Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarı ilə görüşüb
03.03.2025 [14:37]
Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə hökumət başçılarının təkbətək danışıqları olub, onlar ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər.
Sonra Ə.Əsədov və O.Bektenov hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib.
Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında Qazaxıstan hökumətinin operativ reaksiyasına, habelə fəlakətin səbəblərinin araşdırılmasında köməyə görə O.Bektenova təşəkkür edib.
Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə səyləri sayəsində Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının hərtərəfli inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin və yüksək səviyyədə görüşlərin iki ölkə arasında münasibətlərin bütün spektri üzrə səmərəli qarşılıqlı fəaliyyətə zəmin yaratdığı qeyd olunub. İşğaldan azad edilmiş Füzuli şəhərində ötən ilin martında iki dövlət başçısının iştirakı ilə açılışı olmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə Qazaxıstan Prezidentinə minnətdarlıq ifadə edilib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Hökumət başçıları 165 sənəddən ibarət çox geniş müqavilə-hüquq bazasında öz əksini tapmış ikitərəfli əməkdaşlığın möhkəm tarixini qeyd ediblər.
Tərəflər iqtisadi-ticari əməkdaşlığın yüksək səviyyədə olmasını alqışlayıblar. Qeyd olunub ki, ötən ilin yekunlarına əsasən, qarşılıqlı ticarətin həcmi təqribən 500 milyon ABŞ dolları təşkil edib, eyni zamanda, iki ölkənin iqtisadi inkişaf səviyyəsi və potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin həcminin artırılması üçün bundan sonra da birgə səylər göstərmək niyyəti təsdiqlənib. Bu xüsusda əməkdaşlığın inkişafına dair 2022-2026-cı illər üçün Kompleks Proqramın icrasının vacibliyi qeyd olunub.
İnvestisiya əməkdaşlığının inkişafının vacibliyini vurğulayan tərəflər qarşılıqlı faydalı layihələrə birgə investisiyaların dəstəklənməsi üçün birgə investisiya fondunun yaradılmasından məmnunluq ifadə ediblər.
Kənd təsərrüfatı məhsullarının çeşidinin genişləndirilməsi və qarşılıqlı tədarük həcminin artırılması məsələləri də müzakirə olunub.
Nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.
Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.
Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib. Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.
Gəmiqayırma sektorunda da yaxşı perspektivlərin olduğu qeyd edilib. Azərbaycan öz gəmiqayırma imkanlarını Qazaxıstana təklif etməyə hazır olduğunu bildirib.
Tərəflər Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün nəzərdə tutulmuş “Rəqəmsal İpək Yolu” strateji kommunikasiya layihəsinin ardıcıl təşviqi üzrə birgə səyləri alqışlayıblar.
Neft-qaz sahəsində əməkdaşlığın müsbət inkişafını qeyd edən hökumət başçıları Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə üçüncü ölkə bazarlarına tranziti üzrə qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə ediblər.
Yaşıl enerji sahəsində əməkdaşlığın aktuallığı da qeyd edilib. Ə.Əsədov bildirib ki, Azərbaycan iqlim gündəliyinin təbliğinə xüsusi əhəmiyyət verir və COP29 konfransı bunun bariz nümunəsi olub.
Xəzər dənizində əməkdaşlıq məsələlərinə toxunan hökumət başçıları fevral ayında İranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunun nəticələrini alqışlayıblar. Xəzər dənizinin dayazlaşması problemindən Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edən Ə.Əsədov Azərbaycan Prezidentinin Xəzər dənizinin dayazlaşmasının səbəblərini müəyyən etmək və dayandırmaq üçün tədbirlərin müəyyən olunması üzrə ekspert qrupunun yaradılması təşəbbüsünü dəstəklədiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.
Xəzər dənizinin dibi ilə dərin dəniz enerji kabelinin çəkilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu baxımdan COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Tərəflər mədəni-humanitar sahədə əməkdaşlığın inkişaf tempini müsbət qiymətləndirib və qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpasını alqışlayıblar. Təhsil, elm, səhiyyə və idman sahələrində mübadilələrin uğurla həyata keçirildiyi qeyd edilib. Ə.Əsədov qazaxıstanlı idmançılara cari ilin sentyabr-oktyabr aylarında Gəncədə və Azərbaycanın digər şəhərlərində keçiriləcək III MDB Oyunlarında uğurlar arzulayıb. Qarşılıqlı turist axınının artım dinamikası müsbət qiymətləndirilib.
Hökumət başçıları Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Danışıqlardan sonra icbari tibbi sığorta sahəsində əməkdaşlığa, elmi nəşrlərin siyahısının formalaşdırılmasına, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi haqqında Sazişin təsdiqinə dair sənədlər imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

