/ / Novruz Məmmədov: Karl Bildtin Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq desək, primitivdir, həqiqətdən uzaqdır
Novruz Məmmədov: Karl Bildtin Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq desək, primitivdir, həqiqətdən uzaqdır
18.07.2014 [09:56]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin xarici işlər naziri Karl Bildtin Vaşinqtonda Atlantik Şurasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə dair mətbuata açıqlama verib: “Çox təəssüflər olsun ki, müasir beynəlxalq aləmdə belə siyasətçilər az deyil. Onlar elə düşünürlər ki, nə desələr, hamı qəbul etməli və itaət etməlidir. Amma hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar. Bu gün dünyanın müxtəlif ölkələrində baş verən mənfi proseslər, münaqişələr, qeyri-sabitlik və gərginliklər belə siyasətçilərin fikirlərinin və fəaliyyətinin nəticəsidir. Çünki onlar dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaqdırlar. Onlar, sadəcə olaraq, tutuquşu kimi bir neçə ifadəni və sözü əzbərləyib, onlardan təzyiq vasitəsi kimi istifadə edərək təkrar etməklə vəzifələrini bitmiş hesab edirlər.
Karl Bildt də belələrindəndir. O da Füle kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsini əsaslandırılmış addım hesab edir. Amma özünə sual vermir, bəs niyə bu ölkəni Qonşuluqdan sonra, “Şərq Tərəfdaşlığı”nda 3-cü sırada yerləşdirmişdi?”.
Novruz Məmmədov deyib ki, Azərbaycanla bağlı Karl Bildtin belə ifadə işlətməsinin bir yox, bir neçə səbəbi ola bilər: “Birincisi qeyd edək ki, o, bu sözləri Vaşinqtonda işlədib. Yəqin ki, bu da təsadüfi deyil. Çünki onun hələ 1973-cü ildən Vaşinqtonda müəyyən qurumlarla sıx əlaqəsi, hətta informatorluq etməsi haqqında məlumatları Wikileaks-in materiallarına girmək imkanı olan “Ekspressen” qəzeti bir neçə il əvvəl yaymışdı. Qəzet yazırdı: “Bildtin İsveç qanunlarına zidd olaraq Amerika Administrasiyası ilə əməkdaşlıq etməsini ifşa edən gizli sənəd var’’.
İkincisi, Karl Bildt bir neçə il əvvəl Bakıda olanda da görüşü zamanı özünü mentor kimi aparmağa cəhd göstərsə də tez cavabını alıb, yerinə oturduldu. Ona izah edildi ki, onun Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq sözlə desək primitivdir, həqiqətdən uzaqdır.
Üçüncüsü, Karl Bildt özündən çox razı olduğu üçün, iddialıdır. Canfəşanlıq edirdi ki, Avropa Komissiyasında yüksək post tutsun. Deyəsən bu da alınmır. İddialı siyasətçilərə isə belə şeylər güclü təsir göstərir. Yəqin stress keçirir.
Nəhayət, Karl Bildt bilməlidir ki, bu gün beynəlxalq aləmdə ən mühüm dəyər ədalətdir. Ədalət olmasa, bütün digər universal dəyərlərin, heç bir mənası yoxdur. Dünyada hər şey ədalət prinsipi pozulanda, qərəzli olanda baş verir. Çexiyanın xarici işlər naziri cənab Şvartsenberq (onun da adı Karldır) də, bir müddət əvvəl Azərbaycanla bağlı qərəzli, əsaslandırılmamış mövqe bildirməkdən çəkinmirdi. Lakin, çox çəkmədi ki, Şvartsenberq, belə bəyanat və fikirlərinə görə, postunu itirdi.
Oxşar situasiyaya Karl Bildtin də düşməsini istisna etmək olmaz”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

