/ / Fransanın nüfuzlu “BeauxArts” jurnalı Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələrdən yazır
Fransanın nüfuzlu “BeauxArts” jurnalı Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələrdən yazır
18.07.2013 [11:23]
Fransanın nüfuzlu “BeauxArts” mədəniyyət jurnalında Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətindən bəhs edən məqalə dərc olunub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 4-dən 7-dək keçirilən “Azərbaycan Kannda” layihəsinə diqqəti cəlb edən müəllif yazır ki, Azərbaycanın zəngin mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər sayəsində Kruazett bulvarı Qafqaz incilərinin rənginə boyanıb. Yazıda bildirilir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam Leyla Əliyeva bu hadisələrin mərkəzindədir. İncəsənət qəlbin güzgüsüdürsə, Leyla Əliyeva xalqının simasıdır. O, enerjili, yaradıcı və hər zaman axtarışda olan şəxsdir. Bu gənc xanım 1985-ci ildə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ailəsində anadan olub. O, bütün fəaliyyət istiqamətlərində ön sıralardadır. Leyla Əliyeva özünü ailəsinə həsr etməklə yanaşı, ölkəsində keçirilən bir sıra xeyriyyəçilik və ətraf mühit layihələrini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı olan Leyla Əliyeva 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımına dair həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoyub. Leyla Əliyeva özünü ələlxüsus incəsənətə həsr edib. Hər zaman gülərüz olan Leyla Əliyeva fərqli layihələrin öhdəsindən asanlıqla gəlir. O, Azərbaycan incəsənətini təbliğ etmək istiqamətində səy göstərməklə, bu sahədə aparıcı rola sahib şəxslərdəndir.
Məqalədə bildirilir ki, Azərbaycanın mədəni dəyərlərini dünyada tanıtmaq məqsədilə 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu ölkənin ən böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Fondun fəaliyyətinin əsasında humanitar proqramlar, habelə təhsil, səhiyyə və elm sahələrinin inkişaf etdirilməsinə istiqamətlənmiş layihələr durur.
Məqalədə deyilir: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəsində müasir incəsənət sahəsinin əsas simalarındandır. O, nüfuzlu akademik təhsilə yiyələnib. Leyla Əliyeva Londonun “Queen’s” kollecində, həmçinin Parisin ən böyük kolleclərindən olan Avropa Biznes Məktəbində təhsil alıb. O, 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr dərəcəsinə yiyələnib. Lakin bununla belə onun müasir incəsənətə olan sevgisi azalmayıb. Uşaqlıq illərindən yaradıcı mühitdə böyümüş Leyla Əliyeva dünyada tanınan qədim və zəngin Azərbaycan ənənələrini qiymətləndirmək ruhunda tərbiyə alıb. Bu mədəniyyətin nümunələri olan qədim saxsı qablar, xalçalar, zinət əşyaları Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Sankt-Peterburqun Ermitaj, Londonun Viktoriya və Albert muzeylərində saxlanılır”.
Yazıda qeyd edilir ki, son illər Azərbaycanın müasir incəsənət aləmi diqqət mərkəzindədir. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyi Azərbaycan avanqardını özündə təcəssüm etdirir. “Bakıya uçuş” layihəsinə isə 20-dən artıq rəssamın 100-ə yaxın əsəri daxildir. Bu müasir incəsənət sərgisi də Leyla Əliyeva tərəfindən dəstəklənib. Sərgiyə daxil olan rəsm əsərləri Parisdən Vyanaya, Moskvadan Romaya, Berlindən Londonadək təqdim edilib.
Diqqətə çatdırılır ki, bu gənc kosmopolit xanım “Baku” jurnalında bir sıra rəsm əsərlərini nəşr etdirir və monumental işlərin layihələndirilməsinə imza atır. O, Niki de Sen Fallin əzəmətli əsərini xatırladan “beyin” heykəlinin müəllifidir.
Məqalədə qeyd olunur ki, bu yay fransız tamaşaçılarına Azərbaycan dünyasını görmək imkanı verəcək. İyul ayında Kann şəhərindəki Kruazett bulvarında bu coşqun ölkəni tərənnüm edən coxsaylı sərgilər nümayiş olunur. Tanınmış incəsənət xadimləri möhtəşəm həftə ərzində əsərlərini nümayiş etdirir və bu, öz növbəsində zəngin incəsənət aləminə qərq olmaq imkanı yaradır. Qərb və Şərq sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

