Müasir geosiyasətin “Ukrayna detonatoru”
11.04.2014 [09:09]
“Ağalar savaşanda nökərlərin
saçları yolunur”
(Ukrayna atalar sözü)
Müasir dünya geosiyasi, geoiqtisadi, sivilizasiyalararası və digər proseslər zəminində baş verən müxtəlif və bir-birinə zidd hadisələrlə xarakterizə olunur. Ukraynada baş verən dramatik hadisələr bu və ya digər mərhələdə nəinki bütün keçmiş sovet məkanında əks oluna, hətta əsrin son rübündə Avropa qitəsində baş vermiş geosiyasi konfiqurasiyanı da poza və dağıda bilər.
XX əsrin son və XXI əsrin ilk onilliklərində dünyanın geosiyasi xəritəsini əsaslı surətdə dəyişən, dünyanın strateji tarazlığının paylanmasına böyük təsir göstərən və beynəlxalq terrorizm və hərbi separatizm qüvvələrinin fəallaşması ilə sıx bağlı olan yeni problem və təhlükələrin yaranmasına səbəb ola bilən hadisələr baş vermişdir.
Baltikyanı ölkələrin, Şərqi Avropanın və Balkan yarımadasının müasir dövrdə ən güclü hərbi-siyasi ittifaqı hesab edilən NATO-nun cavabdehlik daşıdığı sahələrin genişlənməsi, ittifaq üzvlərinin hərbi kontingentlərinin ittifaq sərhədlərindən xeyli uzaqda (Şimali Afrika və Orta Şərq) baş verən əməliyyatlarda birbaşa iştirakı, Avropa qitəsində və dünyada getdikcə daha mühüm geosiyasi və geoiqtisadi rol oynayan Avropa İttifaqının xarici siyasətinin fəallaşması bütünlükdə müasir geosiyasi proseslərin mahiyyətini təşkil etmişdir.
NATO və Aİ getdikcə şərqə doğru genişlənərək faktiki olaraq Rusiya sərhədlərini aşır və əlverişli şərait nəticəsində Ukrayna, Moldova və Gürcüstanın hesabına öz təsir dairələrini artırırlar. Eləcə də, Yaxın və Orta Şərqdə, həmçinin, Şimali Afrikada baş verən müharibələr və hərbi-siyasi böhranlar dünyanın bu bölgələrində geosiyasi mənzərədə və hərbi-siyasi vəziyyətdə böyük dəyişikliklərə səbəb olmuşdur. Şimali Afrikada baş verən “rəngli inqilablar” nəticəsində hazırda ABŞ və Aİ Şimali Afrika ölkələrindən Rusiya və Çini sıxışdırıb çıxarmağa çalışaraq buranı öz iqtisadi və hərbi-texniki təsir dairələrinə salmaq, onların neft ehtiyatlarına çıxış imkanlarını genişləndirmək və möhkəmləndirmək üçün böyük imkanlar əldə etmişlər.
Eyni zamanda, Vaşinqtonda hesablandığı kimi, ABŞ üçün heç də uğurlu olmayan İraqdakı müharibə göstərdi ki, ABŞ hərbi maşını heç də düşünüldüyü qədər qüdrətli və sarsılmaz deyil. İraqda qazanılmış təcrübə və uğursuz İranı “sındırmaq” cəhdləri, həmçinin, ABŞ və NATO-nun Əfqanıstandakı terrorizmə qarşı apardığı əməliyyatların çıxılmaz vəziyyətdə olması ABŞ-ın hərbi-siyasi rəhbərliyini hərbi qüvvələrin istifadəsinə dair qərarların qəbulundan əvvəl daha ehtiyatlı olmağa vadar edir. Təsadüfi deyil ki, Zbiqnev Bjesinzki “Strateji baxış, ABŞ və dünya liderliyi böhranı” adlı kitabında ABŞ siyasi rəhbərliyinin digər regionlarda baş verən münaqişələrə birbaşa hərbi müdaxilədən çəkinməyə əsaslanan yeni strategiya seçməsinin və öz strategiyalarını artıq mövcud olan ittifaq əlaqələrinin möhkəmlənməsi və yeni əlaqələrin qurulmasına əsaslandırmalarının əhəmiyyətindən danışır.
