/ / İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edən 53 dövlətin parlamentinin nümayəndələri Xocalı faciəsinin soyqırımı kimi tanınmasında həmrəy olublar
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak edən 53 dövlətin parlamentinin nümayəndələri Xocalı faciəsinin soyqırımı kimi tanınmasında həmrəy olublar
20.02.2014 [09:29]
Xəbər verdiyimiz kimi, fevralın 18-19-da İranın paytaxtı Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçirilib.
Sessiyada iştirak edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Beynəlxalq katibliyinin rəhbəri Elməddin Mehdiyev AzərTAc-a bildirib ki, bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak ediblər. Nümayəndə heyətlərinin bir çoxuna parlament sədrləri rəhbərlik edib. Sessiyada “İƏT Parlamentlər İttifaqı ilə İKGF arasında əməkdaşlıq” adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilib.
İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində irəli sürülən bu qətnamə layihəsi İttifaqın iş proseduruna uyğun olaraq Azərbaycan Milli Məclisi tərəfindən dəstəklənib və İƏT-in katibliyinə təqdim edilib.
Sessiyanın birinci günündə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov İKGF tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini vurğulayıb və üzv dövlətləri kampaniyanın fəaliyyətinə dəstək verməyə, həmçinin irəli sürülən qətnaməni dəstəkləməklə Xocalı soyqırımının tanınması kimi mühüm məsələdə həmrəylik nümayiş etdirməyə çağırıb.
İƏT Gənclər Forumunun təmsilçisi qəbul olunmuş sənədin əhəmiyyətini vurğulayaraq bildirib ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət!” kampaniyasının fəaliyyətinin bu il 5 ili tamam olur və bu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKGF müxtəlif səviyyələrdə geniş iş aparıb. Bu baxımdan, Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciənin beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Beynəlxalq sənədlərin kampaniyanın ölkələr səviyyəsində fəaliyyəti üçün mühüm olduğunu qeyd edən E.Mehdiyev ötən 5 il ərzində aparılan iş nəticəsində İƏT çərçivəsində bütün səviyyələrdə, o cümlədən İƏT-in ali orqanı olan dövlət başçılarının sammiti səviyyəsində Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanındığını bildirib.
Sessiyanın işində iştirak edən deputat Cavanşir Paşazadə qətnamənin siyasi əhəmiyyətini qeyd edərək, görülən işləri məhz “Xocalıya ədalət!” kampaniyasının mühüm beynəlxalq uğuru kimi qiymətləndirib. Deputat qətnamənin prosedura uyğun qəbul olunmasında Milli Məclisin sessiyalarında iştirak edən İKGF nümayəndələrinin birgə üzv ölkələrin nümayəndə heyətləri ilə apardıqları işin əhəmiyyətini xüsusi vurğulayıb. C.Paşazadə qeyd edib ki, sənəd istər Milli Məclis, istər Kampaniya xətti ilə, istərsə də səfirliklərimiz tərəfindən İƏT-in üzvü olan ölkələrin parlamentlərində Xocalı soyqırımının milli səviyyələrdə tanıdılması istiqamətində işin aparılması üçün yaxşı zəmin yaradır.
Qeyd edək ki, baş qərargahı Tehranda yerləşən İƏT üzvlərinin Parlament İttifaqı 53 dövlətin parlamentini öz sıralarında birləşdirir. 20 beynəlxalq təşkilat, o cümlədən İKGF qurumda müşahidəçi statusuna malikdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

