Azərbaycan-Çin əməkdaşlığı: Davosdan verilən mesajlar
15.02.2025 [12:40]
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Azərbaycan Respublikası müstəqilliyini yenidən qazandıqdan sonra sabitlik, əməkdaşlıq, çoxtərəflilik prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməyə başlamışdır. Ölkəmiz beynəlxalq sammitlərdə fəal iştirak edərək regional sülhün qorunması və iqtisadi tərəqqinin təmin edilməsi istiqamətində önəmli işlərə imza atmışdır. Respublikamızın beynəlxalq tədbirlərdə aktiv iştirakı, onu qlobal mühitdə etibarlı tərəfdaş və sülhsevər dövlət kimi formalaşdırmışdır. Azərbaycan enerji təhlükəsizliyi, multikulturalizm və humanitar əməkdaşlıq sahələrində də dünya ölkələri ilə genişmiqyaslı əlaqələr quraraq nüfuzunu gücləndirir.
Cari ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər etmişdir. Dövlətimizin başçısı həmin gün Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Cənab Prezident müsahibəsində ilk növbədə Azərbaycanın son illərdə beynəlxalq arenada əldə etdiyi mühüm uğurlardan bəhs etdi. Ölkəmizin ərazi bütövlüyünü təmin etməsi, Cənubi Qafqaz və Xəzər regionunda strateji mövqeyini möhkəmləndirməsi, qlobal təşkilatlarla əməkdaşlığını genişləndirməsi və beynəlxalq iqtisadi layihələrdə iştirakını artırması bu uğurların əsas göstəriciləridir.
Son illərdə ən mühüm nailiyyətlərimizdən biri də dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi olmuşdur. Ölkəmiz bu məqsədə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə nail olmuşdur. Təxminən 30 il ərzində Azərbaycanın əsas milli ideyası məhz işğal altındakı torpaqlarını azad etmək idi. Lakin bu müddət ərzində beynəlxalq hüquq normaları effektiv şəkildə işləməmiş və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qalmışdır. Və nəhayət ki, tarixi ədalət İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində tamamilə bərpa olundu.
Dövlət başçısı Azərbaycanın uzun illərdir Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün apardığı danışıqlardan da bəhs etdi. Lakin bu proses hələ də başa çatmayıb. Bunun əsas səbəbi dünya ticarətində mövcud olan proteksionizm, ikili standartlar və qeyri-bərabər şərtlərdir. Azərbaycan bu təşkilata qoşulmaq üçün üstünlükləri və riskləri ciddi şəkildə qiymətləndirir. Ölkəmizin iqtisadiyyatının əsas hissəsi enerji resurslarının ixracına əsaslanır ki, bu da ÜTT üzvlüyü üçün əsas şərt deyil. Lakin qeyri-neft sektorunun inkişafı və yeni bazarlara çıxışın təmin olunması üçün təşkilata qoşulma məsələsi diqqətlə nəzərdən keçirilir. Azərbaycan danışıqlar prosesində ən əlverişli şərtləri əldə etməyə çalışır və iqtisadi maraqlarını qorumağa üstünlük verir.
Cənab Prezidentin müsahibəsində vurğuladığı məsələlərdən biri də Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibət oldu. Belə ki, 2023-cü ildə dövlətlərimiz rəsmi olaraq strateji tərəfdaşlıq Bəyannaməsi imzaladılar. Strateji tərəfdaşlıq qarşılıqlı etimad və birgə maraqlara əsaslanır. Azərbaycan Çinlə təkcə ÜTT-yə üzvlük məsələsində deyil, həmçinin digər beynəlxalq platformalarda da əməkdaşlığını genişləndirmək niyyətindədir.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi deyil, dialoq üzrə tərəfdaş statusuna malikdir. Bu status ölkəmizin təşkilatla daha sıx əlaqələr qurmaq istəyini göstərir. ŞƏT-in əsas üzv ölkələri Azərbaycanla yaxşı və dost münasibətlərə malikdirlər.
Ölkəmizin coğrafi mövqeyi və nəqliyyat infrastrukturu ŞƏT ilə əməkdaşlıqda böyük üstünlüklər yaradır. Azərbaycan Şərqdən Qərbə gedən nəqliyyat yolları üzərində yerləşir və bu, onun regional və qlobal iqtisadi inteqrasiyasını gücləndirir.
Prezident İlham Əliyev Azərbaycanın sosial siyasət sahəsində əldə etdiyi ciddi uğurlardan da bəhs etdi. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və sosial proqramlar nəticəsində yoxsulluq səviyyəsi təxminən 5 faizə qədər azaldılıb. İqtisadi baxımdan sabit və inkişaf etmiş ölkələr beynəlxalq siyasətdə daha çox təsir gücünə malikdirlər. Azərbaycan iqtisadi və sosial göstəricilərini yaxşılaşdırmaqla, beynəlxalq təşkilatlar və böyük güclərlə daha bərabərhüquqlu əməkdaşlıq qurmağa nail olur.
