Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Sabah” qəzeti: Bakıdakı “ECO Təmiz Enerji Mərkəzi” iqlim böhranı ilə mübarizəyə töhfə verəcək

“Sabah” qəzeti: Bakıdakı “ECO Təmiz Enerji Mərkəzi” iqlim böhranı ilə mübarizəyə töhfə verəcək

06.07.2025 [20:50]

Bakıda yaradılacaq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Təmiz Enerji Mərkəzi regionun enerji təhlükəsizliyinə töhfə verəcək, enerji resurslarından istifadənin səmərəliliyini artıracaq, qlobal iqlim böhranı ilə mübarizədə yeni stimul olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün yekunlarına həsr olunmuş bazar günü buraxılışında deyilir.

Nəşr Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı təsis sənədlərinin ratifikasiyasının yekun mərhələsi barədə bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən yazır.

“Təsis sazişinin mətni ötən ay Böyük Millət Məclisinə (Türkiyə Parlamenti) təqdim edilib və yaxın vaxtlarda parlamentin xarici əlaqələr üzrə komissiyasında baxılacaq”, - deyə qəzet Türkiyə və Azərbaycanla yanaşı, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın da qərarı dəstəklədiyini xatırladaraq, izah edir.

Yazıda əsas diqqət ECO ölkələrinin bərpaolunan enerji mənbələri sahəsində istifadə olunmamış potensialına yönəldilir.

“Enerji sektorunda ECO ölkələrinin addımlarının əlaqələndirilməsi və sıx əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir ki, bu da Bakıda gələcək Təmiz Enerji Mərkəzinin strateji rolunu vurğulayır”, - deyə materialda deyilir.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

50 gün möhlət...

16 İyul 09:27

Analitik

Ədəbiyyat

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31