Bakıda torpaqların qiymətləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
10.12.2013 [09:21]
Konfransın keçirilməsində məqsəd torpaqların qiymətləndirilməsi sahəsində metodologiyanın təkmilləşdirilməsi üçün ən yaxşı dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir
Dekabrın 9-da Bakıda “Torpaqların qiymətləndirilməsi, onun ölkə üçün əhəmiyyəti, problemlərin həlli” mövzusunda iki günlük Beynəlxalq konfrans işə başlayıb.
Konfrans Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) dəstək” Tvinninq layihəsi çərçivəsində keçirilir.
Konfransı giriş nitqi ilə açan, DTXK-nin sədri Qərib Məmmədov Azərbaycanda Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Onun zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasətin başlıca prioritetlərindən birinin də Avropaya inteqrasiya olduğunu qeyd edib.
Daha sonra tədbirin məqsədi barədə məlumat verən Komitə sədri bildirib ki, konfransın keçirilməsində məqsəd torpaqların qiymətləndirilməsi sahəsində metodologiyanın təkmilləşdirilməsi üçün ən yaxşı dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir. Onun sözlərinə görə, “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” adlı Tvinninq layihəsinin məqsədi iqtisadiyyatın müxtəlif sahələrində Avropanın qabaqcıl təcrübəsinin öyrənilməsini, dövlət torpaq kadastrı məlumatlarının Avropa İttifaqının Qiymətləndirmə Standartlarına uyğun olaraq dəqiq sistemləşdirilməsini, şəffaf torpaq bazarının yaradılması və dövlət torpaq kadastrı sisteminin digər dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyasını təmin etməkdən ibarətdir. Ötən ilin oktyabrın 8-dən həyata keçirilən layihənin icra müddəti 18 aydır. Azərbaycan tərəfi bu müddətdə əldə edilən təcrübədən yararlanaraq, torpaq kadastrı məlumat sisteminin Avropada Məkan Məlumatları İnfrastrukturuna (İNSPİRE direktivlərinə) inteqrasiyasına nail olacaq. Tvinninq layihəsi çərçivəsində üç komponent üzrə işlərin uğurla həyata keçirildiyini deyən Qərib Məmmədovun sözlərinə görə, layihə çərçivəsində bu komponentlər üzrə İsveçə və Latviyaya Azərbaycan nümayəndə heyətlərinin və Azərbaycana isə İsveç və Latviyanın nümayəndə heyətlərinin bir sıra səfərləri təşkil olunub: “Bu səfərlərdən də biri mənim rəhbərliyimlə Komitənin nümayəndə heyətinin 2013-cü il 10-17 mart tarixlərində İsveçin Stokholm və Yevle şəhərlərinə edilən səfər olub. Bu qarşılıqlı səfərlər çərçivəsində Azərbaycanın, İsveçin və Latviya hökumətlərinin torpaq kadastrı, yerquruluşu, geodeziya və kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirən və formalaşdıran Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Lantmateriet və Latviya Dövlət Torpaq Xidməti tərəfindən bu sahədə Avropa İttifaqının Qiymətləndirmə Standartlarına uyğun olaraq görülən işlərlə bağlı ətraflı müzakirələr aparılıb və Komitənin əməkdaşlarının bu sahədə institusional hazırlığının artırılması istiqamətində İsveçin və Latviyanın təcrübəli rəhbər vəzifəli şəxsləri, ekspertləri və mütəxəssisləri tərəfindən zəruri təlimlər keçirilib. Layihə çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı 1 ay müddətinə Latviyanın Dövlət Torpaq Xidmətinə ezam olunmuş “Torpaqların kadastr qiymətləndirilməsi üzrə” təlim keçmiş və həmin əməkdaş sonradan İsveç və Latviya mütəxəssisləri ilə birgə 2013-cü ilin sentyabr-oktyabr aylarında Komitənin 100 (yüz) əməkdaşına bu mövzu üzrə təlimlər keçmiş və nəticədə mütəxəssislərimizə müvafiq qaydada sertifikat verilmişdir”.
Qərib Məmmədov, həmçinin, “Azərbaycan tərəfi olaraq bu, bizim üçün çox önəmli bir məsələdir. Hesab edirəm ki, belə bir institusional quruculuq alətin (Tvinninqin) torpaq islahatı aparılan Azərbaycanda tətbiqi, eyni zamanda, gələcəkdə torpaqların daha səmərəli şəkildə idarə olunması, torpaqların konsolidasiyası, torpaq bazarının inkişaf etdirilməsi, torpaq vergi siyasətinin daha düzgün şəkildə tənzimlənməsinə və bütövlükdə torpaq islahatının məqsədinə tam şəkildə nail olunmasında öz töhfəsini verəcək” deyə əlavə edib.
Qərib Məmmədov onu da deyib ki, layihə çərçivəsində institusional təcrübənin və biliyin tətbiqi məqsədi ilə, Azərbaycanda iki pilot ərazi (şəhər kadastrı timsalında Abşeron rayonunun Xırdalan şəhəri və kənd kadastrı timsalında Saray qəsəbəsi) seçilib. Pilot ərazilərdə torpaqların qiymətləndirilməsində rol oynayan bütün meyarlar tədqiq edilərək öyrənilib, toplanan müvafiq məlumatlar sistemləşdirilib və nəticə etibarilə torpaqların kadastr qiymətləndirilməsi xəritələri tərtib olunub. Çox uğurla tamamlanan bu pilot layihənin metodikasının bütövlükdə Azərbaycana tətbiq edilməsi nəzərdə tutulub.
Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı əməliyyatlar şöbəsinin rəhbəri Federico Berna layihəni yüksək dəyərləndirib.
Tədbirin ilk günü həmçinin, DTXK-nin Aparat rəhbərinin müavini Ədalət Salmanov “Azərbaycanda torpaq qiymətləndirməsi bu gün”, Litva Dövlət Reyestri Mərkəzinin dövlət məqsədləri üçün qiymətləndirmə şöbəsinin rəisi Albina Aleksiene “Litvada kütləvi qiymətləndirmə sistemi-10 illik inkişaf”, Latviya Dövlət Torpaq Xidmətinin Daşınmaz əmlakın qiymətləndirilməsi departamentinin direktoru Gatis Kalnins “Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsinin həyata keçirilməsi-Latviya təcrübəsi” və Latviya Dövlət Torpaq Xidmətinin Daşınmaz əmlakın qiymətləndirilməsi departamentinin direktor müavini Rita Petersone “Məlumat toplanması, saxlanması və yenilənməsi-Latviya təcrübəsi” mövzularında məruzələrlə çıxış ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

