Bakıda “NATO-nun 2014-cü il UELS sammiti: proqnozlar və perspektivlər” mövzusu müzakirə edilib
06.08.2014 [09:46]
Avqustun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “NATO-nun 2014-cü il UELS sammiti: proqnozlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, nazirlik və komitələrin, beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, alimlər, ekspertlər, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Konfransın plenar iclasında AMEA Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri namizədi Aytən Mustafayeva çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın beynəlxalq təşkilatlara getdikcə genişlənməkdə olan inteqrasiyasından, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən, Cənubi Qafqaz geostrateji məkanında yerləşən dövlətlərin təhlükəsizlik problemlərindən və bu regionun Şimali Atlantika təşkilatı üçün mühüm rolundan danışıb. Bildirib ki, Azərbaycan NATO ilə əlaqələri yüksək qiymətləndirir. Bu əlaqələr, xüsusilə təşkilatın Çikaqo sammitindən sonra yeni imkanların yaranması baxımından, prioritet istiqamət təşkil edir. Milli Məclisin deputatı konfransın dünyada cərəyan edən gərginliklər fonunda keçirildiyini qeyd edərək bildirib ki, bu tədbirin təşkilində məqsəd NATO-nun 2014-cü ildə keçiriləcək Uels sammiti ilə bağlı proqnozları və perspektivləri müəyyənləşdirməkdir.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu son illər NATO-nun fəaliyyətinin daha da genişlənməsindən, təşkilatın yeni tərəfdaşlarla əlaqələrindən danışıb. Şimali Atlantika təşkilatının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən səfir deyib ki, ölkəmizlə sıx əlaqələr regionda sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün faydalıdır. D.Çiobanu vurğulayıb ki, NATO-nun və Avropa İttifaqının üzvü olan Rumıniya Azərbaycanın Avropa və Avroatlantika institutları ilə əlaqələrini genişləndirmək cəhdlərini bundan sonra da fəal dəstəkləyəcəkdir.
Daha sonra konfrans işini “Cənubi Qafqaz regionu: çağırışlar və imkanlar”, “NATO ilə Azərbaycan arasında əməkdaşlıq - son 20 ilə nəzər salma və gələcək gözləntilər” mövzusunda sessiyalarla davam etdirib.
İclaslarda NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahuenin “NATO-Azərbaycan tərəfdaşlığı: hazırkı əlaqələr və gələcək perspektivlər”, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin “NATO-nun Uels sammiti üçün prioritetlər”, Mərakeşin ölkəmizdəki səfiri Həsən Haminin “Cənubi Qafqaz regional və beynəlxalq təhlükəsizliyə təhdidlərin dəyişdiyi zamanda”, Daxili İşlər Nazirliyi Polis Akademiyasının polkovnik-leytenantı Vasif Nəcəfovun “NATO-ya üzv dövlətlərə və onun tərəfdaşlarına olan yeni çağırışların və təhdidlərin qarşısının alınmasında Azərbaycanın rolu” və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilib. Məruzələrdə qloballaşma ilə əlaqədar təhlükəsizlik sektorunda islahatlar aparılmasından, Cənubi Qafqazda terrorizmlə mübarizənin təmin olunması məsələlərindən, Azərbaycan-NATO münasibətlərində siyasi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə, eyni zamanda Əfqanıstanla bağlı əməliyyatlarda Azərbaycanın öz töhfələrini verməsindən, beynəlxalq təhlükəsizliyin yeni təhdidləri fonunda NATO-nun rolunun müəyyənləşdirilməsi məsələlərindən söz açılıb. Tədbirdə Müdafiə Nazirliyinin hərbi strategiya və müdafiə planlaşdırılması idarəsinin rəisi, polkovnik Elman Səmədov çıxış edib.
Müzakirələr zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31

