Azərbaycan-İordaniya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
06.03.2014 [09:37]
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov Əmman şəhərinin meri Aqel Biltaji ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Bakı ilə Əmmanın qardaşlaşmış şəhərlər olduğu və bunun ikitərəfli münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib. Dövlətlərimizin başçıları arasında dostluq münasibətlərinin xalqlarımızın əlaqələrinin inkişafında rolu xüsusi vurğulanıb.
Azərbaycanın bugünkü inkişafı haqqında məlumat verən S.Ağabəyov Bakının dünyanın ən müasir və gözəl şəhərlərindən biri olduğunu vurğulayıb. O, Bakıda həyata keçirilən yenidənqurma və abadlıq işlərinin hər zaman Prezident İlham Əliyevin diqqətində olduğunu söyləyib.
Əmman şəhərinin meri A.Biltaji bildirib ki, qardaş Azərbaycanın uğurları iordaniyalıları çox sevindirir. O, beynəlxalq televiziya kanallarında Azərbaycanla bağlı reklam çarxlarının yayımlanmasının bu ölkəyə turist axınının artmasında müsbət rol oynayacağına əminliyini bildirib. A.Biltaji deyib ki, Azərbaycan ilə İordaniya arasında birbaşa aviareyslərin bərpası hər iki ölkənin turizm sektorunun inkişafına təkan verə bilər.
Görüşdə, həmçinin ölkələrimizdə keçirilən mədəni tədbirlərdə qarşılıqlı iştirakın əhəmiyyəti qeyd edilib. İordaniyanın Azərbaycan ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduğu bildirilib, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin bir qisminin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizdə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. S.Ağabəyov İordaniyanın münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını çatdırıb.
Görüşün sonunda səfir Əmman şəhərinin merinə Azərbaycan haqqında əyani vəsaitlər, kitablar, disklər və s. təqdim edib.
Görüş yerli “Əl-Dustur”, “The Jordan Times” qəzetləri və “Petra” milli informasiya agentliyi tərəfindən işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

