İspaniyanın dövlət katibi Azərbaycandadır
09.10.2025 [08:10]
Oktyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belio ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının vacib platforma olduğu bildirilib.
Görüş zamanı tərəflər, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Ceyhun Bayramov postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün nəticələri, habelə Azərbaycanın bölgədə davamlı inkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eyni gündə, həmçinin Azərbaycan Respublikası ilə İspaniya Krallığının Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya tərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belio başçılıq ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

