Knessetdə və İsrail Hökumətində Azərbaycan Milli Məclisinin komitə sədri ilə görüşlər olub
15.11.2013 [09:19]
Xəbər verdiyimiz kimi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 13-də İsrailə səfər edib. Onun səfəri Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş və “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən Heydər Əliyev Fondunun və İsrail Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirlər çərçivəsində baş tutub.
“Azİz” assosiasiyasından AzərTAc-a verilən məlumata görə, Səməd Seyidov səfər çərçivəsində bir sıra görüşlər keçirib. İsrail-Azərbaycan Parlamentlərarası Komissiyasının sədri, ŞAS partiyasından Knessetin deputatı Amnon Koen ilə görüşdə parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunub, parlamentarilərin qarşılıqlı səfərləri barədə razılıq əldə edilib.
Sonra Səməd Seyidovu İsrail Knessetinin sədri Yuli Edelşteyn qəbul edib. İsrail parlamentinin spikeri qonağı salamlayaraq ondan azərbaycanlı həmkarı Oqtay Əsədova ən xoş arzularını, habelə Prezident İlham Əliyevin yenidən ali dövləti vəzifəyə seçilməsi münasibətilə şəxsi təbriklərini çatdırmağı xahiş edib. Görüşdə İsrail və Azərbaycan parlamentlərinin Avropa İttifaqı və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlarda birgə işinin perspektivləri müzakirə edilib.
İsrail hökumətinin başçısı Binyamin Netanyahu Səməd Seyidovu baş nazirin dəftərxanasında qəbul edib. İsrailin Baş naziri Azərbaycan parlamentinin bu cür yüksək səviyyəli nümayəndəsinin İsrailə səfərindən məmnun olduğunu bildirib. Netanyahu deyib: “Sizin İsrailə səfəriniz bir daha sübut edir ki, ölkələrimiz arasında əlaqələr düzgün istiqamətdə davam edir”.
O, ümidvar olduğunu bildirib ki, bu əlaqələrin daha da intensivləşməsi və çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün hər iki tərəf maksimum səy göstərəcək.
Səfər çərçivəsində S.Seyidov həmçinin, İsrail parlamentində ifrat sağçı “Yəhudi evi” sionist partiyasını təmsil edən fraksiyanın rəhbəri, parlamentin vitse-spikeri Sukran ilə də görüşüb.
Bütün bu görüşlərdən sonra azərbaycanlı qonaq Knessetin binasına ənənəvi ekskursiya edib, məşhur yəhudi rəssamı Mark Şaqalın qobelenləri ilə tərtib edilmiş əsas zalda olub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

