Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur dirçəlir
21.02.2025 [11:12]
İkinci Qarabağ müharibəsindən əvvəl bizim əsas ümummilli ideyamız respublikanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı qələbələr sayəsində bu hədəfimizə çatdıq. Postmüharibə dövrünün əsas hədəflərindən biri isə işğaldan azad olunmuş ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsidir. “Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir”, - deyə Prezident İlham Əliyev bu günlərdə işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Xocalı rayonunun Ballıca kənd sakinləri ilə görüşdəki çıxışında bildirib.
Hər yerdə quruculuq, bərpa işləri aparılır
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi postmüharibə dövründə başlayan yeni strateji mərhələdə Azərbaycanın beş mühüm prioritetindən biri kimi müəyyənləşdirlib. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə və qısa müddətdə həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Bəhs olunan Dövlət Proqramına uyğun olaraq ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, yaşayış məntəqələrinin, tarixi abidələrin bərpası, istehsal müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Ağdama, Xankəndinə və Xocalıya səfərləri də doğma yurd yerlərinə qayıdan insanlarla səmimilik şəraitində keçən görüşlərlə, yeni təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Prezident İlham Əliyev səfər çərçivəsində Xocalı rayonunun Ballıca kənd sakinləri ilə baş tutan görüşdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir”.
Qeyd edək ki, cari ildə işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən təxminən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Ancaq bu vəsaitin artırılması ehtimalı da kifayət qədər böyükdür.
Ağdam sıfırdan qurulur
Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında Qarabağın incisi sayılan Ağdam işğal illərində xarabalıqlar şəhərinə çevrilib.
İndi isə Ağdamda fərqli bir mənzərə müşahidə edilir. Burada xarabalıqların əhatəsində milli memarlıq üslubunda müasir şəhər tikilir. Prezident İlham Əliyevin Ballıca kənd sakini Məmməd Quliyevin evində yaradılan şəraitlə tanış olarkən bildirdiyi kimi, Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence”, həmçinin 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Ümumi sahəsi 1,55 hektar olan “Ağdam Residence”də ilk mərhələdə 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir. Kompleksin təməli 2022-ci il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 1268 mənzilli 2-ci yaşayış kompleksinin ümumi sahəsi 14 hektara yaxındır. Yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.
Şəhərdə həmçinin mədəni və sosial təyinatlı obyektlərin inşası da sürətlə davam etdirilir.
Bərpa olunan 10-cu yaşayış məntəqəsi
Postmüharibə dövründə ərazilər minalardan təmizləndikcə bərpa və quruculuq işlərinin miqyası da genişlənir. Bir zamanlar separatçıların yuvasına çevrilmiş Xankəndidə indi bayrağımızın əzəmətlə dalğalanmasının və quruculuq-bərpa işlərinin bu tarixi Azərbaycan şəhərini də əhatə etməsinin xüsusi bir özəlliyi var. Prezident İlham Əliyev səfər çərçivəsində Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub, Zəfər parkının təməlqoyma mərasiminə qatılıb. İşğaldan azad olunmuş ərazilərə son səfəri zamanı Xankəndidə də olduğunu məmnunluq hissi ilə diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “...Orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik”.
Səfər çərçivəsidə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Bildirildiyi kimi, Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb.
Zamanında bir gecənin içində amansız soyqırımına məruz qalan Xocalı da dirçəlir. Xocalı soyqırımı xalqımızın qan yaddaşına yazılıb. Bu yaşayış məntəqəsinin bərpası və məskunlaşdırılması bizim üçün xüsusi məna daşıyır. Ballıca kəndi Xocalının bərpasına yaxşı nümunədir. “Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Gündəm
27 Mart 12:37

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

Gündəm
27 Mart 10:35

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27

İdman
24 Mart 14:44

Dünya
24 Mart 14:10

Hadisə
24 Mart 13:45
