“92-ci ilin qarı”
22.02.2014 [13:25]
Bakı Şəhər İcra Hakimiyyətində başçısı Aparatının Kino Xidməti İdarəsi Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib
Dünən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “92-ci ilin qarı” adlı tədbir keçirib. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə səfirliklərin nümayəndələri, deputatlar, yerli icra hakimiyyətlərinin əməkdaşları, QHT təmsilçiləri iştirak ediblər.
Tədbir Xocalı faciəsinin qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman deyib ki, Xocalı faciəsi vəhşiliyin görünməyən bir təzahürüdür.
Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov deyib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir. Onun sözlərinə görə, 1905-1906-cı illərdə Azərbaycanın müxtəlif bölgələrində baş vermiş erməni qətliamları nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib: “12 il sonra - 1918-ci ilin martında Bakı, Quba və Azərbaycanın müxtəlif bölgələrində yenə minlərlə azərbaycanlı soyqırımının qurbanı olub. Sovetlər dönəmində yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından deportasiya edilib. 1988-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı növbəti etnik təmizləmə və soyqırımı həyata keçirilib. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. 1991-ci ildə Xocalıya şəhər statusu verilmişdi. Xocalı Xankəndi və Əsgəran arasında strateji mövqedə yerləşirdi, Qarabağda yeganə aeroport da məhz Xocalıda idi. İşğal ərəfəsində Xocalıda 7500 nəfər yaşayırdı”.
Xocalının qədim insan məskəni olduğunu bildirən V.İsmayılov qədim Xocalı qəbiristanlığının da texnika vasitəsilə dağıdıldığını nəzərə çatdırıb. Natiq Xocalı soyqırımının törədilməsində iştirak edənlərin hələ də beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmamasına diqqət çəkib: “Hazırkı Ermənistan prezidenti Serj Sarkisyan, keçmiş prezident Robert Köçəryan, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Xocalı soyqırımının həyata keçirilməsində aktiv iştirak ediblər və bu, istintaq materialları ilə də, onların özləri tərəfindən də təsdiq edilib”.
AVP sədri, millət vəkili Fəzail Ağamalı tədbirdə çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımının tarixi köklərindən danışıb. O bildirib ki, ermənilər zaman-zaman bu siyasəti həyata keçiriblər. F.Ağamalı hazırda Azərbaycan dövləti tərəfindən Xocalı soyqırımının dünyada tanınması istiqamətində uğurlu siyasət həyata keçirdiyini vurğulayıb.
Daha sonra Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin nümayəndəsi Şəbnəm Tofiqqızı, “Qarabağ Əlilləri və Veteranları” Cəmiyyəti İctimai Birliyinin sədri Növrəstə Yusifova və başqaları çıxış ediblər.
Sonda Bakı Şəhər Kino Xidməti İdarəsində hazırlanan “92-ci ilin qarı” filmi nümayiş etdirilib. Film Goranboy rayonunda və rayonun Ağcakənd kəndində çəkilib. Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nərimandır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

