Avropa Parlamentində “Xocalıya ədalət” kampaniyası çərçivəsində beynəlxalq konfrans keçirilib
07.12.2013 [09:26]
Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Etnik təmizləmə və insanlıq əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi olub.
DƏ-İKGF və Sosial Birlik Naminə Avropa Müsəlmanlarının Təşəbbüsü (EMİSCO) təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirdə Avropa Parlamentinin deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının əlaqələndiricisi Sevinc İsgəndərovanın verdiyi məlumata görə, konfransın açılışında çıxış edən Avropa Parlamentinin Avstriyadan və Böyük Britaniyadan olan deputatları Karin Kadenbaç və Sajjad Karim bütün dövrlərdə və hər yerdə, xüsusilə də Xocalıda insanlığa qarşı törədilmiş qətliamların dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirib, bu cür qırğınları bəşəriyyət əleyhinə cinayət kimi dəyərləndirərək pisləyiblər.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının məcburi köçkünə çevrilməsi barədə məlumat verib, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıblar.
Açılış mərasimindən sonra beynəlxalq konfrans işini panel iclasla davam etdirib.
İclasda Sevinc İsgəndərova tərəfindən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatı olub.
Məruzəçilər Jan Mukimbiri, Mark Barvik, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan insanlıq əleyhinə cinayətlərin bütün bəşəriyyətə zərər verdiyini bildirib, bu cinayətləri törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar. Onlar Xocalıda törədilən qətliamı pisləyib, bu faciənin soyqırımı aktı olduğunu bildirib və ona Ruandadakı, Srebrenitsadakı, Sudandakı soyqırımılar kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanıb və beynəlxalq təşkilatlara təqdim edilib.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Kampaniyanın fəaliyyəti nəticəsində Xocalı qətliamı İslam Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırımı aktı kimi tanınıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

