Bir bayraq altında
14.03.2025 [10:54]
Müxtəlif beyin mərkəzləri tərəfindən XXI əsrin Türk əsri kimi səciyyələndirilməsi təsadüfi deyil. Zamanında ayrı-ayrı imperialist güc mərkəzləri Türk dünyasını parçalamaq məqsədilə məkrli planlar qurub və müəyyən dərəcədə istəklərinə nail olublar. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi ilə əslində Türk dünyasının coğrafi tamlığı pozulub. Ancaq imperialist güc mərkəzləri nə qədər çalışsalar da, Türk xalqlarının qəlbindən, ruhundan bir-birinə sevgi, rəğbət hissini və birləşmək istəyini çıxara bilmədilər.
Nəhayət, məlum geosiyasi proseslər fonunda tarixi ədalətin bərpası və Türk birliyinin təmin olunması üçün şərait yetişib. Türk Dövlətləri Təşkilatının (TDT) yaranması bu istiqamətdə atılan çox mühüm addımdır. Bu günlərdə isə Türk Dövlətləri Təşkilatının yenilənmiş bayrağına keçidin rəsmi olaraq tamamlanması münasibətilə təşkilatın İstanbuldakı qərargahının önündə bayraq qaldırma mərasimi keçirilib. Mərasimdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov iştirak ediblər.
Böyük coğrafiyada böyük potensial
Dünyada Türk birliyi böyük coğrafiya, zəngin resurslar, müxtəlif istiqamətlərə uzanan nəqliyyat yolları, artan gənc əhali anlamında qəbul olunur. Tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması, coğrafi bağlılıq, din, etiqad vəhdəti türkdilli ölkələrin birliyini mümkün və zəruri edir. Bu kimi fundamental amillərə əsaslanan cəmiyyətlər və dövlətlər yaxınlaşmaq niyyətlərini nümayiş etdiriblər və birlik baş tutub, hazırda da yeni bağlarla möhkəmlənməkdə davam edir. Yuxarıda sadalananlardan da göründüyü kimi, Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə, regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.
Qarşılıqlı əlaqələrin möhkəmlənməsində tarixi amillərlə yanaşı, güclü iqtisadi potensial mühüm rol oynayır. Azərbaycan və digər türkdilli ölkələr öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.5 trilyon nominal ÜDM-ə malik olan türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır. Türk dövlətləri arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard ABŞ dollarından 2023-cü ildə 42 milyard dollara yüksəlib. Bu, il ərzində 27,3 faiz artım deməkdir. 2024-cü ildə isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi əhəmiyyətli həcmlərdə artaraq 58,17 milyard dollara çatıb. 2025-ci ildə isə Türk dövlətləri birgə ticarəti ən azı 60 milyard dollara, əlavə dəyərləri isə 2 trilyon dollara çatdırmağı qarşıya məqsəd qoyublar.
Sıx inteqrasiya yolunda
Hazırda beynəlxalq miqyasda müşahidə edilən geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Türk dünyasının sıx inteqrasiyası zəruri bir çağırışa çevrilib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında Türk birliyini vahid ailə kimi səciyyələndirib və bildirib ki, bizim başqa ailəmiz yoxdur. Yaranan çağırışlara uyğun olaraq Türk dövlətləri cəmiyyətlərin istəyinə və tarixi bağlara əsaslanmaqla inteqrasiyanın dərinləşməsinə güclü siyasi iradə göstərirlər. “Türk birliyi - 2040” vizionu qəbul edilib və hazırda böyük coğrafiyada yerləşən ölkələr bu hədəflərinə çatmaqdan ötrü ayrılıqda və birlikdə böyük səy göstərirlər.
