/ / Milli Məclisin sədri Pakistanın səfiri ilə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Milli Məclisin sədri Pakistanın səfiri ilə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
04.06.2025 [21:57]
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Sahibə Qafarova ötən həftə Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri, eləcə də dövlət başçılarının işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Zirvə Görüşünün keçirilməsi barədə məmnunluqla danışıb. O, bu Zirvə görüşünün qardaş ölkələrimiz arasında möhkəm əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Pakistan səfiri Qasım Mohiuddin iki xalq arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu qeyd edib. O, Pakistan-Hindistan münaqişəsi barədə geniş məlumat verib və Azərbaycanın bütün sahələrdə Pakistana dəstəyini yüksək qiymətləndirib.
Sahibə Qafarova Azərbaycanın münaqişənin beynəlxalq hüququn normaları və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun dialoq və sülh yolu ilə həllini dəstəklədiyini, Pakistanla həmrəylik nümayiş etdirdiyini vurğulayıb. O, həmçinin Pakistanın Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı ədalətli mövqeyinə dəstəyini yüksək qiymətləndirib.
Görüşdə parlamentlərarası əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsiri qeyd olunub. Sahibə Qafarova 2021-ci ildə Pakistana rəsmi səfərlərini və beynəlxalq tədbirlərdə həmkarları ilə keçirdiyi görüşləri xatırladıb. Həmçinin qanunvericilik orqanlarının ikitərəfli, üçtərəfli və çoxtərəfli platformalarda sıx əlaqələrinin mövcudluğu, o cümlədən Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