Amma digər dünya ölkələri getdikcə daha çox dünya nizamının çoxmərkəzli sxeminə meyil edirlər. Son illərdə dünyanın geosiyasi səhnəsində yeni oyunçular peyda olmuşdur: Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRICS ölkələr qrupu. Rusiyanın istədiyi qədər sürətli olmasa da Avrasiya İttifaqı yaranmaqdadır. Qlobal iqtisadiyyat və geosiyasət sahəsində Çinin iqtisadi və hərbi-siyasi sıçrayışı reallaşdı. Çin qabaqcıl dünya texnologiyalarını mənimsəməyə, müasir sənaye istehsalını artırmağa, dünyanın “sexinə” çevrilməyə və öz məhsullarını dünyaya qəbul etdirməyə, özünün xarici iqtisadi və ticarət əlaqələrini bütün qitələrə yaymağa, milli hərbi qüvvələrini möhkəmləndirməyə, müasir texnika ilə təchiz etməyə və kosmosa çıxmağa nail oldu. Çin əsasən geoiqtisadi təsir vasitələrindən istifadə etməklə bütün mühüm istiqamətlərdə dünya miqyasında ekspansiyaya nail olur. Çin faktiki olaraq artıq bütün qitələrdə mövcuddur.
1990-cı illərin daxili və xarici siyasətindəki ətalətdən ayılan Rusiya XXI əsrin ilk onilliyindəcə öz hərbi potensialını artırdı və Avrasiya geosiyasi modeli əsasında keçmiş sovet məkanında öz fəaliyyətini aktivləşdirdi. Ukraynada Qərb dövlətlərinin qızışdırdığı və sonda Rusiyanın Krımı əldə etməsinə gətirib çıxaran inqilabi hadisələr onun strateji cəhətdən cənuba istiqamətlənməsini gücləndirmiş və bütün Qara dəniz-Azov hövzəsində real hərbi-siyasi müdaxiləsini təmin etmişdir.
Məhz Ukraynada baş verən hadisələr Şərqi Avropanın geosiyasi əhəmiyyətini bir daha artırmışdır və müasir geosiyasi güclər zəminində XX əsrin əvvəllərində yaşamış ingilis geosiyasətçisi H.Makinderin nəzəriyyəsində deyildiyi kimi, Ukrayna üzərində nəzarət olmasa “Hartlənd” (bizim mətndə Rusiya) üzərində də nəzarət mümkün deyildir. Hadisələrin bu və ya digər mərhələsində əsas “geosiyasi oyunçular” - Qərb (ABŞ və Aİ) və Şərq (Rusiya və Çin) ilə yanaşı, əsas regional ölkələr - Avropanın “incitdiyi” Türkiyə, öz təhlükəsizliyindən qorxan Polşa və digərləri də iştirak etmişdir. Ukrayna ilə bağlı bir tərəfdən ABŞ və Aİ, digər tərəfdən Rusiya arasındakı geostrateji rəqabətin qətiliyi də məhz bununla izah olunur.
Dünya arenasında Rusiya və Çinin bir çox maraqlarının uzlaşması (Yaxın və Orta Şərqdə, həmçinin, Ukraynada baş verən böhranlarda nümayiş olunduğu kimi) şəraitində Qərblə açıq qarşıdurma onları daha sıx hərbi-siyasi və iqtisadi yaxınlığa sövq edə bilər. Ola bilər ki, bir çox, məsələn növbəti və ikinci “soyuq müharibə” başlayacaqmı, yoxsa bu vəziyyət rəvan şəkildə üçüncü və daha qızğın dünya fəlakətinə çevriləcəkmi kimi sualların cavabı Ukrayna ilə bağlı Şərqlə Qərb arasındakı geosiyasi qarşıdurmanın nəticəsindən asılıdır.
Pərvin Darabadi,
tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının professoru
Xəbər lenti
Hamısına baxGündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30