Son ilərdə güclənən bu inteqrasiya müxtəlif istiqamətləri əhatə edir. TDT ölkələri ticarət dövriyyəsinin artırılması üçün bir sıra hədəf nöqtələri müəyyənləşdirib ki, onlardan biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) nəqliyyat və logistikada bağlantılarını inteqrasiya etmək, dəhlizin daşıyıcılıq gücünü və rentabelliyini möhkəmləndirməkdir.
Hazırda TDT-da birləşən ölkələr sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərirlər. Yeni geosiyasi reallıqlar fonunda TDT-da birləşən dövlətlər arasında şərtləri uzlaşdırılmış sadələşdirilmiş gömrük dəhlizinin yaradılması daşımaların intensivliyinə öz müsbət təsirini göstərəcək. Proqnozlara görə, nəqliyyat-logistika sistemlərində asan gömrük rejiminin tətbiqi nəticəsində 2030-cu ilə qədər Orta Dəhlizdə daşınan yüklərin həcmi 3 dəfə artaraq 11 milyon tona çatacaq.
Türk İnvestisiya Fondunun (TİF) yaradılması haqqında Sazişin imzalanması inteqrasiya yolunda atılan mühüm addımlardan biridir. Sənəd 2023-cü il 16 mart tarixində TDT-nın Ankara sammitində imzalanıb və Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə investisiyalar yönəltmək məqsədilə yaradılıb. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Fondda ölkəmizin payı 100 milyon dollar təşkil edir. Ümumiyyətlə, qaşılıqlı inteqrasiyanın dərinləşdirilməsi məqsədilə görülən işlərin miqyası kifayət qədər genişdir. Bu məqsədlə həmçinin mədəni-humanitar sahədə də yeni-yeni layihələr reallaşdırılır.
Türk dünyasının əməkdaşlıq təşkilatları arasında xüsusi yeri olan Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü ilə yaradılan təşkilatın mənzil-qərargahı Bakıda yerləşir. Artıq çoxdan müzakirələri aparılan ortaq Türk əlifbası razılaşdırılıb. Belə bir razılaşma 2024-cü il sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında əldə olunub. Hazırda meydana çıxan əsas çağırışlardan biri ortaq dilin yaradılması ilə bağlıdır və bu istiqamətdə də intensiv müzakirələr aparılır. Layihədə milli Türk dillərinin mövcudluğunun qorunması əsas prioritetlərdən biri kimi nəzərdə tutulub.
Türk xalqlarının ortaq dəyərlərini əks etdirən bayraq
İstanbulda bayraq qaldırma mərasimidə çıxış edən TDT-nin baş katibi yenilənmiş bayraqdakı səkkizguşəli ulduzun yüz illərdir mövcud olan Türk dövlətçilik ənənəsi, birliyi və gücünü ifadə etdiyini bildirib.
Türk-İslam ənənəsinə görə, səkkizguşəli ulduzun müdriklik rəmzi olduğunu vurğulayan Ömüralıyev deyib: “Bu bayraq qardaşlığımızın gücünü, əməkdaşlığımızın dərinliyini və birgə qurduğumuz parlaq gələcəyi təmsil edir, Türk dünyasında formalaşan imkanların artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində qətiyyətimizin göstəricisidir”.
Tədbirdə çıxış edənlər ötən il noyabrın 6-da Bişkekdə keçirilən Dövlət Başçıları Şurasının XI Zirvə görüşünü xatırladaraq bu toplantını Türk dünyasının inteqrasiyasını dərinləşdirəcək qərarların qəbulu baxımından ortaq fəaliyyətimizin dönüm nöqtəsi kimi qiymətləndiriblər. Bildirilib ki, Zirvə görüşündə qəbul edilən simvolik baxımdan əhəmiyyətli qərarlardan biri də yenilənmiş TDT bayrağının qəbulu olub və bu bayraq bütün üzv dövlətlərin, eləcə də Türk xalqlarının ortaq dəyərlərini əks etdirəcək şəkildə yenilənib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 23:46

İqtisadiyyat
27 Mart 22:31

Dünya
27 Mart 21:20

Sosial
27 Mart 20:38

Dünya
27 Mart 19:34

Sosial
27 Mart 19:04

Dünya
27 Mart 18:31

Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41
