, Fransanın ECOWAS müstəvisində də həyata keçirdiyi siyasət iflasa uğramaqdadır.
Bertrand Çamoulaud: Dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir
Ümumiyyətlə, sözügedən xalqların Fransa müstəmləkəçiliyinə qarşı mübarizəsinin güclənməsində Azərbaycanın da siyasi və mənəvi dəstəyi rol oynayır. Çünki ölkəmiz müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları hər zaman müdafiə edir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.
Təsadüfi deyil ki, Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib. O, “Le Monde” qəzetinə müsahibəsində etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir: “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”. Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər “fransız diplomatiyasına zərbə vurur”.
Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu.
Bakı Təşəbbüs Qrupu fəaliyyətini genişləndirir
Qeyd edək ki, ötən ay Bakıda keçirilən COP29 çərçivəsində də Bakı Təşəbbüs Qrupu Fransanın Afrikadakı müstəmləkə siyasətinə qarşı tədbirlər keçirmişdi. Məsələn, “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda keçirilən tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunmuşdu. Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən nümayəndələr iştirak ediblər. Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müstəmləkəçiliyin Afrika ölkələrində, eləcə də dənizaşırı ərazilərdə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə, ətraf mühitdə dərin mənfi izlər qoyduğu qeyd edilib.
Fransanın bu siyasətinin Afrika xalqlarında yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətinin və milli kimliyinin itirilməsi, etnik bölünmə, iqtisadi və siyasi asılılığın mirası kimi mənfi təsirləri artıq dözülməz həddə çatıb. Ona görə də, bu xalqların mübarizəsinə beynəlxalq ictimaiyyət də dəstək verməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

