Parisdə Zəngilanın işğalının 20 illiyi ilə əlaqədar tədbir keçirilib
31.10.2013 [09:47]
Oktyabrın 29-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Zəngilan rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr olunmuş anma tədbiri keçirilib.
Tədbirdə müharibə zamanı həlak olan zəngilanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova mərasimdə çıxış edərək Zəngilan rayonunun 1993-cü il oktyabrın 29-da Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildiyini, dinc sakinlərə amansızlıqla divan tutulduğunu, 200 nəfərin qətlə yetirildiyini, 395 uşağın valideynlərindən birini itirdiyini, 30 zəngilanlının itkin düşdüyünü, 120 nəfərin isə əlil olduğunu diqqətə çatdırıb.
Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyini bildirən N.Hüseynova BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı mühüm sənədlər qəbul etdiklərini, problemin həlli üçün hüquqi bazanın tərkib hissəsi olan bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının əksini tapdığını, torpaqlarımızın qeyri-şərtsiz və dərhal azad edilməsinin tələb olunduğunu bildirib.
O deyib ki, beynəlxalq təşkilatların tarixi qətnamələrindən irəli gələn şərtləri yerinə yetirməyən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində Suriyadan olan qaçqınları yerləşdirməklə beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Təkcə Zəngilan rayonunda 200-dən artıq suriyalı qaçqın yerləşdirilib.
Müşavir ATƏT-in Minsk qrupunun Qafqaz bölgəsi və bütünlükdə Avropada sülh və sabitlik üçün ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artıracağına ümid etdiyini vurğulayıb.
Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının sədri Aytən Muradova çıxış edərək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini xatırladıb, Fransadakı erməni diasporunun uzun illər ermənilərin işğalçılıq siyasətinə başqa don geyindirərək ölkəmizə qarşı iyrənc təbliğat apardığını qeyd edib. O, son illər Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara yaxından tanıtmaq məqsədi ilə Fransanın müxtəlif regionlarında keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. A.Muradova deyib ki, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı daimi nümayəndəliyinin, Avropa-Azərbaycan Cəmiyyətinin və digər təşkilatların səyi nəticəsində artıq fransızlar Azərbaycanı zəngin tarixə və mədəniyyətə malik sülhsevər bir ölkə kimi tanımağa başlayıb.
Müxtəlif ölkələrdə, o cümlədən Fransada yaşayan hər bir azərbaycanlıya müraciət edən A.Muradova onları azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə, Azərbaycan ilə bağlı həqiqətləri yaymağa, ermənilərin məkrli siyasətinin əsl mahiyyətini açıb göstərməyə səsləyib.
Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspor təmsilçiləri və azərbaycanlı tələbələr iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