Ölkə başçımızın müsahibəsində söz açdığı digər məsələ isə dövlətimizin apardığı şaxələnmiş siyasət oldu. Belə ki, Azərbaycanın xarici siyasəti yalnız regional məqsədlərə deyil, eyni zamanda, konkret iqtisadi və strateji maraqlara əsaslanır. Bu çərçivədə ölkəmiz təkcə Çinlə deyil, həm də Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bundan əlavə, Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannamələrimiz də mövcuddur. Bütün bunlar Azərbaycanın qlobal arenada özünü etibarlı tərəfdaş kimi göstərməsinə imkan yaradır. Xarici siyasət daxili siyasətin davamıdır və Azərbaycan bu prinsipi əsas götürərək milli maraqlarına uyğun şəkildə beynəlxalq əlaqələrini formalaşdırır.
Cənab Prezident Azərbaycan ABŞ münasibətlərindən də bəhs etdi. Onun sözlərinə görə iki dövlət arasında münasibət müxtəlif dövrlərdə fərqli dinamikaya malik olub. Prezident Trampın dövründə ikitərəfli əlaqələr müsbət məcrada inkişaf edirdisə, Bayden administrasiyasının siyasəti nəticəsində bu münasibətlərdə müəyyən gərginliklər yaranmışdı. Lakin ABŞ-dakı siyasi dəyişikliklər fonunda yeni bir dövrün başlanması gözlənilir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ABŞ-da sabit və balanslı siyasət yürüdülməsi dünya üçün daha təhlükəsiz şərait yaradacaq.
Dövlət başçımız Azərbaycanın beynəlxalq ticarət və logistika sahəsindəki hədəflərindən də söz açdı. Hazırda ölkənin dəniz ticarət limanı 15 milyon ton yük aşırma qabiliyyətinə malikdir, lakin bu həcm yaxın gələcəkdə kifayət etməyəcək. Buna görə də, növbəti 5-6 il ərzində yük daçıma gücünü 25 milyon tona çatdırmağı planlaşdırırıq. Bu məqsədlə dəniz ticarət limanlarının və dəmir yolu infrastrukturunun genişləndirilməsi üçün ciddi maliyyə yatırımları həyata keçirilir.
Azərbaycanın tranzit ölkə olaraq strateji mövqeyi Orta Asiya ilə Avropa arasında mühüm nəqliyyat dəhlizlərini formalaşdırmaq üçün əhəmiyyətlidir. Xəzər dənizi üzərindən Azərbaycana gələn marşrutun əhəmiyyəti artdıqca, ölkəmiz bu imkanlardan maksimum istifadə etməyə çalışır. “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Çin hökumətinin dəstəyi ilə Azərbaycanın nəqliyyat və logistika imkanları genişlənir. Bu, təkcə iqtisadi inkişafa deyil, həm də regional sabitliyə və təhlükəsizliyə töhfə verir.
Azərbaycanın enerji siyasəti yalnız qazıntı yanacaqlara əsaslanmır. Ölkəmiz əldə etdiyi gəlirləri yaşıl enerjiyə və texnologiyalara yönəltməkdədir. 2027-ci ilə qədər Azərbaycan 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat Günəş və külək enerjisi hasil etməyi hədəfləyir. Bu, ölkənin enerji sektorunda bir inqilab olacaq və Azərbaycanın yaşıl keçidə aktiv qoşulduğunu göstərəcək.
Yaşıl texnologiyalar sahəsində Çin istehsalı olan Günəş panelləri və batareyalar Azərbaycan üçün əsas seçimdir. Bu texnologiyaların istifadəsi investorlara keyfiyyətli və rəqabətədavamlı məhsullar təqdim etməyə imkan yaradır. Azərbaycanın enerji təchizatı üzrə işçi qrupları ən yaxşı batareyaların Çində istehsal edildiyini müəyyən edərək, bu sahədə əməkdaşlığını gücləndirir.
Prezident İlham Əliyevin Davosda Çin mediasına verdiyi müsahibə, Azərbaycanın regional və qlobal miqyasda artan rolunu bir daha nümayiş etdirdi. Ölkəmizin strateji inkişaf hədəfləri, nəqliyyat və enerji sektorunda genişlənən imkanlar, yaşıl texnologiyalara keçid və beynəlxalq əməkdaşlıq siyasəti Azərbaycanı regionun aparıcı dövlətlərindən birinə çevirir.
Xəbər lenti
Hamısına baxSiyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44
YAP xəbərləri
15 Dekabr 17:38
Elanlar
15 Dekabr 16:51
YAP xəbərləri
15 Dekabr 16:37
Dünya
15 Dekabr 16:02
Sosial
15 Dekabr 15:43
Gündəm
15 Dekabr 15:41
Gündəm
15 Dekabr 15:34
Gündəm
15 Dekabr 15:32
Siyasət
15 Dekabr 15:28
Siyasət
15 Dekabr 14:37
Siyasət
15 Dekabr 14:36
Siyasət
15 Dekabr 14:34
Siyasət
15 Dekabr 14:30
Siyasət
15 Dekabr 14:29
Siyasət
15 Dekabr 14:28
Siyasət
15 Dekabr 14:27
Siyasət
15 Dekabr 14:26

